Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İctimai yerlərdə siqaretə qadağa Milli Məclisdə müzakirə olunmalıdır”

 

“İctimai yerlərdə siqaretin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini ilkin variantı hazırdır. Yalnız həmin layihəni Milli Məclisin müzakirəsinə çıxarmaq lazımdır”.

"Xeberinfo.com":  Layihənin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva Modern.az saytına belə deyib.

O qeyd edib ki, qonşu Türkiyə daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə belə bir qanun qəbul edilib: “İctimai yerlərdə və qapalı məkanlarda siqaretin çəkilməsini məhdudlaşdırmaq lazımdır.

Çünki ictimai yerlər və qapalı məkanlarda siqaret çəkildiyi zaman ondan istifadə etməyən insanlar da o qədər zərərli təsirə məruz qalır.Milli Məclisin Sosial siyasət komitəsində qanun layihəsinin ilkin hazır variantı var. Sadəcə, qanun layihəsinin parlamentin iclasının gündəliyinə salınması lazımdır. Mən dəfələrlə parlamentin n iclasında bu məsələni qaldırmışam. İstəyirəm ki, qanun qəbul olunsun və biz də onun icrasını həyata keçirək. Biz ən azı siqaretdən istifadə etməyən insanları zərərli təsirlərdən qorumalıyıq. Biz bu məsələni qaldıranda çoxlu ictimai müzakirələr oldu.

İctimaiyyətin də böyük hissəsi bizə dəstək verdi. İnsanlar ictimai yerlərdə siqaretin zərərli təsirinə məruz qalmaq istəmirlər. Təəssüf ki, bu məsələdə könüllüyə riayət edən yoxdur. Çox nadir belə bir yer görə bilərik ki, orda siqaretin çəkilməsi məhdudlaşdırılsın və ya bunun üçün xüsusi kabinələr olsun. Ona görə də bu qanunun mütləq qəbul olunmasına ehtiyac var”.

Deputat siqaret çəkən gənclərin günü-gündən artdığını da vurğulayıb:

“Ölkəmizdə 18 yaşına çatmamış insanlara siqaretin satışı qadağandır. Çox təəssüf ki, buna əməl olunmur. Qanunda bu qadağanın reallaşmasına çox ciddi nəzarət mexanizmləri olmalıdır ki, biz məktəbli uşaqlarımızı bu zərərli təsirdən qoruya bilək. Həmçinin məktəblərə yaxın ərazilərdə siqaretin satışı həyata keçirilməməli, dükanlarda siqaretin reklamları açıq görünən yerlərdə olmamalıdır.

Əslində bu məsələlər qanunvericilikdə öz əksini tapıb. Amma ən ciddi məsələ bununla bağlı maarifləndirmənin aparılmasıdır. Yalnız cəzalarla bunu tətbiq etmək olmaz. İnsanlar anlamalıdır ki, ictimai yerlərdə siqaret çəkildiyi zaman özü ilə bərabər yüzlərə insanı eyni zərərli təsirə məruz qoyur. Amma siqaret çəkənlərin belə bir haqqı yoxdur. Gənclər arasında siqaretdən istifadənin artması bizi narahat etməlidir. Ona görə də gənclər arasında siqaretin zərərli təsiri ilə bağlı maarifləndirmə məsələləri artmalıdır.

Mənim rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu bütün dünyada məşhur olan Alen Karrın “Siqaretdən asan xilas olmanın asan yolu” adlı kitabı Azərbaycan dilində hazırlayıb.

Həmin kitab demək olar bütün bölgələrdəki məktəblərə, hərbi hissələrə və gənclərə hədiyyə edilib. Bu kitabda siqaretdən necə xilas olmanın çox asan yolu göstərilir. Biz hər zaman çalışırıq ki, “Siqaretə yox devizi altında” işlər görək”. Qənirə Paşayeva əlavə edib ki, hazırda kişilər arasında ən çox yayılan xəstəlik ağciyər xərçəngidir:

“Alimlərin apardığı araşdırma zamanı siqaret çəkən kişilər və qadınlar arasında da bu xəstəliyin geniş yayıldığı məlum olub. Çünki siqaret və tütün məhsullarının içərisində çoxlu sayda xərçəngi yaradan xüsusi maddələr var.

Ona görə də gənclərimizi qorumalıyıq. Bu məsələ ilə bağlı nə qədər çox işlər görülsə, insanlar buna dəstək versə, bizim xeyrimizədir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam