Yenixeber.org: Bu barədə danışan politoloq, milllət vəkili Aydın Mirzəzadə bildirib ki, ayrı-ayrı regionlarda yerləşməyimizə baxmayaraq Azərbaycanla dostluq münasibətləri qurmaqda maraqlıdır:

“Səfər bir daha Azərbaycanın yaxşı xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanla Xorvatiya münasibətlərinin tarixi bir o qədər də böyük deyil. Eyni zamanda biz ayrı-ayrı regionlarda yerləşirik. Azərbaycanın apardığı təmiz və beynəlxalq hüquq normalarına söykənən xarici Azərbaycanla bərabərhüquqlu olmasında maraqlıdır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bərabərhüquqlu münasibətlərin olmasında maraqlıdır. Xorvatiya Avropanın nüfuzlu ölkələrindən biridir və onun timsalında Azərbaycan yeni bir Avropa dostu qazanır. Birgə fəaliyyət göstərmək hər iki ölkənin marağındadır. Cənab prezidentimizin səfəri yüksək səviyyədə keçdi. Nəinki Xorvatiya, digər xarici ölkələrdə də Azərbaycan liderinin səfərinə böyük diqqət yetirdilər”.

A.Mirzəzadə həmçinin ard-arda baş tutan səfərlərin səbəbləri haqqında danışarkən qeyd edib ki, bu Azərbaycanın xarici ölkələr tərəfindən böyük marağa səbəb olmasından irəli gəlir:

“Bu gün bir çox ölkələr Azərbaycanla yaxşı münasibət qurmaqda, dostluq etməkdə maraqlıdır. Azərbaycanın imkanlarından istifadə etməyə çalışırlar".