Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xocavənddə "ƏJDƏHA" suyun qarşısını kəsib-ŞİKAYƏT

 

 Yenixeber.org: Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ sistemləri arasında olan ərazidə yerləşən və şərqdən Xəzər dənizi ilə əhatələnən Kür-Araz Iqtisadi Rayonu ərazisinə görə respublikanın ən böyük iqtisadi rayonudur. Sahəsi 27,5 min kv.km-dir. Bu isə respublika ərazisinin 32%-i deməkdir. Burada suvarma böyük əhəmiyyətə malikdir. Sovet hakimiyyəti illərində bu rayonun hüdudları daxilində Mingəçevir su anbarı yaradıldı, suvarma üçün bir çox -Baş Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan və s. su kanalları çəkildi. Burada təsərrüfatın əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük, subtropik meyvəçilik, habelə heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı təşkil edirdi. 1981-ci ildə Azərbaycanda istehsal olunan pambığın 90%-dən çoxunu Kür-Araz iqtisadi rayonu verib. Azərbaycanın kolxoz, sovxoz və təsərrüfatlararası birlikləri üzrə hasil edilən ətin, südün və yunun təxminən 3/1 Kür-Araz İqtisadi Rayonunda istehsal edilib. 
Kür-Araz İqtisadi Rayonunun ən bərəkətli və münbit torpaqlarından hesab edilən Haramı düzünün kənd təsərrüfatında xüsus əhəmiyyətə malik çəkisi var. Haramı Araz çayının sol sahilində, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və Ağdam rayonlarının ərazisində yerləşir. Haramı Mil düzünün qərb hissəsidir. Bu ərazi Azərbaycan tarixində böyük keçmişi olan bölgələrdən biridir. 2500 il əvvəl bu ərazilərdə geniş təsərrüfat sisteminin mövcud olduğunu arxeoloji qazıntılar da sübut edir. Hələ Sasanilər dövründə bu ərazilərə Arazdan bir neçə su arxı çəkilmişdir. Təsərrüfatın inkişafı nəticəsində burada şərqin ən böyük və gözəl şəhərlərindən biri olan Beyləqan şəhəri yaranmışdır. Lakin 1242-ci ildə monqollar Beyləqani dağıtdılar. Şəhər və ətrafındakı təsərrüfat yer üzündən silindi. Əhali ya məhv edildi, ya buradan qaçdı, qurulmuş möhtəşəm su sistemləri yararsız hala düşdü. Bağlı-bağatlı, əkinli-biçinli, cənnət ərazi səhralığa çevrildi. Uzun müddət ərazi qaçaq-quldur yuvası olduğu üçün buraya Haramı düzü deməyə başladılar.
20-ci əsrin əvvəllərində Haramı düzünün müəyyən bir hissəsi əkinə yararlı vəziyyətə gətirildi. Lakin bu iş sonadək həyata keçirilmədi. Yerdə qalan ərazidən yalnız örüş kimi istifadə edilməyə başlandı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra kəndliyə qaytarılan torpaqlar insanların güzəranında xüsusi rol oynamağa başladı. 
Haramı düzündə böyük kənd təsərrüfatı şirkətləri yaradıldı, yerli sakinlər öz pay torpaqlarında əkin-biçin aparmaqla işsizliyin aradan qaldırılmasında vətəndaş kimi müəyyən qədər rol oynamağa nail oldular. 
Burada dövlət hesabına, mənbəyini Horadiz qəsəbəsindəki su anbarından götürən suvarma sistemi qurulduqdan sonra bura ölkənin mühüm kənd təsərrüfatı bölgələrindən birinə çevrilib.  Haramı düzündə pambıq, taxıl, bostan-tərəvəz bitkiləri əkilir, mal-qara saxlanılır.
Ancaq buna rəğmən, bəzi vəzifəli və səlahiyyətli şəxslərin özbaşınalığı, yaxud məsuliyyətsizliyi üzündən sıravi kəndlilər, yerli sakinlər, kiçik fermerlər ciddi suvarma problemləri ilə üz-üzədirlər. 
Haramı düzünün bərəkətli, barlı, bol məhsullu olmasında, Xocavənddən didərgin düşüb ərazidə məskunlaşmış məcburi köçkünlər əsas rol oynayır. Ərazinin suvarılması Fizuli Yuxarı Mil-Muğan Hidroqovşağın hesabına reallaşdırılır. Amma son zamanlar bu hidroqovşağın rəhbərliyi tərəfindən buradakı fərdi və ya fermer təsərrüfatı ilə məşğul olanlara suvarma suyunun verilməməsi ciddi şəkildə məhsul itkisinə, torpaqların sürətlə şoranlaşmasına səbəb olur. .
Haramı düzündə müxtəlif şirkətlərə və ya qərəz kimi səslənməsin deyə adını çəkmədiyimiz ayrı-ayrı adamlara məxsus torpaqlara lazım olduğundan da artıq suvarama suyu verildiyi halda, yuxarıda göstərildiyi kimi fermerlərə və fərdi təsərrüfatlara su baxımından “gözünün ucu ilə” baxan da yoxdur. 
Dəfələrlə yuxarı insatnsiyalara bu haqda şikayət edən təsərrüfat sahiblərinin səsini eşidən yoxdur.  
Haramı düzünün ətrafından keçən Yuxarı Qarabağ, Aşağı Mil su kanalları su ilə dolu olduğu halda, Yuxarı Mil su kanalı yalnız Xocavənd ərazisinə qədər su ilə dolu olur. Bu isə əhalinin suvarma suyuna olan ehtiyacını ödəməyə qadir deyil. Xüsusilə yay aylarında əkin altında olan torpaqlara məhsul suyunun vurulması ləngidiyindən, yaxud ümumiyyətlə suvarılmadığından bu sahələr, eyni zamanda bar gətirməkdə olan bostan və bağlar susuzluqdan məhsuldarlığının 3/2-ni itirməli olur. Bu da sakinləri nəinki narahat edir, həm də onların kasıblıq həddinə düşməsinə gətirib çıxarır. 

Aidiyyatlı qurumlara dəfələrlə müraciət edən fremerlərin, fərdi təsərrüfat sahiblərinin səsinə sə verilmədiyindən onlar son ümid yeri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə üz tutmaqdan başqa çıxış yolu tapmır: 

“Cənab Prezident!
 
Sizin sərəncamınızla 2012-ci ildə "Səba”-"Qarabağ Taxıl” MMC şirkəti yaradılmışdır. Şirkətin yaradılmasında məqsəd regionda əhalinin işlə təmin olunması və ölkədə taxıl bolluğunun yaradılmasıdır. Lakin hal-hazırda şirkət təkcə taxıl yox, həm də başqa məhsullar, qarğıdalı, soya istehsal edir. Bundan əlavə, bu MMC-nin yerli filialının rəhbəri Fikrət Abdullayevin tanışları, dostları tərəfindən Haramı Düzündə min hektarlarla soğan əkilmişdir. Qeyd edəki, soğan sahələrinin suvarılması üçün F. Abdullayev öz nüfuzundan istifadə etməklə Fizuli Yuxarı Mil-Muğan Hidroqovşağın əraziyə gələn suyunu özünə münasib bildiyi adamların sahələrinə axıdılmasına nail olur. Kanalın bütün suyu Haramı düzündə konkret sahələrə verilir. Sıravi adamlara məxsus sahələrlə yanaşı Xocavənd qəsəbəsində sakinlərə məxsus həyətyanı sahələr də susuzluqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Fizuli Yuxarı Mil-Muğan Hidroqovşağının tabeliyində olan Yuxarı Mil kanalından ayrılıb qəsəbənin mərkəzindən keçən azhəcmli su kanalı tamamilə qurudulub. Əhali artıq bu susuzluqdan ciddi əziyyət çəkir. Bar və kölgəlik üçün əkilmiş ağaclar tamamilə quruyur, toyuq-cücə, mal-qara susuzluqdan əziyyət çəkir. 
Cənab Prezident! Onu da deyək ki, müxtəlif mövsümlərdə Xocavənd ərazisində Fikrət Abdullayev və onun yaxınları çuğundur, soğan, taxıl, arpa, yonca, qarğıdalı, soya və sayrə bu kimi bitkilər əkdiyi zaman, sıravi vətəndaşlar, kiçik fermerlər, fərdi təsərrüfat sahibləri öz sahələrinin növbəti dəfə susuzluqdan məhv olacağına əmin olsalar da, Sizə və təbiətin rəhminə ümid edib əkinə qol çırmayırlar. Xahiş edirik, bizim problemimizin həlli üçün lazımi ünvanlara göstəriş verəsiniz. 
Hazırda Xocavəndin coğrafi baxımından yuxarı hissəsindən Yuxarı Mil kanalı Haramı istiqamətində, aşağı tərəfindən isə Aşağı Mil kanalı su ilə tam dolu vəziyyətdə Ağcabədi istiqamətində axır. Səbəbi isə… Sizə yazdığımız kimidir… Fikrət Abdullayevin və yaxın ətrafının kimlərəsə, hətta Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə yaxınlığı və ya ona yaxın olmaq üçün “yol tapması”dır. Bizim isə ən yaxın adamımız Sizsiniz.”
Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci ildə verdiyi tapşırığa əsasən, Füzuli rayonunda Harami düzü ərazisində Yuxarı Mil kanalının 3,6 kilometr hissəsinin bərpa olunması nəzərdə tutulurdu. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ayrılmış vəsaitin müqabilində kanalın 4,23 kilometrlik hissəsinin tikintisini başa çatdırıb və istismara verib. .
Reportyor.tv


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam