Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Koronavirus zamanı təhlükəsiz Ramazan orucu-FOTOLAR

 

 

 Dünya boyu milyonlarla insan bu il Ramazan "müqəddəs ayını" karantin rejimində keçirəcək.

Yenixeber.org: Hər il bir çox mömin müsəlmanlar bütün Ramazan ayı müddətində səhər açılandan hava qaralana qədər oruc tutur.

Oruc tutmaq susuz-yeməksiz gününü normal keçirə bilən yetkin yaşına çatmış müsəlman dindarlar üçün mütləq şərtdir.

Lakin pandemiya zamanı oruc tutmağın fərqli məqamları diqqəti çəkir.

İnfeksiya ilə mübarizə böyük həcmdə enerji tələb edir, Sussex Universitetinin immunoloqu doktor Jenna Macciochi deyir.

Uzun müddət susuz-yeməksiz qalmaq immun sistemini zəiflədə bilər.

Buna görə də, iftar saatlarında aşağıda sadalananlar da daxil, kifayət miqdarda kalori əldə etdiyinizə əmin olmaq vacibdir:

  • makroelementlər - karbohidratlar, zülallar və yağlar
  • mikroelementlər - missal üçün, vitamin C və dəmir

Bu müddətdə müxtəlif rəngli tərəvəz, meyvə, paxlalı və dənli bitkilər daxil olmaqla çeşidli yeməklər yemək məsləhətdir.

 

Doktor Macciochi qeyd edir ki, həm normadan az, həm də normadan çox yemək immun sisteminə təsir edə bilər, odur ki, "enerji balansınızda" qalmaqla özünüzə kömək edə bilərsiniz.

Orqanizmin kifayət miqdarda su almaması susuzluğa gətirib çıxara bilər, bu isə insanın tənəffüs yollarını örtən və qoruyucu maneə kimi çıxış edən selikli qişaya təsir göstərə bilər.

Kifayət qədər yuxu almaq, idman etmək və imkan dairəsində stress altına düşməmək də immun sisteminin funksionallığını qorumağa kömək edə bilər.

Amma sağlamlığınızı qorumağın ən yaxşı yolu sadəcə özünüzü virusdan qorumağınızdır.

Əlləri yumağın köməyi ilə və kim bacarırsa, evdə qalmaqla riskin çox hissəsinin qarşısını almaq olar.

                            Sağlamlıq problemləri olan insanlar necə olsun?

Covid-19 da daxil, xəstəliyi olan insanlar oruc tutmaqdan azaddır.

O cümlədən, fəsadlar verən diabet kimi uzun çəkən xəstəlikləri olanlar üçün orucluq məsləhət görülmür.

Britaniyanın Diabet təşkilatının rəsmisi Daniel Howarth bildirir ki, bu qərar "tamamilə fərdi mülahizə əsasında qəbul edilsə də" oruc tutmaq istəyən və xəstəliyinin gedişini nəzarət altında saxlaya bilənlər müəyyən ehtiyat tədbirləri görə bilərlər.

Onlar çovdar çörək və düyü kimi məhsullar daxil, uzun müddət həzm olunan karbohidratlar istifadə etməli və qanda şəkərin səviyyəsini tez-ez yoxlamalıdırlar.

                                                  Bəs tibb işçiləri necə?

Britaniyanın Müsəlman Şurası təlimat dərc edərək bildirib ki, Covid-19 pasiyentlərinə yardım edən, PPE [şəxsi qoruma vasitələrindən] istifadə etdiklərinə görə və uzun iş günü səbəbindən susuzlaşma və kliniki səhvlər buraxmaq riskinə məruz qalan tibbi işçiləri oruc tutmaqdan azaddırlar.

 

                                          Oruc sağlamlıq üçün faydalı ola bilərmi?

Gün ərzində kifayət qədər kalorinin qəbul edilməməsi immun sisteminin cavabını zəiflədə bilsə də, oruc tutmağın insan immunitetinə təsiri birbaşa baş vermir.

İmmun sistemini yandırılıb-söndürülən bir cihaza bənzətmək düz olmaz. Bu, tarazlıqda saxlanılmalı olan mexanizmlərin mürrəkkəb kompleksidir.

Oruc tutlan zaman orqanizmdə stresli vəziyyətlərə təsadüf edən kortizol hormonu əmələ gəlir, bu hormon immunitet reaksiyalarından bəzilərini boğa bilər.

Ancaq siçanlar üzərində aparılmış araşdırmalardan çıxarılan nəticələr güman etməyə əsas verir ki, Ramazan ayında olduğu qaydada qismən çəkilən aclıq köhnə hüceyrələri öldürüb yeniləri ilə əvəz edərək bədənin regenerasiyası prosesini sürətləndirə bilər.

Ancaq bu effektin insan orqanizmində də eyni nəticəni verdiyini demək çətindir.

Və qeyd olunan nəticənin əldə olunması üçün hansı müddət ərzində ac qalmağın lazım olduğu da aydın deyil.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam