Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Zakir Fərəcovun "İdrak" liseyində nə baş verir?" -ŞİKAYƏT-YENİLƏNDİ

 

""Idrak” Liseyi pandemiya dönəmində müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün valideyinlərdən 100% təhsil haqqının ödənilməsini tələb edir. Bu, təkcə qanun pozuntusu deyil, həm də "İdrak" Liseylər şəbəkəsinin əsl sahibi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun insanlara hansı düşüncə il yanaşmasının göstəricisidir. Qoy dövlət qurumları da görsün ki, Zakir Fərəcovun liseyində nə baş verir?". 
Yenixeber.org: Bunu redaksiyamıza valideynlərdən biri - Fikrət Cəfərov yazıb. 
O, icra başçısını tənqid etməklə yanaşı, pandemiyadan sui-istifadədə günahlandırıb: "O elə bilir ki, pandmiya dövründə övladları o liseydə oxuyan valideyinlər də özü kimi virusun yaratdığı füsətdən istifadə edib pul qazanıblar və ödənişlərini də pandemiya dönəminə qədər olduğu kimi tam ödəməlidirlər".
Onun sözlərinə görə, "İdra" Liseyi valideyinlərlə arasında bağladığı müqavilə öhdəliyində göstərilən bəzi bəndlərindəki şərtlər belədir ki, pandemiya dönəmində məktəb həmin müqavilə şərtlərini yetirə bilməzdi və yerinə də yetirməyib:
 
1) səhər saat 8:00-dan axşam saat 18:00 qədər liseydə etməli olduqları xidmətlərin bir hissəsi
2) əyani dərslər,
3) gündə 4 dəfə yemək,
4) ev tapşırıqları,
5) məşğələlər –dərnəklər (karate,futbol,üzgüçülüg və s.
 
"Deməli, pandemiya dövründə Lisey müqavilə öhdəliyinin demək olar ki, heç bir şərtini yerinə yetirmədiyi halda müqavilədə nəzərdə tutulmuş ödənişi tam olaraq tələb edir. Lakin insanları düşünən olsaydılar onda yalnız onlayn dərslərin ödənişindən söhbət gedə bilərdi. Onu da qeyd edək ki, pandemiya dönəminə qədər nə Azərbaycan qanunvericiliyində onlayın dərslərin keçirilməsi nəzərdə tutulub, nə də İdrak Liseyi ilə valideyinlər arasında bağlanan müqavilədə bu məsələ şərtləndirilib. Lakin fors-major hadisə kimi bunu anlayışla qarşılamaq olar və necə ki, vətəndaşlar da elə düşünür. Pandemiya fors-major hadisə olduğundan valideynər də olayn dərsli müqavilədə nəzərdə tutulmasa da, qəbul edir və indiki dönəmdə ən uğurlu variant hesab edir", - vətəndaş belə deyir. 
 
Onun fikrincə, ödənişlər də dövrə və pandemiyaya uyğun olmalıdır: "Ona görə də biz pandemiya ilə bağlı yaranmış real mənzərəni nəzərə alaraq, müvqavilədə nəzərdə tutulmuş təhsil haqqının 30%-nin ödənilməsilə bağlı "İdrak" Liseyinə təklif etsək də, təəssüflər olsun, Zakir Fərəcəov tərəfindən İdrak Liseylər şəbəkəsinə formal olaraq təyin olunmuş təsisçi-idarəedici Mönsüm Alışov tərəfindən bu təklif rədd edilmiş və 7-ci sinifdə oxuyan övladım onlayın dərslərə belə buraxılmamışdır".
 
Fikrət Cəfərov bununla bağlı Təhsil Nazirliyinə də müraciət etdiyini bildirib: "Təsəvvür edə bilirsinizmi bu nə deməkdir? "İdrak" Liseyində orta hesabla təhsil haqqı 7-8 min  manat civarındadır. Valideyinlər də müqavilə öhdəliyini yerinə yetirməyən liseyə həmin 7-8 min manatın 30%-ni ödəmək istəyir, lakin lisey qəbul etmir və şagird dərsə buraxılmır. Baxmayaraq ki,yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapana qədər şagirdi dərslərdən kənarlaşdıra bilməzdi. Bu təkcə mənim problemim deyil. Bu övladı həmin liseydə oxuyan valideynlərin hər birinin problemidir. Ona görə də ümumi problem kimi yaranmış qanunsuzluqla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Lakin təhsil nazirliyindən bildirdilər ki, biz özəl liseylərə nəzarət edə bilmirik onların arxasında hakimiyyətə bağlı oliqarxlar dayanır. Yaranmış vəziyyətlə bağlı  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyəm. Tam əminəm ki, ödənilən təhsil haqqının heç 10%-i müəllim və texniki işçilərin əməkhaqqlarına getmir. Bildiyim qədər orada müəllim və texniki işçilərin əsasən əmək haqqı 250-500 manat arasındadır".
""Idrak” Liseyindən şikayətlə bağlı açıqlama almaq mümkün olmayıb.(arqument.az) 
                                                    ***
Rəhbəri olduğu təhsil müəssisəsi ilə bağlı səsləndirilən iddiaların həqiqətdən uzaq olduğunu bildirən Mönsüm Alışov, Liseylə bağlı səsləndirilən bu kimi iddialardan təəssüf hissi keçirdiyini vurğulayıb:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, "İdrak" Liseyi ölkəmizin öndə gedən təhsil müəssisələrindən biridir və bu müəssisədə oxuyan şagirdlərin yüksək səviyyədə təhsil alması, onların gələcəyimizin layiqli davamçıları kimi yetişdirilməsi bizim fəaliyyətimizin əsas qayəsini təşkil edir. Lakin təəssüflər olsun ki, həmin valideyn pandemiya ilə bağlı yaranan vəziyyəti əsas gətirərək ödənişlə bağlı üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bizdən bu məsələdə ciddi güzəştlər tələb edir. Halbuki, özəl təhsil müəssisələri arasında ən aşağı təhsil haqqı tələb edən "İdrak" Liseyində təhsil alan şagirdlərə görə bəlli miqdarda ödənişlərin həyata keçirilməsinin vacibliyi ilə bağlı valideynlərlə imzalanan  müqavilədə konkret müddəalar mövcuddur. Müəssisənin fəaliyyəti, tədris prosesində iştirak edən müəllim kontingentinin əmək haqqı və s. məhz bu ödənişlər əsasında həyata keçirilir. Onu da vurğulayım ki, "İdrak" Liseyi istər pandemiya dönəmində, istərsə də ondan əvvəlki dönəmlərdə təhsil haqqını ödəməkdə çətinlik çəkən valideynlərin müraciətinə hər zaman həssaslıqla yanaşıb, onlara bu məsələdə çoxsaylı güzəştlər edib. Baxmayaraq ki, Lisey üzərinə götürdüyü bütün öhdəlikləri pandemiya problemindən irəli gələn yeni şərait və şərtlərə uyğun olaraq yerinə yetirib, onlayn tədris hesabına olsa da, tədris prosesində hər hansı fasiləyə yol verilməyib. Buna görə də, pandemiyanın əsas gətirərək təhsil ödənişi etməmək və ya qismən ödəniş etmək ədalətli yanaşma sayıla bilməz. Biz qanunların imkan verdiyi qədər yetərincə güzəşt etmişik, amma həmin valideyn pandemiyadan sui-sitifadə edərək ümumiyyətlə cüzi miqdarda ödəniş etmək istəyir. Ancaq biz bundan artıq güzəşt edə bilmirik.

Bunu da qeyd edim ki, şikayət edən valideynə təhsil haqqının ödənilməsində ötən il ciddi miqdarda güzəşt edilib. Bu il üçün isə həmin valideyn tərəfindən demək olar ki, heç bir ödəniş həyata keçirilməyib. Belə olan halda Liseyi ictimai qınaq obyektinə çevirmək, onun haqqında əsassız iddialar səsləndirmək yolu ilə davamlı güzəştlər tələb etmək yolverilməzdir, eyni zamanda appaçıq şantaj yolu ilə istəyinə nail olunmaq cəhdidir.

Təəssüf doğuran digər bir məqam isə "İdrak" Liseyinin adının əsassız yerə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı ilə əlaqələndirilməsidir. Saytınız vasitəsi ilə bəyan edirəm ki, "İdrak" Liseyinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur və heç vaxt da olmayıb. İdrak Liseyi müvafiq qanunvericiliyə əsasən mənim rəhbərliyim altında  fəaliyyət göstərir və Lisey adındna alınan bütün qərarları da mən verirəm. 

İdrak Liseyi hər zaman öz fəaliyyətində humanist dəyərlərə ciddi yer verib, kömək məqsədi ilə ona edilən hər bir müraciəti müsbət dəyərlədnirməyə çalışıb. Lakin hər kəs bilməlidir ki, təhsil müəssisəsi olaraq bizim də imkanlarımız sonsuz deyil və biz bütün fəaliyyətimizi yalnız güzəştlər əsasında qura bilmərik”.(moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam