Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Məşhurların Uşaqlar Gününə özəl PAYLAŞIMLARI -FOTO

Məşhurların Uşaqlar Gününə özəl PAYLAŞIMLARI - FOTO

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Yenixeber.org: 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu münasibətlə tanınmış sənət adamları, aktyor və müğənnilər İnstaqramda təbrik paylaşımları edib.

Xalq artisti Fərqanə Qasımova övladlarının fotolarını paylaşıb və “Allah bütün balaları qorusun! Bütün uşaqların bayramını təbrik edirəm. Heç bir uşaq valideynsiz, ac-susuz qalmasın! Amin!” sözlərini qeyd edib.

Aktrisa Sevinc Əliyeva övladları ilə fotolarına “Nəfəsləri ilə nəfəs aldıqlarım” sözlərini qeyd edib.

Əməkdar artist Vasif Məhərrəmli bütün uşaqları bu gün münasibətilə təbrik edib və “Allahım heç bir valideyni övladı ilə sınağa çəkməsin” sözlərini yazıb.

Oğlunu mediadan gizlədən xoreoqraf, aktrisa Oksana Rəsulova isə bu gün qaydanı pozmaq qərarına gəlib: “Allah hər bir qadına ana olmağı nəsib etsin, hər bir övlada da ana. Uşaqlar həyatımızın önəmli bir parçasıdır, onları sevmək, bəsləmək lazımdır, amma qədərində! Allah bütün balaları saxlasın!”

Aparıcı İlkin Həsəni qızının timsalında dünyanın bütün uşaqlarını xoşbəxt görmək istədiyini dilə gətirib: “Alisa xanım Həsəni bütün balaları ürəkdən təbrik edir”.

Xalq artisti Səkinə İsmayılova nəvələri ilə fotolarını paylaşaraq bütün uşaqlara sağlam və xoşbəxt ömür yaşamağı arzu edib.

Müğənni Ayan Babakişiyeva isə qızı ilə fotosessiyasını yayıb: “Əziz balam Selenanın simasında bütün dünyadakı körpələri, uşaqları Tanrı qorusun. Siz bu günümüz, gələcəyimizsiniz. Səninlə nəfəs alıram, gözəl balam. Bütün çabalarımız sənin üçündür. Uşaqları qoruyaq, onlara zaman ayıraq, onlarla uşaq kimi olaq, düzgün-doğru, vicdanlı insan olmağı aşılayaq onlara ki, gələcəkdə ünsiyyətdə olduqları dostlarına və çevrələrinə zərər verməsinlər”.

Xalq artisti Faiq Ağayev atası ilə uşaqlıq fotosunu paylaşaraq xatirələrini yada salıb: “Uşaqlıq - qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanıdır. Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın! 2 yaşlı mən və Atam”.

Anasının qucağında çəkilən kadrı paylaşan aktyor Kamran Ağabalayev isə içindəki uşaq məsumluğunu qoruyub saxlamağa çalışdığını dilə gətirib: “Mən hələ də bu uşağam, dəyişməyi də düşünmürəm!”

Oğlu Zeynlə əyləncəli kadrları üzə çıxaran müğənni Zamiq Hüseynov bu dünyada uşaq təbəssümündən qiymətli nəsə olmadığını qeyd edib: “Hər şey gözəl olacaq, yetər ki, uşaqlar gülsün”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam