Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Adil Kərimli: “Danışan cəzasını çəkəcək” –Qapalı toplantıdan sərt xəbərdarlıq

Bir müddət öncə tənqid hədəfinə çevrilən Mədəniyyət Nazirliyində sular durulmur. Belə ki, kənar müdaxilənin də şübhə doğurmadığı, klanların savaşına çevrilən prosesi sonlandırmaq üçün nazir Adil Kərimli maraqlı addım atıb.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, yeni ilin ilk qapalı toplantısında nazir sərt çıxışı ilə diqqət çəkib və çox açıq mesajlar verib.

Qapalı toplantıda nazir bildirib ki, bundan sonra heç kimə heç bir güzəşt olmayacaq: “Nazirliyin əleyhinə danışmaq, daxili məsələləri kənara çıxarmaq istəyənlər seçim etməlidir: ya işləmək, ya da istefa vermək”. Onun sözlərinə görə, bu məsələdə yumşalma olmayacaq və hər kəs məsuliyyətini bilməlidir.

Nazir xüsusilə vurğulayıb ki, kim nazirlik haqqında açıq tənqidi mövqe sərgiləyərsə, bunun nəticəsinə qatlanacaq. “Danışan cəzasını çəkəcək” mesajı toplantının əsas xəttini təşkil edib. İndiyə qədər olan yumşaq münasibətin sui-istifadəyə yol açdığı və bunun artıq bitdiyi bildirilib.

Çıxışda sənət cameəsinə də xüsusi toxunulub. Aktyor, müğənni və digər sənət adamlarının tanınmış olmasının onlara üstünlük verməyəcəyi açıq şəkildə deyilib. Nazir çıxış yolu kimi sərt intizam və cəza mexanizmini gördüyünü bildirib. Onun fikrincə, sahədə nizam yaratmağın başqa yolu yoxdur və heç bir sənətçiyə güzəşt edilməyəcək.

Yeni ilin ilk toplantısında verilən bu sərt mesaj onu göstərir ki, yaxın dövrdə mədəniyyət sahəsində daha ciddi nəzarət və sərt idarəçilik gözlənilir. Bunun vəziyyəti yaxşılaşdırıb-yaxşılaşdırmayacağı isə zamanla bəlli olacaq.

Ancaq öz tabeliyində olanlara barmaq silkələyən nazirin sırf bir şəxsi vəzifəsindən uzaqlaşdırmaq üçün Mədəniyyət Nazirliyində o şəxsin tutduğu ştatı ləğv etdirməsi Adil Kərimlinin yetərincə güclü olmadığı, ona qarşı olanların yenə də öz bildiklərini edəcəklərini qeyd edirlər. Onların iddiasına görə, nazir gücü çatmadığı üçün hər dəfə ştat ləğv edəcəksə, nazirlikdə ştat qalmayacaq və işsizlər ordusuna çevrilən sənətçilər isə başqa bir problemin xəbərçisi olacaqlar.(yenicag.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam