Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moskva Bakının rəğbətini qazanmağa çalışır

 

“Moskva Cənubi Qafqazda Azərbaycanın rəğbətini qazanmağa çalışır”.

"Xeberinfo.com": Bu barədə Böyük Britaniyanın “The Economist” nəşri Ukrayna böhranından sonra Cənubi Qafqazda geosiyasi vəziyyətə dair “Təxirə salınmış xəyallar” sərlövhəli məqaləsində bildirib.



Nəşr Ukrayna münaqişəsinə toxunaraq bunun birdən-birə peyda olmadığı fikrini irəli sürüb: “Hələ 2008-ci ildə Gürcüstanda Cənubi Qafqazı şoka salan avqust müharibəsi zamanı Rusiya Krım üçün presedent yaratdı. Bölgənin siyasi ekspertləri eyni presedentin 20 il öncə Dağlıq Qarabağda yaradıldığı fikrini də irəli sürürlər”.



“The Economist” Cənubi Qafqazda yaranmış münaqişələr fonunda bölgə ölkələrinin durumunu belə şərh edib.



“Ermənistan Avrasiya İttifaqını seçdi. İrəvan Avropaya arxa çevirərək üzünü Rusiyaya tutdu. Gürcüstan vaxtilə güclənmək üçün perspektivlərə malik ölkə idi. Bu ölkənin Rusiya üçün strateji qiyməti var. Çünki Azərbaycandan gələn neftin Türkiyəyə çatdırılması üçün bura tranzitdir. Gələcəyə hesablanmış boru kəmərləri üçün də Gürcüstan unikal tranzit ölkəsidir. Lakin bu ölkədə baş verən son hadisələr, Avroatlantik məkana inteqrasiyada yaranmış təhlükələr vəziyyəti dəyişdirir. Halbuki, regionun əsas ölkəsi bir çox məqamlara görə Azərbaycandır. Azərbaycan olmasaydı Gürcüstan da çətin olardı. Buna görə də Azərbaycan Rusiya üçün bölgəni ələ keçirməyin əsas açarıdır. Son vaxtlar Moskvada bunu tez-tez dilə gətirir, iki ölkənin tarixi əlaqələrindən bəhs edirlər. Təbii ki, Moskva Bakının rəğbətini qazanmaq istəyir. Bu planda sonuncu tikə isə Gürcüstandır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam