Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Şəmkirdə növbəti işgüzar forumunu keçirib

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, kartof və soğan saxlama anbarının, istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının, cins heyvandarlıq kompleksinin, quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Tədbirdə SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, indiyədək Şəmkir rayonundan olan 1100 sahibkara 63,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, aqroparkın, iri fermer, istixana, intensiv bağçılıq təsərrüfatlarının, çörək zavodunun, balıq istehsalı və emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər balıq istehsalı və emalı müəssisəsinin yaradılmasına, bağçılıq, tərəvəzçilik, heyvandarlıq sahələrinin inkişafına və s. yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 350-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq.
Tədbir çərçivəsində Şəmkirdə dövlətin güzəştli krediti ayrılan ildə 3 min ton balıq istehsal etmək gücünə malik müəssisəyə baxış keçirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam