Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cəbhə bölgəsində qan tələb olunmur”

Mərkəzi Qan Bankının direktoru: “Cəbhə bölgəsində qan tələb olunmur”

 

 

Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq dünənə qədər davam edən döyüşlərdə yaralanan əsgərlərə kömək etmək məqsədilə insanlar könüllü şəkildə qan verməyə başlayıblar.
Xeberinfo.com:  Mərkəzi Qan Bankından dəfələrlə qana ehtiyat olmadığı bildirilsə də, bu günə qədər 2007 nəfər Mərkəzi Qan Bankında qan verib.
Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva Modern.az-a açıqlamasında bildirib ki, təkcə qurumun özündə deyil, regional bölmələrində də insanlar könüllü şəkildə qan veriblər.
“Mərkəzi Qan Bankı və reügional regional bölmələri ilə birlikdə 2007 nəfər qan verib. Həmin qanlar bu gecə yoxlanılıb və bu gün cavab olacaq. Biz cəbhə bölgəsinə Mərkəzi qan Bankında olan yoxlanılmış ehtiyat qanlardan göndəririk. Könüllülərin verdikləri qanların nəticələri isə bu gün məlum olacaq”.
P.Hacıyeva bildirib ki, dünəndən cəbhə bölgəsindən qan da tələb olunmur.
“Yaralı  olmadığı üçün bizdən qan tələb olunmur. Amma iki gün öncə olan yaralılara qan verilib”.
Qeyd edək ki, Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq dünənə cəbhəyanı ərazilərdə gedən döyüşlərdə 31 hərbiçi şəhid olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam