Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sumqayıt Səhiyyə İdarəsində nələr baş verir? -İTTİHAM

 

Yenixeber.org: Sumqayıtdan söz düşəndə ilk növbədə Zakir Fərəcov yada düşür. Bunun əksini, Zakir Fərəcovu da düşünəndə Sumqayıt yada düşür. Məsələn, Eldar Əzizov və yaxud Vaqif Əliyev niyə yada düşmür? Eldar Əzizov indi Bakı şəhər İcra Hakimiyyətinin başçısı kimi də heç yada düşmür, o ki, qala Sumqayıtda yada düşə. Amma Zakir Fərəcov uzun müddət Sumqayıt şəhər sakinlərinin yadında qalacaq. Gördüyü işlərdən daha çox xüsusi idarəetmə metodlarına görə. Məlum olduğu kimi Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı kimi 2015 ci lin sentyabr ayından fəaliyyətə başlayıb. Abşeron rayon İcra Hakimiyyətindəki fəaliyyətini çıxsaq Zakir Fərəcovun ömrünün çox hissəsini bu şəhərə həsr etdiyini görmüş olarıq. Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutmuş, İcra başçılığına qədər keçən bu yolda Zakir Fərəcovun sözügedən şəhər üçün nələr gördüklərini təbii ki, ancaq sakinlər yaxşı bılərlər.Elə hər şey də məlum təyinatdan sonra görünməyə başladı. Sumqayıta təyinatdan dərhal sonra bir çox kadr dəyişiklikləri aparıldı ki, bu gün də söz söhbət mövzusudur. Kadr dəyişikliklərinə start təbii ki büdcə təşkilatlarından başlanıldı.
Zakir Fərəcovun ilk təyinatlarından biri də Abşeron rayonundakı poliklinikalardan birinin baş həkimi olmuş Nəriman Baxşəliyevin Sumqayıt şəhər Səhiyyə idarəsinə Baş həkim təyin olunması ilə yadda qaldı. Düzdü, əvvəlki baş həkim Ələkbər Tağıyevin bu vəzifədən tərpətmək Zakir Fərəcova o qədər də asan başa gəlmədi. Amma nəticədə Nəriman Baxşəliyev Sumqayıt kimi böyük bir şəhərin Səhiyyə İdarəsinin Baş həkim oldu.

Məlum olduğu kimi Nəriman Baxşəliyev artıq sözügedən idarənin Baş həkimi deyil. O bu məsul vəzifədə vur-tut bir il, bir neçə ay işləyə bildi. Sual oluna bilər,niyə? Ona görə ki, Səhiyyə İdarəsinin müdiri olmasına baxmayaraq kadr məsələlərinə Zakir Fərəcovun özü nəzarət edirmiş. Bütün Baş həkimlərin təyinatı Səhiyyə Nazirliyi tərəfindən deyil, məhz Zakir Fərəcov tərəfindən həyata keşirildiyindən Nəriman Baxşəıiyev autsayder durumunda qalıb. Məsələn şəhərdə fəaliyyət göstərən xəstəxanaların Baş həkimlərinin hamısının Zakir Fərəcovun yerliləri olması yanaşı, həm də müəyyən qohumluq telləri də mövcuddur. Elə 1 saylı Doğum Evinin Baş həkimi Təranə Rəcəbli İcra başçısının qudası qızıdır. Təranə Rəcəblinin bu vəzifəyə təyinatı və kimin yerinə oturması uzun müddət sumqayıtlıların dilindən düşmədi. Digərləri də həmçının hansı tellərləsə Zakir Fərəcova bağlı olan bu baş həkimlərlə Nəriman Baxşəliyev işləyə bilərdimi? Əlbəttə yox.

Elə bu günlərdə Sumqayıtda dolaşan söz-söhbətlərin əsas motivi də məhz bu məsələdir. Nəriman Baxşəliyev Zakir Fərəcovun kadrı kimi Sumqayıt Səhiyyəsində niyə duruş gətirə bilmədi? Xüsusilə qeyd etməyimiz yerinə düşərdi ki, Zakir Fərəcov Sumqayıt şəhərinə İcra başçısı təyin olunduqduqdan sonra bərbad vəziyyətə düşmüş Sumqayıt şəhərindəki xəstəxana və poliklinikalar əzaslı təmir edildi, müasir tibbi avadanlıqlarla təchiz edildi. Təbii ki, təyin olunan Baş həkimlərin hesabına. Budcədən bu sahəyə ayrılan vəsaitlər isə məlum olmayan məqsədlərə israf edildiyindən Nəriman Baxşəliyev oyundan kənar vəziyyətdə qalıb.

Əldə etdiyimiz məlumata görə Nəriman Baxşıliyevin Sumqayıt şəhər Səhiyyə İdarəsinin Baş həkimi olmaq üçün xərclədiyi pullar batıb. Məlumata görə Nəriman Baxşəliyev bunun üçün əməlli başlı summa xərc çəkibmiş. Çəkdiyi xərci çıxara bilməyən,üstəlik borca düşən, digər tərəfdən də Sumqayıt Səhiyyəsinə ayrılan külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şahidlik edən Nəriman Baxşəliyev bütün bu kimi məsələlərə görə daha Zakir Fərəcovun kadrı olmaq istəməyib. Son vaxtlar dövrü mətbuat və elektron kütləvi informasiya vasitələri onun işdən azad edilməsi barədə məlumatlar yaymışdılar. Gəzən şaiələrdə hətta səhiyyənin sabiq Baş həkiminin həbs edilməsi də yer almışdı. Amma bu gün məlum olur ki, Nəriman Baxşəliyev tutduğu vəzifədən azad edilməyib. Deyilənlərə görə Nəriman Baxşəliyev Sumqayıt səhiyyəsindən sözün həqiqi mənasında baş götürüb qaçıb.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam