Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Mənəvi tərbiyə uçurum kənarında

                  Fərman Kərimzadə anıldı

    

Xeberinfo.com:   Bu gün dünyada tərəqqi və inkişaf dövrüdür, amma çox təəssüf ki, bu tərəqqidə, inkişafda bir tənəzzül və geriləmə də var. Bu da insanları bərk narahat edir,  onları fikirləşməyə,  düşünməyə sövq edir. Görəsən tərəqqi, inkişaf dövründə insanları narahat edən, rahatlığını, dincliyini əlindən alan kimlərdir, nədir?

    Hər kəsin qarşısına çıxan məsələlərdən biri belədir: mövcud nəslin necə böyüməsi, onun mədəni və mənəvi tərbiyyəsidir.

     Son illər qəzet, jurnal səhifələrində, tv-kalallarında və eləcə də gündəlik söhbətlərdə mənəvi tərbiyə mövzularına geniş yer verilir. Onun qarşısının alınması,çözülməsi həlli yolları axtarılır, tapılanı, tapılmayanı da olur. Məsləhət verilir, yol göstərilir: "gərək ailə dağılmasın", "namus, ar qorunsun, özü də cavanlıqdan", "siqaret tüstüsündə qadın ləyaqəti boğulmasın" və s kimi mövzularda.

   Bir nə qədər öncə manatın devalvasiyasından sonrakı qiymət artımı çoxlarını müəyyən vərdişlərdən, ziyanlı adətlərdən çəkindirdi, onları qənaitçil olmağa məcbur etdi,

   Hər kəsə məlumdur ki, bu gün dünyada siqaretə qarşı möhtəşəm və kəskin mübarizə gedir. Hətta elə ölkələr var ki, orda nəyinki siqaret çəkənlər, həmidə satanlar ən ağır cəzaya layiq olurlar. Tarixən görmüşük ki, siqareti kişilər çəkər. Az- az hallarda siqaret çəkən yaşlı qadınlara da rast gəlmişik. Bu keçən əsrdə olub. Ancaq tərəqqi, inkişaf əsri dediyimiz xx1- ci əsrdə siqaret çəkən qızların, qadınların sayı artmaqda, çoxalmaqdadır. Siqaret çəkmək qız, qadın üçün ən böyük, bağışlanmaz qəbahətdir. Siqaret onun közəlliyinə, zərifliyinə olduqca pis təsir edir. Eyni zamanda onun məniviyyatını, səhətini də pozur. Həkimlər deyirlər ki, uşaq  əmizdirən qadınlar tüstünü ciyərlərinə çəkməklə özünü yox, həmidə doqquz ay bətnində, bir il sinəsinə sıxıb bəslədiyi gözünün nurunu fiziki cəhətdən şikəst edir. Məhz elə buna görə də hər bir qadın ən azından balasının sağlamlığını və özünün ləyaqətini qorumalıdır.

   Bu gün siqaret çəkən qızlar, qadınlar kimi, həmidə içki içən qızlar, qadınlar da var. Onların içki içməsi, siqaret çəkməsi ləyaqətlərini alçaldır, şəxsiyyətlərinə ləkə gətirir, qıraqdan görənləri əsəbləşdirir. Qız, qadın ləyaqəti ağ vərəqdir, gərək orda xoşa gəlməyən, oxunması ayıb olan kəlmələr yazılmasın.

  Qadın ləyaqəti haqqında düşünəndə gərək közümüz önünə hər cür məhrumiyyətlərə, çətinliklərə sinə gərib övlad böyüdən mərd, vüqarlı, əyilməz, sınmaz analar gəlsin.

   Dolanışıq vəziyyəti yaxşı olan, ev-eşiyi, pulu- parası başından aşan (çox vaxt bu iri məmurların hesabına olur), ətrafdakılara yuxarıdan baxan qadınların əyyaşlığa qurşanması, gününü içki məclislərində keçirməsini eşidəndə, görəndə adam havalanır, ayağı yerdən, əli göydən üzülür.

   Siqaret çəkməyin, içki içməyin qadın orqanizmi üçün böyük fəsadları var. Tibb ədəbiyyatında göstərilir ki, siqaret tüstüsündə 500-dən artıq kimyəvi madənin 30-u orqanizmə mənfi təsir göstərir. By da yeni doğulan uşağın əsəbi, xəstə və zəyif olmasına gətirib çıxarır.

   Siqaret çəkən, içki içən qızlar, qadınlar sırğa edib qulaqlarına taxmalıdırlar ki, qadın ləyaqəti təvazökarlıq, paklıq və yüksək mədəniyyətlə birləşəndə ələdüşməz,əvəzedilməz bir gözəlliyə çevrilir. Qızın, qadının nəfəsindən siqaret, içki iyi yox, gül, çiçək ətri gəlməlidir.

  Ara-sıra gözəl hislərlə yaşayan, düşünən gəncləri görəndə, onların sağlam dünyagörüşü, məntiqli danışığı, kamil düşüncələri, mədəni səviyyəsi adamı sevindirir. Saf və təmiz ailəni görəndə bilirsən ki, belə gənclər həyatda, cəmiyyətdə rast gəldikləri mənfilikləri, əxlaq, etika normalarına sığmayan qüsurlarl rastlaşanda onunla barışmırlar. Düzgünlük, ədalət, haqq, mənəvi saflıq üçün çalışırlar. Yaxşıları, düzləri təqdir edir, nöqsanları tənqid edirlər.

   Dünya görmüş insanlar ailə xoşbəxtliyinin təməlini mükəmməl ailə tərbiyəsində görürlər. Böyük rus pedaqoqu A. S Makorenko demişdir: "Düzgün tərbiyə bizim xoşbəxt qocağılımız, pis tərbiyə isə gələcək göz yaşlarımızdır".

  Bu gün dünənə bənzəmir. Hər günün və hətta hər anın belə bir hökümü, fərmanı var. Biz bu hökümlərin, fərmanların qarşısında hər zaman qamətimizi şax tutub dayana bilmirik. Sınanımız, əyilənimiz də olur. Əyilənlər, sınanlar müqəddəs ailəni qoruya, saxlaya bilmirlər. Vəziyyət o yerə çatıb ki, bu gün ailə quranlardan, ailə dağıdanlar daha çoxdur. Bir nəfər yaxın dostum danışır ki, onların uzaq bir qohumunun arvadını maşın vurur, beş uşaq kişinin öhdəsində qalır. Həmin vaxt uşaqların kiçiyinin 6 yaşı olur. Ata beş uşağa həmdə analıq edir. Bu heç də asan məsələ deyil. Hər kişi bunu edə bilməz. Artıq uşaqlar böyüyüb. Atalarının onlara çəkdiyi əziyyəti unutmurlar, ona Allahları kimi baxırlar. Bu gün belə atalarla yanaşı, ailəsinə xor baxan, onun səadətini pozanlar da var. Bir nəfər danışır ki, biz ailədə üç uşağık. Mən gözümü açandan bəri valideyinlərimin kiley-güzarını görürəm. Bu, kiley-güzar son vaxtlar hay-küyə, dava-dalaşa çevrilib. Atam nə məni, nə də məndən kiçik olan bacılarımı övlad gözündə görmür. Tərbiyəmizlə, dərslərimizlə maraqlanmır. Çox vaxt evə sərxoş gəlir. Onda da anamı və bizi atıb Rusiyaya gedəcəyini deyir. Mənim belə ataya nə ehtiyacım var?!

   Müsahibim düz deyir. Doğurdan da belə ata kimə və nəyə lazımdır? El arasında belələri haqqında deyirlər: "Səndən bir qara daş yaxşıdır".

  16 yaşlı başqa bir həmsöhbətim isə belə deyir: Mən uşaq deyiləm, artıq 16 yaşım var. Bu gün, sabah orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyacam. Azdan, çoxdan həyatı da anlayıram. Hələ indiyə qədər atamın anamla, bizimlə bir kəlmə xoş danışdığını, davrandığını görməmişəm. Onun bu hərəkəti anamın dodaqlarından təbəssümünü qaçırıb. Amma anam bizə görə bu cəhənnəm həyatı yaşamaq məcburiyyətindədir. Biz isə buna görə əzab çəkirik, qəm-qüssə içində yaşayırıq.

  16 yaşlı bir uşağın qəlbindən qopan bu acı etiraflar adama çox şeylər deyir. Məlumdur ki, uşaqlar heç vaxt ata-analarından şikayət etmirlər, onların həyatda hər kəsdən yaxşı olduğunu deyirlər. Ancaq görün vəziyyət hansı həddədir ki, övlad valideyinindən şikayət edir, onunla bir dam altında yaşamağın çətinliyindən söz açır. Çox təəssüf ki, hələ də cəmiyyətimizdə belə ailələr az da olsa var. Valideyin məsuliyyətsizliyindən neçə-neçə uşaq əziyyət çəkir, sıxıntı keçirir,evdən qaçır,intihar edir.

   Biz Azərbaycanlı olaraq milli-mənəvi dəyərlərimizi qorumalı, ona söykənib yaşamalıyıq. Gəlin, özümüz kimi yaşayaq.

                    

 

 

Məhərrəm Şəmkirli  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam