Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"EurActiv": “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”

 

"EurActiv": “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalında bu il dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilmiş görüş barədə “NATO: Baku is ‘perfect venue’ for talking to Russia”  başlıqlı yazı dərc edilib.

Yenixeber.org:Yazıda bildirilir ki, Azərbaycanın paytaxtı 2018-ci il ərzində artıq ikinci dəfədir ki, bu formatda görüşün keçirilməsinə ev sahibliyi edir. Qeyd olunur ki, Prezident İlham Əliyev ilə görüşü zamanı NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti Bakının NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkan olduğunu və Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, yazıda Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də görüşlə bağlı fikirlərinə yer ayrılıb: “Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır. Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam