Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.

Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 51,5 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Fevralın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 6, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 391 sm (2018-ci il fevralın 15-də 335 sm), Şirvanda 279 sm (2018-ci il fevralın 15-də 193 sm), Salyanda 237 (2018-ci il fevralın 15-də 153 sm), Bankədə 223 sm (2018-ci il fevralın 15-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2018-ci il fevralın 15-də 80 sm) təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam