Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bayatı-Şiraz” QALMAQALI -Bu ifa xalqımızın yaddaşına yazılıb

“Bayatı-Şiraz” QALMAQALI: Bu ifa xalqımızın yaddaşına yazılıb

Murad Rzayev “Qarabağ bülbülləri” ansamblının yaradıcısı olub. Bu ansamblın yaradılmasında və tanınmasında onun əməyi, əziyyəti əvəzsizdir. Tacir bəylə aralarında olan anlaşılmazlığa qarışa bilmərəm, o, dediyi illərdə mən yeni anadan olmuşdum, körpə idim.

Yenixeber.org: Bu sözləri xanəndə Təyyar Bayramov deyib.

“Bayatı-Şiraz”ın ilk ifaçısı Tacir Şahmalıoğludan söz açan sənətkar bu ifanın bir klassikaya çevrildiyini qeyd edib: “Tacir bəyin bu ifası bütün xalqımızın yaddaşında bir klassikaya çevrilib. Sənət nəsildən-nəsilə ötürülən bir xəzinədir, hər kəs bir-birindən bəhrələnir. Bu, mütləq və dəyişməz bir aksiomadır. “Bayatı-Şiraz”ı oxuyanların hamısı gözəl sənətkarımız Tacir müəllimdən bəhrələnib. Bu muğam bütöv dəsgah şəklində fərqlidir. Amma bu xırda improvizasiyanı oxuyan böyüklər də, kiçiklər də Tacir bəyin ifasından bəhrələnirlər. Çünki millətimiz onu çox sevir, bu improvizasiya həmişə yaddaşlardadır, hər misrasında vətən sevgisi var.

Murad bəy Kənanın muğamı tamamilə eyni tərzdə oxuduğunu bildirib. Əslində, Kənan fərqli formada oxumuşdu, bunu bir çox sənətkarlara göstərib məsləhətləşdim. Belə qərara gəldik ki, Tacir müəllimin qoyduğu yola xələl gətirməmək lazımdır, onda dəyişiklik etmək olmaz. Bu klassikanı pozmaq istəmədik. Odur ki, fərqli ifanı ictimaiyyətə təqdim etməmək qərarına gəldik. Ümumiyyətlə, onu hamı əzbərləyib oxuya bilər, amma hiss ötürülməsə, ifanın sevilməsi və qəbul edilməsi qeyri-mümkündür. Tamaşaçılardan çox gözəl reaksiyalar alırıq, hesab edirəm ki, Kənan bu duyğunu güclü ötürə bilmişdi. Kənan da Tacir müəllimin ifasından bəhrələnib, sadəcə bir dəqiqə daha uzun oxuyub”.

Xanəndə bildirib ki, klassik mahnıları yaşatmaq və onlara yeni nəfəs vermək hər bir ifaçının borcudur:

“Gənc nəsil yetişir, klassik mahnılar oxunmalıdır. Müslüm Maqomayevin “Azərbaycan” mahnısını hələ ki, onun kimi mükəmməl oxuyan yoxdur, lakin bu o demək deyil ki, bu mahnıya müraciət etmək olmaz. Yaxud da Xan əminin “Qarabağ” şikəstəsini. Arif müəlim başda olmaqla bu muğamı bizim böyük sənətkarlarımız oxuyub. Bu ənənə davam etməlidir. Bundan sonra “Bayatı-Şiraz”ı 50 nəfər də oxusa, ilk ifaçısı Tacir bəydir və bu, dəyişməzdir, ömür boyu tarixdə qalacaq. Mahnının müəllifi və ilk ifaçısı hər zaman vurğulanmalıdır”.

Məlumat üçün bildirək ki, “Bayatı-Şiraz” muğamının improvizə müəllifi Murad Rzayev “Qafqazinfo”ya müsahibəsində sözügedən əsərlə bağlı Tacir Şahmalıoğlu haqqında açıqlama verib. O, “ “Bayatı-Şiraz”ı mən yaratmışam. O yaşda insan dədəsini, nənəsini tanımır, “Bayatı-Şiraz”ı necə yarada bilərsən? Oxumusan, çox sağ ol! Sənin kimi oxuyan olmaz, bunu mən sənə deyirəm! Bunu belə açıqlama səbəbi də var! O zaman insult keçirdim, xəstəxanada yatdım. Elə bilirdilər ki, öləcəyəm. Bu da düşündü ki, Murad müəllim daha həyatda olmayacaq, gedir... Ona görə televiziyaya elə müsahibə verdi” deyib.

M.Rzayev bir neçə gün əvvəl Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında “Bayatı-Şiraz”ı ifa edən Kənan Bayramlının çıxışından da bəhs edib.

O, həmin festivala dəvət almadığını açıqlayıb: “Kənan Bayramlı oxuyub, sağ olsun. Nə varsa, onu “kopirovka” edib. Bir arada hazırlasaydıq, daha yaxşı olardı. Bu da tarixə düşdü. Şuşa kimi şəhərin geri qaytarılması mühüm hadisədir. Ora Qarabağın papağıdır. Möhtərəm Prezident geri aldı. Burada çox şey deyə bilərəm. Azərbaycan xalqının bütün qeyrəti, namusu geri qayıtdı. İstərdim ki, ölməmişdən əvvəl bir dəfə də olsa, ora gedim. Uşaqlığım orada keçib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam