Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ORDUMUZ, HƏM DƏ EKOLOJİ FƏLAKƏTİN QARŞISINI ALIR! –Millət vəkilinin yazısı

Sadiq Qurbanov, 

Milli Məclisin Təbii ehtiyyatlar,

energetika və ekologiya komitəsinin sədri

 

Azərbaycan dünya miqyasında dinamik inkişaf edən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan bir ölkədir. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Lakin Azərbaycanın 30 ildən artıqdır ki, həll edilməmiş Qarabağ problemi ölkənin inkişafı üçün əngəllər törədir.

Yenixeber.org: Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində uzun illərdir ki, Azərbaycan torpaqlarının 20%-i, Dağlıq Qarabaq ərazisi və ətraf yeddi rayon ermənistan silahlı qüvvələrinin işğalı altında idi. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Ermənistanın təxribatlarının qarşısını almaq məqəsədi ilə əks həmlə əməliyyatı həyata keçirməyə başladı. Azərbaycan Ordusu Beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının bütün prinsiplərinə əməl edərək, yalnız hərbi obyektlərə qarşı hərbi əməliyyatlar həyata keçirir. Lakin erməni tərəfi cəbhədəki uğursuzluğunu ört-basdır etmək məqsədi ilə mülki əhalini hədəf götürərək, cəbhə xəttinə heç bir əlaqəsi olmayan Gəncə və Mingəçevir şəhərlərinə qadağan olunmuş raketlər atmaqda davam edir. Bu isə Beynəlxalq Konvensiyalarla hərbi cinayət hesab edilir.

Ciddi təhlükələrdən biri də, hazırda davam edən müharibə zamanı işğalçı dövlətin Mingəçevir Su Anbarına və bu anbar üzərində tikilmiş elektrik stansiyasına raket zərbələri endirmək cəhdləridir. Xüsusi qeyd edilməlidir ki, Cənubi Qafqazın ən böyük su anbarının dağıdılması ilk növbədə 100 mindən çox əhalisi olan Mingəçevir şəhərinin xəritədən silinməsi, eyni zamanda digər yaşayış məntəqələrinin su altında qalması ilə nəticələnə bilər. Bu səbəbdən, Ermənistanın silahlı qüvvələri tərəfində işğalçılıq siyasəti həm də dünya ekoloji mühiti üçün təhdiddir.

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti məhz Topxana meşəsinin qırılması ilə başlamışdır. İşğal olunmuş ərazilərdə 260,3 min hektarda böyük bir hissəsi endemik sayılan yüzlərlə növ bitkilər olan meşə sahələri, 43 min hektar sahəsi olan 6 xüsusi mühafizə olunan təbiət əraziləri qalmışdır. Burada "Qırmızı Kitab"a daxil edilmiş çoxsaylı fauna və flora növləri kökü kəsilmək təhlükəsi altındadır. Sözügedən ərazilərdə yüzlərlə təbiət abidəsi və geoloji-paleontoloji obyektlər məhv edilir. Burada qəsdən törədilmiş yanğınlar nəticəsində geniş ərazilərdə torpağın münbit qatı və canlı aləm məhv edilmişdir. Azərbaycan ərazisindən axan və öz mənbəyini Ermənistan, yaxud onun işğal etdiyi ərazilərdən götürən çayların uzun illər boyu çirkləndirilməsi qiymətli balıq növlərinin azalmasına və ya kökünün kəsilməsinə səbəb olmuşdur.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl və 10 su anbarı ciddi antropogen təsirə məruz qalır. Digər tərəfdən, anbarların suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan buraxılır və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri su altında qalır. İsti yay mövsümündə isə illik su normasının cüzi hissəsi buraxılır ki, bu da kəskin su qıtlığı yaradır. Su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. Uzun müddətdir ki, texniki xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrindəki 400 min əhali təhlükə altındadır.

Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə 2085 nömrəli qətnamə qəbul edilmişdir. Qətnamədə vacib humanitar problem nəzərə alınaraq, Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edilmişdir.

Ölkənin işğal olunmuş ərazilərində zəngin mineral resurslar mövcuddur ki, bu sərvətlər də uzun illərdir ki, talan olunur. Həm də sadalanan bu faktları nəzərə alaraq, dünyanın ekoloji mühitini təhdid altına alan erməni vandalizminin yaratdığı təhlükələrin qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusu müqəddəs bir işi yerinə yetirir. Hesab edirik ki, görülən bu tədbirlər vahid dünyamızı qorumağa xidmət edərək onun ekologiyasına da öz töhfəsini verəcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam