Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir” -Niyaməddin Musayev

“Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir”  - Niyaməddin Musayev

Toysuz qalan şou-biznes nümayəndələrinin əksəriyyəti pulsuzluqdan şikayət edirlər. 

Qazancları əsasən toylardan “çıxan” müğənnilər aylardır ki, toylarsız, şənliklərsiz, şou-proqramlarsız qalıblar. Onlar maşınlarını, evlərini satışa çıxarmağa başlayıblar. 

Yenixeber.org: Məsələ ilə bağlı danışan Xalq artisti Niyaməddin Musayev karantin olsa da Prezident təqaüdü ilə dolana bildiyini deyib: 

“Hamı kimi mən də karantini evdə keçirirəm. Artıq yumşalmalar var, çıxıb idman edə bilirəm. Ağ Şəhərə gedirəm, 6 kilometrə yaxın qaçıram, gəzirəm. Yeni nəğmələrim var, bundan sonra da yazdırmağı planlaşdırıram. 

Heç xəbərim yoxdur ki, müğənnilər evlərini, maşınlarını satışa çıxarırlar. Amma satsalar da öz işləridir. Toylar yoxdur deyə sənətçilərin maddi durumları çox aşağıdır. Mənim özümün nəyisə satmağıma ehtiyac yoxdur, prezident təqaüdü alıram. Toy olsa da, olmasa da, mənim üçün fərq eləmir, bir təhər dolanırıq. Amma fikrimcə, toylar mütləq lazımdır. Yavaş-yavaş düzəlir, İnşallah ki, toylara da icazə veriləcək. Təki insanların maddi rifahı düzəlsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam