Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xarab çıxan qatıqlar “Araz” marketlər şəbəkəsindən yığışdırılır –Foto

 

 

 

Yenixeber.org: Noyabr ayının 13-də saat 21:29 radələrində “Araz” Marketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazasından alınan qatığın xarab çıxması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən “Araz” Supermarket MMC-nin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova bildirib ki, həmin mallar artıq “Araz” Supermarketlər şəbəkəsindən yığışdırılır, müştəriyə dəymiş ziyan isə ödənilib:

“Noyabrın 13-də saat 21.00 radələrində müştərimiz “Araz” supermarketlər şəbəkəsinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən mağazamızdan qatıq alıb və təəssüf ki, istehlak müddətinin bitməməsinə baxmayaraq aldığı qatıq xarab çıxıb.

Dərhal məsələ ilə bağlı araşdırma aparıldı. Qeyd etmək istəyirəm ki, xarab çıxan qatıq ”Ramsüd” firmasının məhsuludur. Yaranmış vəziyyətlə bağlı istehsalçıya artıq məlumat verilib və eyni istehsal tarixinə aid və eyni qablaşdırmada olan qatıqlar “Araz” marketlər şəbəkəsindən yığışdırılır.

Onu da əlavə edim ki, mağazamız tərəfindən müştəriyə dəymiş maddi zərər ödənilib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam