Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

DİLƏNÇİ İQTİSADİYYATI TAM ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ –Dramın vəziyyəti dramatikdir, kredit reytinqi isə məhv olur

 

Dilənçilik üzərində qurulan və müharibəyə qədər də həsəd aparılacaq durumda olmayan Ermənistan iqtisadiyyatı tam iflas ərəfəsindədir. Özü də bunu təkcə müstəqil iqtisadçılar deyil, Ermənistandakı mütəxəssislərin özləri də də etiraf edirlər.

Yenixeber.org: Ermənistan mətbuatında bu ölkəni gözləyən kədərli iqtisadi perspektivlər barədə tanınmış iqtisadçı, “Alternativ” Araşdırma Mərkəzinin rəhbəri Tatul Manaseryanın fikirləri dərc edilib. Erməni iqtisadçı həyəcan təbili çalaraq, bu gedişlə Ermənistanın onsuz da aşağı olan kredit reytinqinin kəskin şəkildə enəcəyini və ölkənin xaricdən borc ala bilməyəcəyini bildirib. Bu isə Ermənistan iqtisadiyyatı üçün ölümə bərabərdir: “İqtisadi geriləmə obyektiv səbəblərlə bağlı idi. Lakin buna siyasi qeyri-sabitlik də əlavə olunduqda ölkənin kredit reytinqi daha da enə bilər.” Ekspert qeyd edir ki, hazırda “Fitch” və “Moodys” kimi beynəlxalq agentliklər regiondakı vəziyyəti təhlil edirlər. Ermənistanda baş verənlərin fonunda həmin təşkilatların ölkənin kredit reytinqini endirəcəyi qaçılmaz görünür. Bu isə o deməkdir ki, Ermənistan xaricdən kredit cəlb etməkdə olduqca böyük çətinliklərlə üzləşəcək. Kredit veriləcəyi təqdirdə belə, bunun üçün çox ağır şərtlər qoyula bilər. Çünki bütün beynəlxalq maliyyə qurumları Ermənistanın borc qaytarmaq iqtidarında olmadığını görürlər.

İqtisadçı bildirib ki, ölkə iqtisadiyyatının çöküşünün ilk indikatoru artıq özünü biruzə verməkdədir. Söhbət ermənilərin pul vahidi olan dramın günbəgün ucuzlaşmasından, dəyər itirməsindən gedir. Qeyd edək ki, son günlərdə erməni dramı ABŞ dolları qarşısında 5 faizədək ucuzlaşıb.

Xatırladaq ki, hələ müharibədən öncə, cari ilin sentyabr ayında “Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın kredit reytinqini “B+” səviyyəsinə endirmişdi. Agentlik pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırmışdı. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici cəmi 18 faizə yaxındır və ölkəmizin valyuta ehtiyatları xarici borcu heç bir çətinlik çəkmədən bağlamağa imkan verir. Onu da qeyd edək ki, Ermənistanda adambaşına xarici borc 1900 dollardır və ölkənin bu məbləği qapadacaq potensialı mövcud deyil.

Hələ müharibənin gedişində Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozlar kəskin şəkildə dəyişdirilməyə başladı və əksər müstəqil ekspertlər bu ölkədə iqtisadi kiçilmənin 13-15 faiz civarında olacağını söyləyirdilər. İndi isə bunun üzərinə Ermənistanda müharibədən sonra yaranmış qeyri-stabil siyasi vəziyyət, hökumətin istefası tələbləri, artıq bir neçə nazirin istefaya göndərilməsi, qaçqınlar probleminin kəskinləşməsi, müharibədən sonra məlum səbəblərdən tibbi və sosial xərclərin kəskin artımı, qarşıdan qış fəslinin gəlməsi, pandemiya ilə bağlı ağır vəziyyət və digər amilləri də gələndə vəziyyətin dramatikliyi tam çılpaqlığı ilə üzə çıxır.

T.Manaseryan qeyd edir ki, Ermənistandakı real sektoru hökumətin 2020-ci ildə biznesin inkişafı üçün nəzərdə tutduğu 300 milyon dollarlıq yardım paketi də xilas edə bilməyəcək. Paşinyan hökumətini tənqid edən və onu korrupsiyada günahlandıran iqtisadçı bildirib ki, həmin vəsait təyinatı üzrə istifadə olunmayıb və bununla bağlı qaranlıq məqamlar var: “Bu proqramdan yararlananlar çox vaxt həmin vəsaitə doğrudan da ehtiyacı olanlar yox, başqaları olublar. Biz bu məsələ ilə bağlı araşdırmalarımızı təqdim edəcəyik.”

 

 

Qeyd edək ki, hələ müharibənin ilk günlərində müstəqil ekspertlər tərəfindən vaxtında təslim olmayacağı təqdirdə Ermənistanı iqtisadi çöküş gözlədiyinə dair xəbərdarlıq edilmişdi. Lakin heç nəyə məhəl qoymayan Ermənistan rəhbərliyi nəticədə təkcə hərbi, siyasi, mənəvi və demoqrafik deyil, həm də iqtisadi çöküş yaşamaqdadır. Müxtəlif mənbələrin təxmini hesablamalarına görə, müharibənin gedişində Ermənistan tərəfinə hələ digər xərclər nəzərə alınmadan, təkcə hərbi texnika və avadanlıq sarıdan 2 milyard dollardan artıq ziyan dəyib.

Ermənistanın iqtisadi baxımdan Azərbaycanla savaşa hazır olmadığına dair dəfələrlə xəbərdarlıqlar edilmişdi. Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 47 milyard dollar olduğu halda, Ermənistanın ÜDM-i cəmi 13.5 milyarddır. İki ölkənin illik büdcələri arasındakı fərq də təxminən dörd dəfəyə yaxındır. Ermənistanın büdcəsi cəmi 3.5 milyard dollardır ki, onun da 630 milyonu hərbi xərclərə ayrılmışdı. Azərbaycanın hərbi büdcəsi isə 2.3 milyard dollara yaxındır və az qala Ermənistanın hərbi büdcəsini dörd dəfə üstələyir.

Daha bir müqayisə olunmalı göstərici valyuta rezervləridir. Azərbaycanın valyuta ehtiyatları ümumilikdə 50 milyard dollara yaxın olduğu halda, Ermənistanın valyuta rezervləri cəmi 2.6 milyarddır. Ortada 20 dəfəyə yaxın fərq var. Əvəzində, Ermənistanın xarici borcu bu kiçik və ölümcül durumdakı iqtisadiyyat üçün katastrofik həddədir – təxminən 8 milyard dollar. Yəni valyuta rezervlərindən və illik büdcəsindən təxminən iki dəfə çox!

Görünən odur ki, Ermənistanın hər zamankı kimi yenə beynəlxalq maliyyə institutları və donorlar qarşısında dilənməkdən başqa çıxış yolu yoxdur. Lakin məğlub, tam çökmüş, siyasi təlatümlər içində çabalayan və heç bir iqtisadi perspektivi olmayan bir ölkəyə kimsənin borc verəcəyi inandırıcı görünmür. Və işğalçı ölkənin düşdüyü bu rəzil duruma görə özündən başqa heç kimi günahlandırmağa da haqqı çatmır...(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam