Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vitse-spiker:“Bəzi ölkələr BTC-nin qarşısını almaq üçün ...”

Vitse-spiker: “Bəzi ölkələr BTC-nin qarşısını almaq üçün 100 milyonlarla dollar vəsait xərcləyirdi”

“Azəri-Çıraq-Günəşli yatağının işlədilməsi ilə bağlı müqavilənin müddəti 2050-ci ilə qədər daha üstün, əlverişli şərtlərlə uzadılıb”.

Yenixeber.org: Bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib. 

Valeh Ələsgərov deyib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri həyata keçirilərkən 263 beynəlxalq QHT bunun qarşısını almağa çalışıb: “Bəzi ölkələr Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin qarşısını almaq üçün 100 milyonlarla dollar vəsait xərcləyirdi. Heydər Əliyevin nüfuzu sayəsində dünya siyasətini müəyyənləşdirən dövlətlər qarşısında öz yerimizi tutduq. Heydər Əliyev şəxsən Vaşinqtonda Dünya Bankının rəhbərliyinə bu layihəni təqdim etdi, danışıqlar uğurla nəticələndi”.

Milli Məclisin sədr müavini nəzərə çatdırıb ki, Heydər Əliyevin siyasəti davam etdirildiyi müddətdə Azərbaycana heç kim bata bilməz. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam