Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Zakir Fərəcovun şahlara layiq yaşayışı.... -FOTO

 

 Yenixeber.org: Sumqayıtın icra başçısı, adı son zamanlar qalmaqallarda daha çox hallanan Zakir Fərəcovun bu dəfə bahalı kabineti və mebelləri müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə paylaşılan fotolar ətrafında gedən müzakirələrdən belə məlum olur ki, Azərbaycanda çox az sayda icra başçısının belə bahalı kabineti var.

Müzakirələrdə bunun doğru yollarla əldə edilmədiyi vurğulanır, Fərəcovun da fəaliyyətinin təftiş olunması istənilir. Hətta DTX-nın bununla bağlı konkret addım atması da qeyd edilir. Bildirilir ki, Zakir Fərəcovun kabineti elə də ucuz başa gəlməyib. Bunun üçün 35-40 min manatın xərcləndiyi iddia edilir. Düzdür, həmin pulu icra başçısı cibindən xərcləməyib. Məlumatlara görə, kabinetin təmir xərclərini Sumqayıtdan olan iş adamları ödəyib. Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov kabineti üçün mebelləri də xaricdən gətizdirib. Bunun üçün tender də elan olunub. Həmin mebellərə isə dövlət büdcəsindən 120 min manat pul ayrıldığı bildirilir. Güman ki, həmin pulun heç də hamısı mebellərə xərclənməyib. Yəni, pulun yarısı elə Fərəcov tərəfindən götürülüb. Qeyd edək ki, son dövrlər icra başçılarının həbs edilməsi fonunda Zakir Fərəcov barəsində müzakirələrin və qalmaqalların intensivləşməsi onun üçün heç də xoş olmayan perspektivdən xəbər verir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(jamaz.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam