Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bütün hazırlıqlar tamamlanıb:Ordumuz hücum etsə...

 

2018-ci ilin siyasi yekunları ilə bağlı Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi Eldar Namazovun müsahibəsini təqdim edirik:

- 2018-ci il Azərbaycanın xarici siyasətində hansı mühüm hadisələrlə yadda qaldıa?

- Burada sadəcə bir neçə hadisəni xüsusi olaraq qeyd etməkdə çətinlik çəkirəm. Ümumiyyətlə, demək olar ki, 2018-ci ildə xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi ili oldu. Bu, bir neçə məsələdə özünü açıq büruzə verir. Birincisi, Azərbaycanın Qərb və Şərq arasında apardığı balanslaşdırılmış siyasət öz effektini təsdiqlədi. ABŞ və Rusiyanın hərb məsələlərlə bağlı müdafiə nazirləri səviyyəsində aparılan çox gərgin danışıqlar üçün məkan olaraq Bakını seçməsi onu göstərir ki, həm ABŞ, həm də Rusiya Azərbaycana etibarlı partnyor kimi baxır. Bu, çox nadir hadisədir. Bir çox ölkələr bu mövqeni əldə etmək üçün çalışır. Azərbaycan isə buna nail ola bilib. Eyni zamanda, bu il Azərbaycanın üzvü olmadığı KTMT-də Bakının mövqeləri və təsirinin bu təşkilata üzv olan və torpaqlarımızı işğal altında saxlayan Ermənistandan qat-qat güclü olduğu da ortaya çıxdı. Son aylarda bu, xüsusən açıq-aydın göründü. Bunu da Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirmək olar və s.

Amma bunlarla yanaşı, hamımız təəssüf edirik ki, Qarabağ məsələsinin həlli ilə bağlı aparılan danışıqlar əvvəlki illərdə olduğu kimi nəticəsiz qaldı. Getdikcə daha da aydın olur ki, bu problemin həllində əsas aparıcı rol məhz Azərbaycan Ordusuna məxsus olacaq. Mən əminəm ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelində keçirdiyi uğurlu əməliyyatı daha geniş miqyasda bir daha həyata keçirməli olacaq. Biz bu problemin həllində bundan sonra ciddi nəticələr əldə edə biləcəyik.

- Bu il ərzində Azərbaycanın və Ermənistanın yürütdüyü siyasətin müqayisəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanın əldə etdiyi üstünlüklər, xüsusən Aprel döyüşləri zamanı erməni ordusunun məğlubiyyətindən sonrakı situasiya, beynəlxalq təşkilatlarda Azərbaycanın imkanlarının güclənməsi, erməni tərəfinin isə mövqelərinin zəifləməsi nəticəsində Ermənistanın daxilində sosial partlayış oldu və bu, nəticədə siyasi böhrana gətirib çıxardı. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Yəni bizim addım-addım əldə etdiyimiz uğurlar olmasaydı, Ermənistan cəmiyyətində bu qədər narazılıq və məxməri inqilab baş verməzdi. Faktiki olaraq, bu, Aprel döyüşlərinin nəticəsidir. Baş verən hakimiyyət dəyişikliyi Ermənistana bu çətin durumdan çıxmağa imkan verməyəcək. Ona görə ki, Paşinyan daxili və xarici siyasət məsələsində Köçəryan və Sərkisyan üsulundan imtina edib yeni bir siyasət ortalığa qoymaq istəyirsə, o, ilk növbədə Qarabağ məsələsində Köçəryan-Sərkisyan xəttindən imtina etməlidir. Qarabağ məsələsində Köçəryan-Sərkisyan siyasətini davam etdirib, başqa sahələrdə uğur qazanmağa istəyi mümkün deyil. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da regiona səfəri zamanı ermənilərə açıq mesaj verdi. Bolton Ermənistanın inkişafı üçün ilk şərtin qonşularla münasibətləri normallaşdırmaq və Qarabağ problemini həll etmək olduğunu vurğuladı. Eyni zamanda, Ermənistandakı keçmiş ABŞ səfiri də torpaqların azad olunması ilə bağlı diskussiyalara başlamağın vacibliyini dilə gətirdi. Yəni artıq bunu beynəlxalq konsensus adlandırmaq olar. Ona görə ki, son dövrlərdə Rusiya tərəfindən də Ermənistana təkliflər, təşəbbüslər irəli sürülür. Onların da təkliflərinin əsasında torpaqların azad olunması prinsipi dayanır. Artıq bu mesajı ermənilər Rusiyadan da, ABŞ-dan da alır. Ona görə də Ermənistanın yeni hakimiyyəti ilk növbədə Köçəryan-Sərkisyan xəttindən imtina etməlidir. Bununla da onlar öz dövlətlərini mövcud olan çətin durumdan çıxara bilərlər.

- Sizcə, 2019-cu ildə Qarabağ münaqişəsinin həlli mümkündürmü?

- 2019-cu ili bu məsələdə müəyyən dönüş ili sayıram. Bu seçimi təbii ki, Ermənistanın yeni hakimiyyəti etməlidir. Azərbaycan isə hər bir seçimə hazır olmalıdır. Mən ilk növbədə Azərbaycan Ordusunun gücünün burada həlledici amil olacağına tam əminəm.

- 2019-cu ildə ölkənin xarici siyasətinin əsas prioritetləri necə olacaq?

- Ümumi bir fəlsəfi yanaşma var. İldən-ilə elə də hiss olunmayan, ancaq kəmiyyət baxımından baş verən dəyişikliklər hansısa bir keyfiyyət dəyişikliyinə gətirib çıxarmalıdır. Hesab edirəm ki, uzun müddət Azərbaycan Ordu quruculuğunda atdığı addımların çoxu pərdə arxasında qalırdı. Mətbuata o qədər də bəlli deyildi. Yalnız 2016-cı ilin Aprel döyüşləri zamanı bəlli oldu ki, Azərbaycan Ordusu uzun illərdir apardığı modernləşdirmə siyasətində çox böyük uğurlar əldə edib. Hətta ermənilərin o vaxtkı prezidenti Serj Sərkisyan açıq bəyan etdi ki, Azərbaycan müasir silahlarla təchiz olunub, Ermənistan isə hələ XX əsrin ortalarında istehsal olunan silahlardan istifadə edir. Mən hesab edirəm ki, bu mənada Azərbaycan addım-addım nail olduğu kəmiyyət dəyişikliklərini növbəti ildə keyfiyyət dəyişiklikləri ilə əvəz etməlidir. Yəni Azərbaycan 2019-cu ildə uzun illərdir apardığı ordunun modernləşdirmə prosesini, Ermənistanı beynəlxalq aləmdə təcrid etmə siyasətindən sonra 2019-cu ildə real nəticələr üzərində işləməlidir. Torpaqlarımızın azad olunma prosesinə start verməyin vaxtı çatıb. Bunun üçün kifayət qədər böyük hazırlıq işləri görülüb. Xüsusilə də Azərbaycan böyük neft gəlirlərindən əldə etdiyi maliyyə üstünlüyünü siyasi və hərbi üstünlüklərə transfer edə bilib. İndi artıq vaxt yetişib ki, bu prosesin real nəticələrini əldə edək. Arzu edirəm ki, 2019-cu il torpaqlarımızın azad olunması prosesində real nəticələrə gətirib çıxarsın.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam