Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MƏSLƏKİ İLƏ BÜTÖVLƏŞƏN “ÇƏTİN ADAM”


Xeberinfo.com:  Müsahibim 60- cı illərin axırlarında ədəbiyyat aləminə öz dəsti-xəttiylə gələn, uzun illər mətbuatda çalışan və istedadlı jurnalist, tənqidçi və şair-publisit kimi tanınmış Etibar Etibarlıdır.

Salam.
Sizi müsahibim kimi görməyə çox şadam. Bilirəm ki, haqqınızda bilmədiklərimiz, hətta deyərdim ki, görünən və görünməyən tərəfləriniz sizi tanıyan və tanımayanlar üçün maraqlı olacaq. Gəlin elə jurnalist olaraq gördüyünüz işlərdən başlayaq.
-Uzun illər mətbu orqanlarda yazar, şair jurnalist kimi çıxış edən Etibar Etibarlı bu gün müsahib kimi, hansı hissləri keçirir?
Mən həmişə müsahibə götürmüşəm, müsahibə verməmişəm, ona görə də indi özümü imtahan verən adam kimi hiss edirəm. 
-Maraqlıdır deyilmi ?
Əlbəttə. 
- “Özgələri qınamağa haqqımız yoxdur. Çünki öz ocağımızı özümüz söndürüb, külünü də öz əlimizlə öz başımıza tökürük”
-Bu fikirlər sizindir. Sizi tənqidçi kimi məcbur edən nə oldu ki, belə bir fikirlə sosial şəbəkəşlərdə və saytlarda geniş miqyaslı məqalə ilə çıxış etdiniz? 
Heç vaxt haqsızlığa dözməmişəm, daha doğrusu, dözə bilməmişəm. Məni tanıyanlar bunu çox yaxşı bilirlər. Biz həmişə nə eləmişiksə özümüz-özümüzə eləmişik. Özgələr də bu xoşagəlməz xislətimizdən məharətlə istifadə eləyiblər. Hər hansı bir xalqın nümayəndəsinin dahi Nəsimiyə sahib çıxmasına, öz alimimin də göz görə-görə ona dəstək verməsinə necə laqeyd qala bilərdim? Hansı xalq istəməz ki, onun Xaqani, Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Vaqif, Mirzə Fətəli, Sabir, Hadi. Mirzə Cəlil, Üzeyir ...və s. və i. kimi dahiləri olsun?! Xalq öz ədəbiyyatı, incəsəni və mədəniyyətiylə tanınır. Bu aksiomadır. Adlarını çəkdiyim və çəkmədiyim yüzlərlə görkəmli şəxsiyyətlərimiz həmin sahələrin daşıyıcılarıdır.Xalqın alimi də, şairi də, yazıçısı da, bir sözlə, bütün ziyalıları, o cümlədən ən sadə vətəndaşı da təəssübkeş və mühafizəkar olmalıdır. Öz dilini də, ədəbiyyatını da, tarixini də, mədəniyyətini də, yad nəfəsdən qorumalıdır.İndi qloballaşan dünyada bu, zərurətdir, çünki qapılarımız açıqdır. Açıq qapıdan da, yad nəfəs maneəsiz daxil ola bilir. 
-Tənqidçi yazar kimi Etibar Etibarlı bu gün “Ədəbiyyat” qəzetinin yeni heyyətindən razıdırmı?
. Ancaq deyə bilərəm ki, bu gün "Ədəbiyyat qəzeti" elə əsl ədəbiyyat qəzeti kimi çıxır. Qəzet, əslində, redaktorun simasıdır. Qəzet yeni formatda çıxandan bəri tamamilə dəyişib, oxunaqlı bir mətbu nümunəsinə çevrilib--ədəbiyyat aləmi baxımından oxumağa nə istəsən taparsan. İşçilər də, yəqin ki, hərəsi öz işini görür. Şübhəsiz, əsas ağırlıq baş redaktorun, Azər Turanın üzərinə düşür. Redaktor olmaq böyük bir məsuliyyət yükünü daşımaq deməkdir.
-Deyirlər “düz danışan düzdə qalar” Bu kəlamın cığırları yaradıcılığınızla bağlı hansı maneələri önə çıxarıb?
Atalar bilməsəydilər belə misallar çəkməzdilər. Həyatımda bir nəfərə belə rast gəlmədim ki, onun düz sözdən xoşu gəlsin. Bəzən hissə qapılıb, çılğınlıq eləmişəm, sözü üzə demişəm, sonra da artıqlamasilə acısını çəkmişəm. Buna ALLAH özü də şahiddir. Bir jurnalist həmkarım da haqqımda yazdığı məqalədə bu xasiyyətimi vurğulamışdı. düzdür, illər keçdikcə anlamışam ki, hər şeyi o dəqiqə üzə vurmaq olmaz. ancaq neyləyəsən mənim də xəmirim belə yoğrulub. İnsanın taleyində bəxt də az rol oynamır. Bir şeirimdə də demişəm:"Can dedim əvəzi qeylü-qal oldu..."
-Şeirlərinizin birində deyirsiz.
Əlimi uzadıb üzü göylərə,
dua eləyirəm.. Gecə yarıda...
Bağışla, ya Rəbbim,
gec anlamışam
günah saymadığım günahları da!...Söz vaxtına çəkər bu misralar qəlbinizdən süzülən saflığa əl açan bir yalvarışdır. Doğrudanmı dediyiniz kimi gecikən günahlarınızı gec anlamısınız?
Yəqin bilirsiniz ki, mən dəfələrlə (8 dəfə)narkoz altında əməliyyat olunmuşam, ayaqlarımdan və ürək nahiyəmdən. Dəhşətli ağrılara dözməyə məcbur olmuşam. Allah heç kəsə göstərməsin. Bir gözqırpımı yuxuya həsrət qalmışdım. Bu gün də həmin ağrıları çəkməyə məhkumam.Düşünməyə vaxt çox olub. Bəzən qəsdən ciddi-cəhdlə özümdə günah axtarırdım. Bilirsinizmi niyə? Deyirdim ki, bəlkə nə vaxtsa nəsə bir günah eləmişəm, Ona görə indi Allah mənə cəza verir. İnanın, mən bunu bilə-bilə özümə təsəlli üçün axtarırdım ki,günah eləmişəmsə cəzasını da çəkməliyəm. Ancaq tapmadım. Misal çəkdiyiniz şeirin də əsas qayəsi də odur ki, mən bəndəyəm. Bəlkə elə günah eləmişəm ki, mən onu günah saymamışam, lakin Allahın nəzərində o böyük günahdır. 
Gözəl bir etiraf:
Adəm atamıza çəkmişik, demək,
O ağac,
biz onun halal barıyıq.
Bizi bağışlasın qadınlar gərək,
Neyləyək,
gözəllik xridarıyıq?! Bu şeirinizdə Adəm atamıza çəkmişik deməklə , müasir cəmiyyətdə nəyi vurğulayırsız? 
Qaldı Adəm məsələsinə. Mən bununla cəmiyyətə heç bir mesaj göndərmirəm. Sadəcə, onu demək istəmişəm ki, kişi kiminsə gözəlliyinə heyran qala bilər, qadın onu bağışlamağı bacarmalıdır. Allah Həvvanı boş yerə gözəl yaratmamışdı ki?! Gözəllik sevgi deməkdir. Yoxsa Allah Həvvanı da kişi görkəmində yaradardı, niyə qadın görkəmində yaradıb? Sevgi xətrinə...
-Bildiyimə görə Şamaxıdansınız. Sabir ədəbi bədii irsinin fövqündə görünən çağdaş ədəbiyyatımız necə görünür?
Dahi Sabirimiz bütün zamanların fövqündə dayanan bir zirvədir. Özünün dediyi kimi,"bir qocaman dağdır ki, dəryada durub". O. dünən də var idi, bu gün də var. sabah da olacaq. Çağdaş ədəbiyyatımız da öz dövrünün ağrılarını yaşayır. Mən müqayisə eləməyi xoşlamıram. Hər dövrün öz siması var, demək, onun da öz qayğıları və bu qayğıları əks etdirən ədəbiyyatı da olacaq. Yeri gəlmişkən, son illər modernist və posmodernist sözləri dəbdədir. Əslində, bu təmayüllər bu gün yaranmıyıb. Bu terminlər ötən əsrin əvvəlində də var idi. Zaman-zaman həmin terminlər həmişə gündəmə gətirilib. Guya yeni şeirin məzmun və forması bu tamayüllərin mahiyyətindən qidalanmalıdır. Yaxşı şeirin heç bir təmayülə dəxli yoxdur. Yaxşı şeir həyatdan ( geniş mənada) qidalanmalı yalançı pafosdan və ritorikadan uzaq olmalıdır.
-Gənc yazarlara münasibətiniz?
Bilirsinizmi, təbii ki nəsillər bir-birini əvəz etməlidir. Ədəbiyyatın yaşaması üçün gənc nəsil gəlməlidir və gəlməkdədir. Mən nikbinəm. Ad çəkməsəm də sevinirəm ki, gənclərin arasında belələri var. Qaldı onların gənclik şıltaqlığına bu da keçəri hissdir. Onlar bu peşənin ağırlığını gördükcə o şıltaqlıqları da unudacaqlar. Təbii ki, gənclik öz “mən" -ni isbat etməyə tələsir. Yaşlı nəsil onlardan müəyyən mənada inciməkdə haqlı olsalar da ancaq darılmaq lazım deyil. Vaxt gələcək həmin gənclər də, etdikləri şıltaqlığı da xoş bir xatirə kimi yada salacaqlar.
- Bu gün ədəbi mühitdə Xalq şairi kimi yox, xalqının şairi kimi dəyərləndirilən biri varmı?
Niyə yoxdur? Var. Elə bizim yaşıdlarımızın, yəni yaşı 60-ı keçənlərin arasında layiqliləri var. Ancaq məndən məxsusi ad soruşmayın.
-İllərin jurnalistisiniz, şərəfli peşənizə görə dövlət tərəfindən dəyərinizi ala bilmisizmi?
Heç yada düşməmişəm və bu, barədə heç kəsə də ağız açmamışam.Bu, mənim təbiətimə yaddır. Təsəvvür edin: 1968-ci ildə rayonumuzun qəzeti olan "Yeni Şirvan"da mənim "Səslər" sərlövhəli reportajım çıxanda 10-cu sinifdə oxuyurdum. Nə isə...
-Etibar müəllim, biz sizi həm jurnalist, həm də yazıçı tənqidçi kimi tanıyırıq. -Cavabınız maraqlı olardı... 
Əvvəla, mən özümü sırf tənqidçi saymıram. Mən şeir yazanda tənqidçi kimi yazmıram ki...Ancaq ədəbi tənqidlə məşğul oluram. Müxtəlif səpgili əsərlər haqqında rəylər də, irihəcmli təhlili yazılar da yazmışam. Həmişə ədəbi prosesi izləmişəm. Məni narahat edən problemlərə münasibətimi bildirmişəm. Tənqidçi ilə yazar-tənqidçi arasında fərq var. Tənqidçi peşəsi çox ağır və məsuliyyətlidir. O, həddindən çox oxumalıdır, hərtərəfli məlumata, güclü mühakimə qabiliyətinə malik olmalıdır, çünki bu onun peşəsidir. Yazıçı-tənqidçi məsələsinə gəlincə,bu da yeni bir şey deyil.Olub, olacaq. Yazıçılar arasında tənqidi yalnız bacaranlar yazırlar. Qoy tənqidçilər genişürəkli olsunlar, qısqamasınlar. Tənqid ədəbiyatın yol göstərən mayakıdır, Özü də dəniz mayakı kimi qırmızı yox, yaşıl rəngdədir..bahar rəngində...
-Sizin yaradıcılığnız iki dövrü əhatə edir. Bu gün mətbuatın, sözün azadlığı müəyyən mənada sizi qane edirmi?
. Azadlıq özbaşınalıq deyil. Hər şeyin həddi-hüdudu olduğu kimi azadlığın da müəyyən sərhəddi var. Azadlığı hər kəs öz arşını ilə ölçməməlidir. Hər hansı quruluş dəyişəndə, pis-yaxşı oturuşmuş, düzən pozulanda xaotik bir vəziyyətin yaranması labüddür. Dəniz təlatümə gəlib, sonra sakitləşən kimi cəmiyyət də girdabına düşdüyü təlatümlərin cəngindən xilas olduqca öz həyatını yeni axara salmağa çalışır. O da xalqın xarekterindən çox asılıdır. Xalq var bu tarixi yolu yüz ilə, xalq var ki, on ilə keçir. Mətbuat tərəfgir olmamalıdır. Təəssüf ki, bu streotip hələ ki, özünü göstərməkdədir.
-Sizcə jurnalist adının bu qədər çirkli səslənməsində hansı səbəbləri görürsüz? 
Juranlist şərəfli peşədir. hətta bir "Jurnalist" şeiri də yazmışam. Saytlarda gedib. Adını jurnalist qoyub reketlik eləyənlər bu adı ləkələyirlər. Vaxt gələcək, onlar sıradan çıxacaqlar. Bu barədə danışmağa dəyməz. Bəs jurnalist nə etməlidir? Axı o da yaşamalıdır?! Yaşamaq üçün də yazmalıdır. Mətbuat haqqında qanun var: juranalistin informsiya almaq hüququ var. Gəlin görək, bu hüquqdan o yetərincə yaralana bilirmi? Yox. 
Niyə?
Çünki dövlət idarələri keçilməz alaya dönüb, özəllər deyirlər ki, "burda mənəm, Bağdadda kor xəlifə". Bəs juranalist neyləsin? O müxtəlif qeyri-qanuni yollara əl atmağa məcbur olur. Xoşagəlməz vəziyyət belə yaranır. .
-Ədəbi mühitdə hansı yenilikəri görmək istərdiniz?
Dəyərli əsərlər yazılsın. Yazıçı kitabını qoltuğuna vurub qapı-qapı gəzməsin. Əslində, xaricdəki kimi bu yükü nəşriyyatlar çiyninə götürməlidir. Yazıçı əsərini yazmalıdır, kitabının satılmasını dərdini çəkməmələlidir. İananıram ki, gec-tez belə olacaq.
-Azərbaycan Yazıçılar Birliyində hansı islahat yönümlü yenilikləri görmək istərdiniz?
Xeyirxah yönümlü, ədəbiyyatımızın inkişafı naminə atılan hər bir xeyirxah addımı alqışlayardım. Hələki köklü bir islahat görmürəm. Bəzi xoşagəlməz söz-söhbətin də səbəbini bunda axtarmaq lazımdır.
-Səhiyyə və təhsil bu gün cəmiyyətdə necə qiymətləndirilir?
Nə səhiyyədə və nə təhsildə ürəkaçan bir şey görmürəm. Xəstəxanalar, məktəblər simasını dəyişir. Bu, yaxşıdır. Əgər həmin həkimin, müəllimin, şagird və tələbə xəstəxanalarda işləyənlərin xarakteri, açıq desəm başı elə həmin başdırsa, elə xəstəxana kimə gərəkdir? Yaxud müəllim məcbur olub şagirdin valideyninin əlinə baxmağa vərdiş edibsə, hansı təhsildən danışmaq olar? Məktəbəqədər müəssisələr, bağçalar nəzarətsiz fəaliyyət göstərirsə, o körpələrdən nə gözləyirsən?. Dövlət xəstəxanalarında, eləcə də göbələk kimi artan özəl klinikalarda adamı soğan kimi soyurlarsa, hansı yaxşı işdən danışmaq olar axı? Yaxşılar da onların kögəsində itib-batır. Əgər bu gün məzmunca heç bir işə yaramayan dərsliklər ( xüsusilə ibtidai siniflər üçün) tender elan etməklə təsadüfi müəlliflər tərəfindən yazılırsa, o cümlədən bu gün üniversitet tələbəsi sadə bir cümləni yazanda səhv buraxırsa buna nə ad vermək olar?
- Sizi həyat küsdürüb yaxud xarakter olaraq küsəyənsiniz? Nələri itirmisiniz?
. Təbii ki, mən uşaq kimi kövrəyəm. Ürəyim bir tikədir, yumşaqdır. Ancaq dönməz üzüm də var. Baxır harda və nə üçün. İtirməyə gəlincə-nə qazanmışam ki, nə də itirəm? Halal çörəklə böyütdüyüm üç oğlum, beş nəvəm var. Yeddi il çarpayı dustağı olmuşam, hələ sabah bilmirəm yenə bıçaq altına düşəcəyəm, yoxsa, yox. Körpə kimi nazımı çəkən ailəm var. Allah onları mənə çox görməsin.
-Mənə elə gəlir kölgənizi qamçılayanlar çox olub. Bəs kölgənizə bürünüb sürünənlər necə?
Siz bunları hardan və kimdən öyrənmisiniz? 
Əlbəttə, araşdırma aparmalıydım ki, müsahibimi müəyyən manada tanıya bilim.
Maraqlıdır...
Düzdür ömrüm boyu kölgəmi qamçılayanlar olub. Bu xəstə halımdandan da əl çəkməyənlər var. Həmişə çeynənmişəm. Deyirlər çeynənən saqqız tez çürüyər. Düz sözmüş. Ancaq həmişə məni yandıran o olub ki, mən heç kəsə pislik etməmişəm. Uzaqbaşı, kimdənsə küsə bilərəm. Pislik mənim ocağıma yaraşmaz. Bunu bəzi dostlarım bilirlər.Çörək verdiyim bəzi çörəktutmuşlar da var.
- Milli və mənəvi dəyərlərimiz müasir gənclərimizdə özünü göstərə bilirmi? 
. Milli-mənəvi dəyərlər təbliğ olunmalıdır. bu dəyərlərin mahiyyəti gənclərə aşılanmalıdır. Yoxsa gələcəyimiz sual altında qala bilər. Bu, faktdır.
- Etibar müəllim, bu gün ədəbi bədii irsimizə çamur atmağa çalışanlara fikirliniz necədir?
.Ədəbi irsimizə kim çamur atırsa, demək o adamın (adam demək mümkünsə) qanı təmiz deyil.
-Xarakter baxımından fərqli insansız. Bəzən özünüz olanda, yazığınız gəlirmi özünüzə? 
- Yazığım gəldi-gəlmədi ,qismətimə düşən ömür payımı yaşamalıyam.
-Həyatı yenidən yaşasaydınız yenə də, eyni mövqeydə qərar tutardız yaxud necə? 
Yenidən həyata gəlmək mümküm deyil axı?! Bu suala cavab vermək də mümkün deyil. Kim cavab verərsə, məncə.yanlışlığa yol vemiş olar.
-Eitbar Etibarlı qələmində “xəstə” təsəvvürdə olanlar özünü görəndə hansı hissləri keçirə bilər? 
Yəqin ki, təriflənənlər özlərini yaxşı hiss edərlər, tənqid olunanlar pis...
Təşəkkür edirəm. Maraqlı müsahib idiniz.-
Mən də sizə təşəkkür edirəm..

 

Söhbəti apardı: TƏRANƏ ŞƏMS
P.S Hörmətli oxucular nəzərinizə çatdırım bu müsahibə telefonla götürülüb. Çünki müsahibim bir müddətdir xəstəlikdən əziyyət çəkir. Allah şəfa versin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam