Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsildə mənəvi-əxlaqi dəyərlər

 

"Çox vaxt məktəb direktorları yalnız tədrisdən söhbət aparırlar. Ancaq tərbiyə məsələsinə diqqət etmirlər. Biz onlardan məktəbdə nə qədər zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda zərərli vərdişlərə meylli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmir".
 
"Xeberinfo.com": APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
F. Qurbanov bildirib ki, məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidir: "Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda sağlamlığı zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur. Uşaqlar təhsildə formalaşırlar. Çünki günlərinin çox hissəsini təhsil müəssisələrində keçirirlər. Buna görə də onların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır".

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam