Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu 3 ölkə Azərbaycanı qorumağa məhkumdur...”

 

Xeberinfo.com:   Tanınmış siyasi analitik Tahir Cəfərli ilə bu dəfəki söhbətimizdə son Azərbaycan-Rusiya-İran sammiti və Türkiyə-Rusiya barışı fonunda  yaranmış yeni geosiyasi durumdan,  Qarabağın azad edilməsi üçün yetişən siyasi  məqamdan və 3-cü devalvasiya təhlükəsindən  bəhs etdik.

- Tahir müəllim,  Azərbaycan, Rusiya və İran Prezidentlərinin 8 avqust görüşündən sonra Qərb qəzetləri bu üç ölkənin birliyindən yazırlar. Maraqlısı budur ki, bu birliyin təşəbbüskarı kimi Azərbaycan Prezidenti İlham Əliyevi göstərirlər. Qərb  mediası Azərbaycan Prezidentinin çıxışınıəsas gətirir. Ümumiyyətlə, 3 prezidentin görüşü və bağlanılmış sazişlər Azərbaycana nə verir? 

-Əvvəla, bu sammit doğrudan da dünyanın geosiyasi xəritəsinin dəyişdi. Öz dövlətçilik maraqlarını qorumaq üçün üç ölkənin bir araya gəlməsi onların iqtisadi və siyasi əlaqələrinin daha da gücləndirilməsinə və vahid geosiyasi mövqe tutmalarına gətirib çıxardı.

-Bu sammitə “siyasətdə təsadüfü heç nə yoxdur” prinsipi ilə yanaşsaq, bu üçlüyün bir araya gəlməsini nə ilə izah edə bilərsiniz? Dərinə gedəndə bu birliyin mümkün olacağı ağıla sığılası deyil... 

-Bir sıra tarixi-geosiyasi  məqamlarda biri-birinə zidd mövqelərdə duran üç ölkənin vahid bir iqtisadi və siyasi məkanda birləşməsinə səbəb dünyada baş verən geosiyasi gərginliklərlə və bu üç ölkəyə qarşı artan təxribatlarla əlaqədardır. Çünki Qərbin müəyyən qüvvələri istər ölkəmizə qarşı, istərsə də qonşularımıza qarşı açıq şəkildə düşmənçilik mövqeyi tutublar. Həm İran, həm Rusiya ilə aramızda olan narazılıqlara baxmayaraq, Azərbaycan tərəfi hər üç ölkəni mövcud təhlükələrdən qorumaq üçün birləşib vahid mövqeyə gəlməyi təklif etdi. Nəticə də müsbət alındı...

-Bu yaxınlaşmanın iqtisadi tərəfinə keçməmişdəəvvəl, siyasi cəhətdən təhlil edək. Sizə elə gəlmirmi ki, bu birliyin əksinəgedən qüvvələrin ciddi təzyiqinə sinə gərməli olacağıq? 

-Bu həqiqətən belədir. Yadınızda varsa, Türkiyə-Rusiya barışığı ilə əlaqədar qeyd etmışdık ki, Azərbaycana Qərbin ciddi təzyiqləri olacaq. İndi bu üçlüyə Türkiyənin də qoşulacağını nəzərə alsaq, görərik ki, həmin birlikdə körpü rolunu oynayan Azərbaycan ciddi təzyiqlərə məruz qala bilər. Çünki dördlüyün(Türkiyə də nəzərdə tutulur-S.L.) yaradacağı İttifaqmı deyək, Birlikmi deyək, Qərbin təkcə Yaxın Şərqdə deyil, eyni zamanda Əfqanıstan və Pakistanda da geosiyasi oyunlarının qarşısını alır. Faktiki olaraq ABŞ-ın ortaya atdığı “idarə olunan xaos” siyasətinə son qoyulur. Odur ki, Azərbaycanı bu üç ölkə ciddi qorumalıdır ki, yaranmış “geosiyasi körpü” həqiqətən işləsin...

-Bu körpünün mahiyyəti nədədir? 

-Bu, hər şeydən əvvəl 3 ölkənin vahid bir cəbhədən çıxış etməsinə şərait yaranması və ciddi iqtisadi sıçrayışların proqnozlaşdırılmasında görünür. Bundan əlavə, Azərbaycan tərəfi öz xarici siyasətini elə qurdu ki, üç ölkənin dövlət maraqları naminə vahid bir xətdə  birləşmənin vacibliyini qonşularına göstərdi. Nəticədə 4-cü ölkənin də bu birliyə qoşulması planı işlədi və ertəsi gün, avqustun 9-da Sankt-Peterburqda Rusiya -Türkiyə danışıqlarının da nəticəsi pozitiv oldu. Beləliklə, çox güclü iqtisadi məkan formalaşacaq və bu ölkələrin düşdüyü böhrandan qısa müddət ərzində çıxacaqlarına şərait yaranacaqdır. Azərbaycan  körpü rolunu oynadığından qalan üç ölkənin bütün plan və lahiyələri bizim ölkədən keçəcək. Bu isə faktiki olaraq üç ölkənin Azərbaycana dayaq olması deməkdir. Azərbaycan Prezidenti İ.Əliyevin qurduğu düzgün siyasətin nəticəsidir. Bu günə qədər Azərbaycan dünyanın geosiyasi məkanında tək qalmışdı. Azərbaycan Prezidenti bu körpünü qurmaqla faktiki olaraq birmənalı şəkildə dünyaya bəyan etdi ki, bu ölkələrlə əlaqələri digər ölkələrlə əlaqələrindən üstün tutur.

-Bu körpünün Azərbaycana faydası nədədir? 

-Təsəvvür edirsiniz, Azərbaycan Prezidenti Azərbaycan dövlətçiliyinə qarşı yaranan həm iqtisadi, həm də hərbi təhlükələri görürdü və bundan çıxış yolu axtarırdı. Qərbin Azərbaycana qarşı mövqeyi, ABŞ-n devalvasiya oyunu- bütün bunlar Azərbaycan dövlətçiliyinə qarşı yaranan təhlükələr idi. Bundan əlavə, Qərbin yaratdığı “İŞİD” də Azərbaycana qarşı düşmən mövqeyində idi. Prezident İ.Əliyevin bu körpünün yaradılmasında böyük rolu ondadır ki, 3 ölkənin liderlərinə həqiqi təhlükənin haradan gəldiyini anlatdı və bir ittifaqda birləşmələrinin vacibliyini göstərdi.  Eyni zamanda onları terrorizmə qarşı mübarizədə bir olmağa səslədi. Bu  geosiyasi körpü Azərbaycan üçün yalnız xarici təhlükələrdən qorunmaq üçün deyil, eyni zamanda iqtisadi məsələlərin də həllinə böyük önəm verəcəkdir. Türkiyə-İran-Azərbaycan-Rusiya qaz  tranziti, neft kəmərlərindən istifadə, ticarət dövriyyəsinin artması, ölkələr arasında mədəni və elmi əlaqələr –bütün bunlar qeyri-neft sektorunu inkişaf etdirən Azərbaycanın xeyrinədir. Fikir verin, Rusiya Azərbaycanın Hərbi Sənaye Kompleksini inkişaf etdirəcək hərbi təyyarələrin yığılması üçün zavod, İran tərəfi isə avtomobil zavodu açır. Soruşmaq istərdim, bəs Qərb Azərbaycan üçün hansı zavodları tikib?..

-Söhbətimizin əvvəlində siz  Qərbin həm iqtisadi, həm də hərbi təzyiqlərindən söz açdınız...

-Qərbin Azərbaycana iqtisadi təzyiqi kimi birinci və ikinci devalvasiyanı göstərə bilərik. Azərbaycan buna dövlətimizə və xalqımıza arxadan vurulan ən böyük zərbə kimi baxmalıdır.

-Bunun səbəbi indiyə qədər aydın deyil...  

-Ola bilsin, Qərbin xüsusi orqanları Azərbaycan Prezidentinin ölkəni düşdüyü böhrandan çıxmaq üçün atdığı addımlardan xəbəri vardı və Prezidenti bu yoldan uzaqlaşdırmaq üçün iqtisadi maneə yaradırdılar. Devalvasiyanı Azərbaycana tətbiq etmək nə deməkdir? Ölkədə olan bütün varidatın, məhsulun və xidmətlərinin 90% dən çox qiymətdən düşməsi, büdcə gəlirlərini azalmasıdır. Neftin qiymətinin aşağı düşməsi ilə bunu əlaqələndirmək axmaqlıqdır. Biz həqiqətin üzünə düz baxmalıyıq. Bu saat Azərbaycanda resessiya gedir. Bunu dayandırmağın bir yolu var – qeyri-neft sektorunun inkişafı, qonşu ölkələrlə iqtisadi əlaqələri sovet dövründə olduğu kimi bərpa etmək. Bura xarici ölkələri də əlavə etsək, Azərbaycanın  “neft iynəsindən ” yaxasını qurtara bilər. Ancaq 3-cü devalvasiyanı gözləməmək sadəlövhlük olardı...

Hərbi təzyiq dedikdə, əlbəttə ki, Qarabağ cəbhəsində baş verənlərə nəzər salmalıyıq. Aprel  döyüşləri göstərdi ki, Azərbaycan BMT-nın 4 Qətnaməsini əsas tutaraq torpaqlarını azad edə bilərdi, ancaq Cəbrayıla qədər gedib çıxmış ordumuz, birdən hücumu dayandırdı... 


-Bu məsələ çox müəmmalı görünür...

-Elə deyil. Sadəcə olaraq bizi 2008-ci ildə olduğu kimi Gürcüstanın gününə salacaqdılar. Ruslar Osetiyaya girdikləri kimi, NATO qoşunları da Qarabağa, erməniləri xilas etmək adıyla girəcəkdilər. Belə olduğu halda biz Qarabağı əbədi itirirdik, ruslar isə Cənubi Qafqazı...

-Belə çıxır ki, Qarabağ düyününü heç vaxt aça bilməyəcəyik? 

-Rusiya-Türkiyə-İran -Azərbaycan birliyi məsələnin sülh yolu ilə həllində heç bir əngəl yaratmayacaq. Hamıya aydındır ki, Ermənistan Rusiya və İranın ciddi köməyi olmasa, mövcud ola bilməz. Bu iki ölkə Ermənistanın şax damarını sıxa bilər və Azərbaycanın zəbt olunmuş torpaqlarını azad etdirə və iki xalqı barışdıra bilərlər...

-Hamıya aydındır ki, son günlər İrəvanda baş verən hadisələr bu prosesi dayandırmaq üçün idi...

-İranın bu prosesə qoşulması məsələnin həllini asanlaşdıracaq. İndi daha bu prosesi heç kim dayandıra bilməyəcək. Sadəcə olaraq Rusiya və Türkiyə Qərbin bura burnunu soxmasının qabağını almalı olacaqlar. Bizə elə gəlir ki, bu çətin məsələ olmayacaq, çünki Türkiyə-Rusiya barışı bütün regionda Türkiyəni Qərbdən asılı olmayan güclü bir dövlətə çevirir və Avropanın neft və qaz kəmərlərinin oradan keçməsini təmin edir. Bundan sonra Türkiyə Avropaya özünü necə aparmağı diktə edəcək.  

-Biz bu mövqedən çoxdan çıxış etməli idik...

 

-Elədir. 24 il bundan əvvəl bu siyasəti Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov həyata keçirmək isəyirdi. Onda bu yolla getsəkdik, indi Qarabağ da bizim idi, Rusiya və başqa MDB ölkələri ilə iqtisadi inteqrasiyamız qalırdı, bütün zavod və fabriklərimiz işləyirdi, neftdən asılı olmayan güclü iqtisadiyyatımız vardı... Gec də olsa, Azərbaycan düzgün, dövlət maraqlarına cavab verən yol seçdi. İndi Azərbaycan xalqı ona bu yolu açan Prezidentini qorumalıdır...(Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam