Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İşsiz qalan Xalq artisti:“Evdə oturub ölümümü gözləyirəm”

İşsiz qalan Xalq artisti: “Evdə oturub ölümümü gözləyirəm”
“Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm”
Yenixeber.org: Bunu Azərbaycanın Xalq artisti Valeh Kərimov deyib. “Moşu” kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib.

“Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan qura bilərəm? Oynayacağım tamaşalar da yoxdur. Şəhər evində üçüncü mərtəbədə yaşayıram. Aşağı düşürəm, yuxarı qalxıram. Günümü belə yola verirəm”.



V.Kərimovun sözlərinə görə, maddi vəziyyəti normal olsa da, teatrdan uzaq düşməsi ona pis təsir edir.

Prezident təqaüdü alıram, normal dolanıram. Maddi baxımdan şikayətim yoxdur. Səhhətim də qaydasındadır. Şükür, sağlamam. Ancaq mənəvi cəhətdən boşluqdayam. Tamaşa olsa oynayaram, iş olsa işləyərəm. Heç nə ilə başımı qata bilmirəm. Pirşağıda bir bağım var. Maşınım yoxdur deyə gedib əkin-biçinlə məşğul ola bilmirəm. Nəvələrlə başımı nə qədər qata bilərəm ki? Hərdən sənət dostlarımla görüşürəm. Tamaşalara xəbərim olanda gedirəm. Hərdən Afaq Bəşirqızı ilə telefonla danışırıq, onunla dərdləşirik. Bax, həyatım belə keçir”, - deyə Xalq artisti vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam