Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Qərb artıq Azərbaycanın əhəmiyyətini başa düşür"

 

“Avropa İttifaqı və ABŞ Azərbaycanın əhəmiyyətini anlamağa başlayıb”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqlandın Azərbaycana səfəri və verdikləri açıqlamalara münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
 
Q. Hüseynli bildirib ki, Avropa İttifaqı və ABŞ Azərbaycanın siyasi oriyentasiyasını dəyişə biləcəyindən narahatlıq keçirir və bunun yaratdığı təəssürat altında Azərbaycanla bağlı mövqelərində ciddi dəyişikliklər ediblər: “İndiyə qədər Azərbaycanın Dağlıq Qarabağ problemində ikili standartlara, ikili yorumlara, müxtəlif diplomatik manevrlərə yol verən Qərb indi bu məsələdə xeyli birmənalı mövqe sərgiləməyə başladı. Donald Tusk və Riçard Hoqlandın söylədikləri sözlər əsasında bunu demək mümkündür. Bir sözlə, Avropa Dağlıq Qarabağ probleminin həllində əvvəlkinə nisbətən xeyli pozitivlik nümayiş etdirməyə başlayıb və bununla Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyir. Dağlıq Qarabağ probleminin həllinə kim daha çox yardım edəcəksə, Azərbaycan onunla daha çox əməkdaşlıq edəcək. Lakin bu, digər ölkə ilə əməkdaşlığa ziyanlı olmayacaq. Tutaq ki, Azərbaycan üçün hazırda Rusiya ilə əməkdaşlıq daha ön plandadır, çünki Rusiya Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılması üçün daha çox səy göstərir, bundan da Azərbaycan daha çox xeyir götürə bilər. Bu da Azərbaycanın strateji maraqlarına uyğundur. Eyni zamanda Azərbaycan Avropa bazarına qaz çıxaracaq, Avropa ilə geniş ticarət əlaqələri var, Avropa ölkələrinə neft ixrac edir. Azərbaycanın Avropa ilə bu sahədəki əlaqələri də pozulmaz olaraq qalacaq. Buna Rusiya da heç bir şey deyə bilməz. Amma ola bilər ki, Dağlıq Qarabağ məsələsi tamamilə Azərbaycanın istəklərinə uyğun həll edilsə, Azərbaycan siyasi oriyentasiyasında müəyyən düzəlişlər edə bilər. Azərbaycan Avropaya inteqrasiya xəttini gündəmdən çıxara, amma Avropa ilə əməkdaşlıq xəttini  gündəmdə saxlaya bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olaraq Azərbaycan Rusiya, müşahidəçi qismində yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarla daha sıx inteqrasiya xətti seçə bilər”.
 
Q. Hüseynli qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi öz siyasi oriyentasiyasında birmənalı seçimi qəbul etməyib və dünyanın bütün ölkələri,  o cümlədən Qərblə, Rusiya ilə əməkdaşlıq gündəmdədir: “Son jestləri belə dəyərləndirmək olar ki, Qərb artıq Azərbaycanın əhəmiyyətini başa düşür. Azərbaycanı tək təbii sərvətləri ilə tanımırlar. Azərbaycanın geosiyasi, geocoğrafi əhəmiyyəti təbii sərvətlərindən daha qiymətlidir. Çünki Azərbaycan Avropa və Asiya arasında bir körpüdür, bu körpü bütün ölkələr üçün vacibdir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam