Ədəbi irsimizə "klassik xəyanət"!
ÖZGƏLƏRİ QINAMAĞA HAQQIMIZ YOXDUR. ÇÜNKİ ÖZ OCAĞIMIZI ÖZÜMÜZ SÖNDÜRÜB, KÜLÜNÜ DƏ ÖZ ƏLİMİZLƏ ÖZ BAŞIMIZA TÖKÜRÜK
Xeberinfo.com: AXAR.AZ saytında gülünc bir başlıq nəzərimi cəlb elədi:"İMADƏDDİN NƏSİMİ HARALIDIR?" Mənim əziz və çox hörmətli həmkarlarım! Bu, sizin üçün ailə-məişət zəminində baş verən hər hansı bir hadisə deyil ki, onu sensasiya xatirinə manşetə çıxarmısınız?! Daha dəqiq bilmək istəyirsinizsə, Azərbaycanın dahi filosof şairi Seyid İmaddədim Nəsimi la-məkandır, kosmosdan gəlib, yadplanetlidir. Bəlkə bunu da manşetə çıxarasınız?! Axı, hər şeyin bir həddi var! Bəs bu fikir hardan qaynaqlanıb? "Ədəbiyyat qəzeti"ndə "Müzakirə saatı" çərçivəsində "Şağdaş ədəbiyyatımızda klassik irs məsələləri" mözusunda keşirilən müzakirənin üçüncü hissəsində irəi sürülən və hələ heç nəyə əsaslanmayan ehtimallardan. Bəri başdan deyim ki, "Ədəbiyyat qəzeti" yeni formatda çıxmağa başlayandan bəri əsl ədəbiyyat qəzetinə şevrilib. Bu, faktdır. Ədəbiyyatşünasığın və ədəbi tənqidin problemlərinə həsr olunmuş müxtəlif səpgili məqalələr həmişə maraqla qarşılanıb, eləcə də adıçəkilən müzakirədə toxunulan məsələlər də mahiyətinə görə çox maraqlıdır. Müzakirədə imzaları ədəbi ictimaiyyətə tanış olan tənqidçilər--qəzetin baş redaktoru Azər Turan, digər tənqidçilər-- İradə Musayeva, Elnarə Akimova,Səadət Şıxıyeva, İmamverdi Həmidov və Ataəmi Mirzəyev ədəbiyyat tarixımızın müxtəlif dövrlərindən, klassiklərimizin həyat və yaradığılığı ilə əlaqədar hələ də həllini tapmayan mübahisəli məsələrdən, diqqəti cəlb edən elmi araşdırmalardan, o cümlədən Nizaminin fars şairi adlandırılmasından Nəsiminin kimliyinə qədər bir çox problemlərdən söz aşmışlar. Müzakirədən görünür ki, hər kəs təqiq etdiyi sahə haqqında kifayət qədər məlumatlıdır. Müzakirə içtirakçları ədəbiyyatımızın "Avesta" da daxil olmaqla, hardan və kimdən başlaması məsələsinə də toxunurlar, lakin ortaya çıxan sullalar cavbasız qalır və etiraf etdiklərinə görə tariximizin qaranlıq məqamları buna imkan vermir. Tamamilə doğrudur. Hər hansı xalqın ədəbiyyat tarixi ən etibarlı mənbə kimi həmin xalqın tarixinə söykənir. Azərbaycan tarixi bələkə də dünyada ən mürəkkəb tarixdir. NƏ QƏDƏR Kİ, TARİXİMİZ XRONOLOJİ QAYDADA YAZILMAYIB, ədbiyyatşünaslğımız əlini hara atsa, boşa çıxcaq. Bu boşluqdan məharətlə istifadə edən digər xalqlar Xaqaniyə də, Nizamiyə də. Nəsimiyə də...Mirzə Fətəliyə də sahib çıxacaqlar.
HAŞİYƏ: Ali məktəblər üçün yazılan "dərsliyə" baxın. Ondan nəinki tələbə, heç şeytanın özü də baş çıxarmaz. Müxtəlif dövrləri əhatə edən dissertasiyaları bir kitabda toplayıb, üstünə də "Tarix" yarlığını yapışdırmaq dərslik yazmaq demək deyil. Xronoloji qaydada yazılmadığına görə heç nə yadda qalmır. Sonra da deyirlər ki, biz tariximizi bilmirik. Məni TƏƏCCÜBLƏNDİRƏN VƏ ÜRƏKDƏN AĞRIDAN məsələ İran alimlərinin uzun illərdən bəri ciddi-cəhdlə Nizaminin fars şairi olmasını sübut etməyə çalışmaları və bu sərsəm fikirdən əl götürməmələri, digər xalqalrın alimlərinin Nəsimini türk, türkman, osmanlı, fars, kürd, ərəb, hətta üzdəniraq qonşularımızın nümayəndəsi kimi qələmə vermələri yox, onlara ÖZÜMÜZÜNKÜLƏRİN dəstək verməsidir. Hansı xalq istəməz ki, Xaqani, Nizami, Nəsimi, Füzuli kimi dahiləri olsun?! İndi də Nəsiminin mənşəyi gündəmdədir. İndi də İraq türkmanları ona sahiblənmək üçün dəridən-qabıqdan çıxırlar. Tənqidçi Səadət Şıxıyeva deyir ki, vaxtilə tədqiqatşı alimimiz ( 37-nin repressiya qurbanı) Salman Mümtaz ehtimal irəli sürüb ki, (ehtimal ha) Nəsimi şirvanlıdır. Onun qardaşı Şamaxı qəbiristanlığında dəfn olunub. Görkəmli ədəbiyyatşünas alimimiz, akademik Bəkir Nəbiyev də bu ehtimalı təsdiq edirdi. Xanım Nəsiminin hətta təbrizli olması ehtimalını da irəli sürür. Səadət xanım onu da deyir ki, böyük bir elmi konfransda iraqlılar Nəsiminin türkman əsilli olduğunu israrla sübut etməyə çalışanda professor Qəzənfər Paşayev onlara dəstək vermişdir. İNDİ NECƏ YANMAYASAN? Hər ikiniz böyük yanlışlığa yol verirsiniz, hörmətli alimlər. Seyid İmadəddin Nəsimi əsilli-köklü şamaxılıdır. Şivan əhli seyid nəsli kimi Nəsiminin ailəsinə sitayiş eləyirdi.Onun böyük qardaşı Şahxəndan qədim Şamaxı şəhərinin öz tarixi qədər qədim "Şahxəndan" qəbiristanlığında dəfn olunub. Artıq 800 ildir bu qəbiristanlıq onun adını daşıyır. Bu, hər hansı dövlət qurumunun verdiyi ad deyil. Bu qəbiristanlığı Şamaxı əhalisi Şahxəndanın xatirinə belə adlandırıb, yəni bu adı XALQ verib. Seyid Əzim Şirvani də burada dəfn edilib. Təkcə bu fakt kifayətdir. Kifayət deyilsə, daha bir sübut--"Məhşər" romanı. Nəsimiyə həsr edilən bu romanı Azərbaycanın görkəmli, mən deyərdim dahi filosof-yazıçısı İsa Muğanna (Hüseynov) yazıb. İSA MUĞANNA. Yazdıqlarının nöqtəsinə belə həssaslıqla yanaşan bu nəhəng yazıçı heç vaxt tarixi faktı təhrif etməz. Müzakirədə qeyd edildiyi kimi, "Nəsimi" filiminin senarisini də o yazb. Nəsiminin Nəimiyə: "Gedirəm Şamaxıya, qəbrimi qazdırmağa. Qardaşım Şahxəndan demişdi ki, nəslimiz bir yerdə dəfn olunsun." Rəhmətlik İsa müəllim bu sözləri boş yerdən demirdi. Çünki Nəsimi şamaxılıdır.Hələbdə dərisi soyulmaq, sonra dəfn edilmək türkman olmaq, yaxud suriyalı ərəb olmaq deməkdirmi? Şirvanşah Xaqanini hansı ölkədən tutub gətirmişdi ki, Şabran qalasında həbsdə saxlayırdı? Bəlkə o da şamaxılı deyil? Üçüncü fakt. Şirvan camaatını danışığını, ləhcəsini diqqətlə dinləyin və Nəsiminin azəri türkcəsində yazdıqlarını müqayisə edin. "Üzünü məndən nihan etmək dilərsən, etməgil!" İndi də şamaxılıların dilində "gəlginən", getginən" sözləri işlənir. Şübhəsiz, poetik dildə bu sözün "etməgil" kimi işlənməsində qeyri-adi bir şey yoxdur. Dil ən tutarlı sübutdur. Hörmətli professor Qəzənfər Paşayevə də Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Asif Rstəmli və s. alimlər kimi xüsusi hörmətim var. Şünki ölüm-zülüm dissertasiya müdafiə edəndən sonra diplomu sandığa qoyub, bir ömrü bu yarlığın kölgəsində baş girləyənlədən deyil, həmişə fəaliyyətdə olan alimdir. Onu 70- ci illərdən tanıyıram. Dərnəgüldəki tələbə yataqxanasına Məmməd Arazı (İbrahimi) görüşə dəvət etmişdik. Qəzənfər müəllim də onunla gəlmişdi. Şairin yaradıcılığı haqqında mən məruzə etmişdim. O da danışmışdı. Şəkil də çəkdirmişdik. ( O şəkil indi də arxivimdədir. Uzun illərdən sonra "Ədalət " qəzetində yazdığım "39 yaşlı xatirə" adlı məqalə də həmin şəkillə dərc olundu.) Həmin illərdə Rəsul Rza ilə İraqa gedən Qəzənfər müəllim sonra "Kərkük bayatıları" kitabını çap etdirdi və biz böyük bir xalqla tanış olduq. Ancaq, deyəsən, bu İraq səfəri bizə baha başa gəlir. İndi soruşmaq istəyirəm: ---HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM! Nəsimini türkman kimi qələmə verməyə çalışan iraqlılara dəstək verməkdə məqsdiniz nədir? Bəlkə də başqasından gözləyərdik, ancaq Sizdən bunu gözləmirdik. Vallah, əgər desəydiniz ki, Nəsimi tovuzludur, məni belə yandırmazdı. Qoy, Nəsimi tovuzlu olsun. Bir çopur baş daşı da qoysaydınız, yenə məmnuniyyətlə gedib onu ziyarət edərdim.Əgər bir İraq şairinə "O, Azəbaycan şairidir" desəydiniz dostunuz Əbdüllətif Bəndəroğlu razı olardımı? Bəlkə o dəqiqə Sizdən inciyər, neçə illik dostluğunuzun üstündən xətt çəkərdi. Bəs biz niyə beləyik? Təəssüf, yenə təəssüf... Özgələr belə mütəhərrik mövqeyimizdən məharətlə istifadə edəcək və Füzuliyə də sahib çıxacaqlar, çünki bilirlər ki, içimizdən dəstək verən tapılacaq. Qədim Şamaxıda təkcə XII əsrdə 120 şair olub. Füzuli də şamaxılıdır. Cabanı kəndi yaxınlığında Şah İsmayıl Xətai ilə şirvanşah Fərrux Yassarın qoşunlarının qanlı müharibəsində Xətai qalib gəlir. Xətaiyə rəğbəti olan bir çox şamaxılı ailəsi də İraqa köçür. Şamaxının Bayat kəndində yaşayan Füzulinin ailəsi də o vaxt İraqa köçənlərdəndir. Onda Füzulinin 8 yaşı olub. Bayat kəndi qədim Şamaxı şəhərinin cənub-qərbində, şəhərə çox yaxın balaca bir kənd idi. Şəhər ora qədər uzanırdı. 1859-cu il dəhşətli zəlzələ zamanı yerlə yeksan olan şəhər bir az "qınına" çəkilmişdi, yəni kiçilmişdi. 1902- cil zəlzələsində bir az da uzaqlaşmışdı. Həmin kənddə 70 -ci illərdə 5-6 sahibsiz ev qalmışdı. Əhali artıq şəhərdə məskunlaşmışdı. Kəndi plantaja verib şumladılar, yerində üzüm plantasiyası saldılar. Bu, faktdır. Füzulinin doğma kəndidir həmin Bayat kəndi. Mən həmişə yersiz təftişçiliyin əleyhinə olmuşam. Yazıçıların sonuncu qurultayında "ƏDƏBİYYATI ŞOUYA DÖNDƏRMƏK GÜNAHDIR. QURULTYA AÇIQ MƏKTUB" (Ədəbiyyat qəzeti") başlıqlı irihəcmli bir məqalə yazmış və orada iyrənc təftişçiliyə kəskin münsibətimi bildirmişdim. Başqa xalqlar öz qarışqasını filə döndərir, biz öz filimizi ya qarışqaya bənzədirik, ya da özgə uşağı kimi imtina edirik. Bu bədbəxt xasiyyətdən niyə əl şəkmirik görəsən? Öz əlimizlə öz başımıza kül tökürük. Bundan böyük dərd? P.S. Mən tədqiqatçı alim deyiləm, ara-sıra ədəbi tənqidlə məşğul olan yazıçı, jurnalistəm. Ədəbiyyatımızın tarixindən də az-çox xəbərdaram. Alim də, şair də, yazıçı da, adi vətəndaş da təəssübkeş olmalıdır. Şəxsən mən klassiklərimin nəinki özünü, heç onların kəsinti dırnağını da heç kəsə vermərəm. Bu, mənim əqidəmdir.
Etibar Etibarli