Redaktor seçimi
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Günün xəbəri

"AZƏRBAYCANIN DA SƏBRİNİN BİR HƏDDİ VAR..." -Prezidentin köməkçisinin TRT World” kanalına müsahibəsi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World”ə müsahibə verib.

Yenixeber.org: Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlar, 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti barədə danışıb. Müsahibəni təqdim edirik.

- Ermənistan Azərbaycanı ölkəsinin döyüş təyyarələrindən birini vurmaqda ittiham edir. Türkiyə tərəfi də bunun tamamilə yalan məlumat olduğunu bildirdi. Azərbaycan Prezidenti Administrasiyasının bu barədə fikrini bilmək istərdik.

-Biz də bununla bağlı açıqlama verdik. Bu, bir dezinformasiyadır, eyni zamanda, olduqca gülünc məlumatdır. Bütün radar sistemlərimizi yoxladıq və hətta Ermənistan ərazisindən də SU-25 hərbi təyyarəsinin havaya qalxdığı qeydə alınmayıb. Belə bir hal olmadığı təqdirdə hərbi təyyarəni vurmaq necə mümkündür? Bu, bir daha Ermənistanın mütəmadi olaraq dezinformasiya kampaniyası həyata keçirdiyini nümayiş etdirir.

-Biz bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bəs, bu mübahisənin başladığı onilliklərdən sonra niyə hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə icazə verilir?

-Təəssüf ki, 30 ildir Ermənistanın Azərbaycana qarşı işğalı davam edir. Azərbaycan tərəfi bu müddət ərzində səbir nümayiş etdirərək, münaqişənin ən qısa müddətdə həll olunması üçün danışıqlar prosesində iştirak edib. Ancaq gördüklərimiz odur ki, Ermənistan uzun illərdir yalnız Azərbaycan ərazilərini ilhaq etmək məqsədilə münaqişənin həllini uzadır.

-Bu, bir daha onu göstərir ki, Ermənistanın niyyəti bu əraziləri işğal altında saxlamaq və status-kvonu möhkəmləndirmək idi. Onlar danışıqlar prosesindən yalnız görünüş xatirinə istifadə ediblər.

-Azərbaycanın da səbrinin bir həddi var. Təəssüf ki, bu il iyulun ortalarından başlayaraq Ermənistan tərəfinin yeni təxribatlar və hərbi avantüralar həyata keçirdiyini də görürük. Xüsusilə, Ermənistanla Azərbaycan arasında sərhəddə, Tovuz istiqamətində baş verən hadisələr zamanı və o vaxtdan bəri Ermənistanın daha geniş miqyasda daha böyük plan hazırladığını görürdük. Tovuz hadisələri bu hücuma hazırlıq rolunu oynayırdı. Ermənistanın öz qoşunlarını təmas xətti boyunca konsentrasiya etməsi və bunun da nəticəsində 27 sentyabr tarixində azərbaycanlı mülki vətəndaşlara qarşı hərbi hücumunun şahidi olduq. Ancaq bu, Azərbaycanı özünümüdafiə hüququndan istifadə edərək, nəhayət, Ermənistanı sülhə məcbur etmək, Ermənistanın təxribatlarının, hərbi avantüralarının və Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qoydu.

-Bəs, bu münaqişə necə həll olunmalıdır. Biz bir sıra tərəflərin proaktiv beynəlxalq vasitəçilik cəhdlərini irəli sürmək çağırışı etdiyini gördük, ancaq Avropa İttifaqı xarici güclərin bu münaqişədən kənarda qalmasının zəruriliyini göstərdi. Bununla bağlı sizin fikriniz nədir?

-Buna görə də biz ədalətin bərpa olunmasını və beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasını istəyirik. Ermənistan işğalçı dövlətdir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi münaqişənin həlli üçün hüquqi siyasi çərçivə təşkil edir. ATƏT-in Minsk qrupu prosesində münaqişənin necə həll edilməsi barədə yol xəritəsi də mövcuddur və bu yol xəritəsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə başlayır. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetiribmi? Xeyr. Əksinə, onlar çox təcavüzkar milli təhlükəsizlik strategiyası və müdafiə doktrinasını qəbul etdikləri üçün daha aqressiv olublar. Ermənistanın müdafiə naziri bunu yeni ərazilər uğrunda yeni müharibə adlandırıb. Azərbaycanın gözləntisi bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət də öz öhdəliyini yerinə yetirməlidir. Bu öhdəlik Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinin icrasını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsini tələb etmək, həmçinin münaqişəni həll etmək məqsədilə Ermənistana diplomatik siyasi təzyiq göstərməkdən ibarətdir.

Heç bir dövlət öz ölkəsinin işğalı ilə razılaşa bilməz və Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməyə davam edir. Dünən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən heç biri Şura çərçivəsində bu münaqişə ilə bağlı müzakirə və ya konsultasiya ilə əlaqədar görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etməyib. Belə bir suallım var: BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinin qəbul edilməsindən 25 il keçir. Niyə BMT Təhlükəsizlik Şurasının bu 25 ildə Ermənistanın qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb etməsi ilə bağlı heç bir sessiyası da keçirilməyib?

-Ermənilərin iddia etdikləri məsələlərdən biri də Dağlıq Qarabağın etnik ermənilərin yaşadığı ərazi olması və onların özlərini müdafiə etmək zərurətidir. Biz sonradan Azərbaycanda etnik ermənilərə etinasız münasibət göstəriləcəyini və ya onların təhlükə ilə üzləşəcəkləri kimi əsasların olacağını güman edə bilərikmi?

-Tarixə nəzər salsanız görərsiniz ki, ermənilər Azərbaycan ərazisində çox xoşbəxt yaşayıblar. 80-ci illərin sonlarına qədər Dağlıq Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub. Erməni separatçıları və terrorçuları Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində səylər göstərməyə başladılar və bu hadisələrdən sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı. Biz hesab edirik ki, Dağlıq Qarabağın erməni icması və ya bizim erməni mənşəli vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların Azərbaycan Konstitusiyasına uyğun olaraq onların tam hüquqlarını təmin etməyə hazırıq. Eyni zamanda, biz Dağlıq Qarabağın etnik cəhətdən təmizlənmiş azərbaycanlı icmasını da dana bilmərik. Azərbaycanın suveren ərazilərində işğalçılıq siyasəti həyata keçirən ermənilər azərbaycanlıların mövcudluğunu belə tamamilə inkar edirlər. Bəs bir milyon azərbaycanlı məcburi köçkünün və qaçqının hüquqları necə olsun? Biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycanın erməni icmasının bütün əsas hüquqlarını təmin etməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}