Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Karantin biznesi və iqtisadiyyatı öldürəcəkmi?-ARAŞDIRMA

 Bir əsr əvvəl "İspan qripi" dünya iqtisadiyyatında dərin böhran yaratmış, bu böhrandan çıxmayanlar olmuşdu

Yenixeber.org: Hazırda ölkələrin böyük əksəriyyəti iqtisadiyyata dəyən böyük ziyana rəğmən karantin yoluyla koronavirusla mübarizə aparır. Bəziləri isə biznesi süni koma vəziyyətinə salmaq istəmir - dərmanın xəstəlikdən təhlükəli olacağından qorxur.

İnsanların sakitcə evlərinə çəkildiyi, mağaza və ofislərin bağlandığı ölkələrdə belə narazıların etiraz səsləri eşidilir: peyvəndi gözləyə-gözləyə nə qədər evə qapanıb qalmaq olar, bu gedişlə hamımız dilənçiyə çevriləcəyik.

Kim haqlıdır? İlk növbədə kimi qorumaq lazımdır: insanları, yoxsa biznesi?

Bu suala cavab vermək üçün amerikalı alimlər indiki vəziyyətə çox bənzəyən hadisələrə nəzər salıblar.

Genişmiqyaslı karantin yeni məsələ deyil: tam yüz il bundan əvvəl - "ispan qripi" adlı ölümcül epidemiya zamanı da insanlar evə qapanmaq məcburiyyətində qalmışdılar. Bu epidemiya 50 milyon insanın canına bais olmuşdu: planetin təxminən hər 3 sakinindən biri yoluxmuş, hər 10 nəfərdən biri ölmüşdü.

İndiki kimi, 1918-ci ildə də insanlar özünü təcrid etmiş, mağaza və zavodlar bağlanmışdı. İndiki kimi, onda da kimlərsə karantinə tez başlamış, kimlərsə gözləmişdi.

Sonra məlum olmuşdu ki, iqtisadiyyatı yox, insanları xilas edənlər bu bəladan uğurla çıxıblar. Əvvəlcə hər yerdə vəziyyət pis olub, ancaq qripdən sonra normal həyata qayıtmaq o ölkələrdə tez başa gəlib ki, karantin dərhal tətbiq edilib, fiziki əlaqələr məhdudlaşdırılıb, gigiyenaya diqqət artırılıb.

"Qətiyyətli və sürətli tədbirlər həyata keçirən şəhərlərdə işgüzar aktivlik digərlərindən daha dərin olmayıb. Ancaq pandemiya bitəndə onlar daha sürətlə inkişaf ediblər," - ABŞ Mərkəzi Bankı (FED) və Massaçusest Texnologiya İnstitutu iqtisadçılarının ilkin rəyi belədir.

"Məlum oldu ki, karantin tədbirləri təkcə ölüm səviyyəsini azaltmır, həmçinin pandemiyanın zərərli iqtisadi nəticələrini də yumşaldır," - bu isə ABŞ-da 1,5 milyon insanın ölümüylə nəticələnmiş "İspan qripi"nin bu ölkəyə təsirini araşdıranların gəldiyi qənaətdir.

                                  Ayaq üstə ölmək, yoxsa diz çöküb yaşamaq?

Həmin pandemiya da oxşar ssenariylə yayılmışdı: şərqdən qərbə, dalğalı şəkildə. Birincisi - yazda başlayanı qorxulu olmuşdu, qışdakı isə fəlakət.

ABŞ-ın qərbindəki şəhərlər - Sietl və Los-Ancelesə zərbə ən axırda dəymişdi. Onlar şərq sahilindəki şəhərlərin təcrübələrindən dərs çıxararaq bugünümüzdəkilərə bənzər tədbirlərə əl atmışdılar (evdən işləmək, internet ticarəti və əhali üzərində rəqəmsal nəzarət istisna olmaqla).

İndiki kimi, məktəbləri, teatrları və kilsələri bağlamış, ictimai nəqliyyatı durdurmuş, kütləvi tədbirləri qadağan etmiş, özünütəcrid və fiziki distansiya tətbiq etmiş, əlləri tez-tez yumaq və sair gigienik davranışların təşviqinə başlamış, əhalini maska taxmağa məcbur etmişdilər.

 1918-ci il epidemiyası zamanı məmurlar təmizlikçilərin fəaliyyətini yoxlayırlar

"Yubanmadan hərəkətə keçənlər epidemiyadan sonrakı ildə sənaye istehsalı və bank aktivlərinin artımında digərlərinə nisbətən daha yaxşı nəticələr əldə ediblər," - araşdırmada belə deyilir.

Alimlər aşkar ediblər ki, karantin tədbirlərinin tətbiqi arasındakı 10 günlük fərq postepidemiya dövründə sənayedəki məşğulluq səviyyəsinin təxminən 5% artımıyla nəticələnib. Əlavə 50 günlük məhdudiyyətlərsə iş yerlərinin 6,5% artmasına gətirib çıxarıb.

Bu gün karantin Qərb siyasətçiləri üçün sonu hələ yazılmamış drama çevrilib və "İspan qripi"nin dərsləri onları ürəkləndirə bilər. Onlar hələ ki, həm əhalini, həm səhiyyə sistemini, həm də iqtisadiyyatı pandemiyadan xilas edə biləcək kövrək balansı tapmağa çalışırlar. Bir çox ölkələrin seçimi insan həyatından yanadır və iqtisadçılar bu seçimi dəstəkləyirlər.

"İndiki dövrdə insanları xilas etməklə iqtisadiyyatı xilas etmək bir-birinə qarşı ziddiyət təşkil etmir. Epidemiyanı cilovlamaq və insanları qorumaq üçün görülən işlər sonrakı dövrdə coşqun iqtisadi aktivliyin bərpasını sürətləndirir" - bu, "davamlı resessiya perspektivindən dərin narahatlıq keçirən" keçmiş FED rəhbərləri və maliyyə nazirlərinin də daxil olduğu amerikalı iqtisadçılar qrupunun açıqlamasındandır.

Reanimasiyalarda yer qıtlığı və peyvəndin olmaması vəziyyətində, demək olar ki, bütün ölkələr iti ucu yuvarlatmaq yolunu seçiblər - hökumətlər epidemiyanı zamana yaymağa çalışır və bunun üçün ictimai və işgüzar həyata məhdudiyyətlər qoyurlar. Əvvəlcə bu, epidemiyanın başladığı Asiyada (Çindən Sinqapura qədər), sonra da Avropada (İtaliya, Frana, İspaniya) və ABŞ-da belə oldu.

Digərləri karantin tətbiq etməyə tələsmirlər. Şübhə edənlər və biznesin müdafiəsinə qalxanlar arasında ABŞ prezidenti Donald Trump da vardı. Ancaq o da tezliklə fikrini dəyişdi və hazırda məhdudiyyətlərin tətbiqini dəstəkləyir: televiziyada çıxış edəndə arxasında qorxulu qrafik - karantin olmasa, ABŞ-da ölü sayının 2 milyondan çox ola bilcəyini, karantinlə bu sayın 240 min civarında qalacağını biləcəyini göstərən cədvəl görünür.

                                Amma buna hələ inanmayanlar da var.

Braziliya prezidenti Jair Bolsonaru ÜST-ün tövsiyələrinə qarşı o qədər aktiv təbliğat aparır ki, "Twitter" və "İnstagram"-da onu bloka atırlar.

İran prezidenti Həsən Ruhani virusu iranlıları qorxutmaq və ölkədə həyatı durdurmaq üçün hazırlanmış "düşmən planı" adlandırır. O, insanları işlərinə davam etməyə çağırır.

Belarus prezidenti Aleksandr Lukaşenko karantin tətbiq etməyib və məsafə saxlamaq qaydasına özü də əməl etmir. "Diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır" deyən Lukaşenko koronavirusa qarşı müalicə metodu da açıqlayıb: araq, hamam, idman və çöl işləri.

                                   Karantinin iqtisadiyyata zərəri və faydası

Ölkədə həyatın durması iqtisadiyyata böyük zərbə vurur. Amma bunun müsbət tərəfləri də var.

Əvvəlcə pisdən başlayaq.

           1919-cu ildə işsizlər Los-Ancelesdəki əmək birjasına hücum edirlər

Müasir iqtisadiyyatda aktiv sosial həyat istehlakın əsasını təşkil edir. Ünsiyyət qurmaq, özünü göstərmək və başqalarına da baxmaq - insanlar məhz bu məqsədlə restoranlara və idman klublarına gedirlər, qonaqlıqlara toplaşırlar, böyük maşınlar və gözəl geyimlər alırlar.

Karantin və özünütəcrid tətbiq edən hakimiyyət həm də tələbi azaltmış olur. Və elə həmin gülləylə də ikinci dovşan (təklif) vurulur. İşçi qüvvəsi azaldığı üçün (insanlar evlərində oturur, daha çox xəstələnir və daha çox ölürlər) əmtəə və xidmət istehsalı da azalır (yığıncaqlar, ticarət, idman və nəqliyyat məhdudlaşdırıldığı üçün).

Nəticədə biznes inkişafa pul yatırmağı durdurur və gələcəkdə dəyər yaratmaq imkanlarını azaldır. Bundan başqa, bankrot halları da artır; təkcə şirkətlər yox, insanlar da müflis olur.

Bu, artıq bank sistemi üçün təhlükədir: kütləvi borclar maliyyə böhranı, bankların zərərə düşməsi, kreditlərin likvidliyinin və əlçatanlığının azalması təhlükəsini yaradır.

Ancaq karantinin yaxşı tərəfləri də var.

Əvvəla, o, epidemiyanın miqyasını və demək ki, həm də nəticələrini kiçildir. Sərt qabaqlayıcı tədbirlər karantin şərtlərinin daha tez zəiflədilməsinə və ömrünün qısaldılmasına yardım edir.

İkincisi, məcburi karantin gələcəkdə daha böyük iqtisadi problemlərdən yayınmaq imkanı yaradır, bu isə ölüm səviyyəsini azaldır. Səhiyyə sistemi işinin öhdəsindən gələ bilməsə, dolub-daşan xəstəxana və morqlar insanları elə qorxudar ki, onlar artıq məcburi yox, könüllü olaraq evlərində oturub qalarlar.

Belə vəziyyətdə insanları restoranlara, konsertlərə və ya iş yerlərinə çəkib çıxarmaq çox çətindir: pullar yığılacaq, xərclənməyəcək. İlkin tələbat mallarına və xidmətlərə tələbat yox olacaq - mebel və maşından tutmuş çimərlik turlarından musiqi dərslərinə qədər. İstehlak uzun müddət zəiflədilmiş olacaq, iqtisadiyyat kiçiləcək.

 Bağlı mağazalar, işsiz insanlar, iqtisadiyyatda tələb və təklifin çöküşü - pandemiyanın 100 il əvvəldən tanış olan mənzərəsi

Qarşıdakı çöküşün dərinliyini bu gün heç kim proqnozlaşdıra bilməz. 1918-ci ildəki "İspan qripi" pandemiyası ABŞ-da sənaye istehsalını orta hesabla 18% azaltmışdı. Ancaq Amerika alimləri bu qənaətə gəliblər ki, o vaxt karantin olmasaydı, vəziyyət daha pis olardı.

"Pandemiya iqtisadiyyat üçün son dərəcə zərərlidir. Ancaq müasir vasitələr onun miqyasını kiçildə və beləliklə də az sonra başlayacaq iqtisadi böhranı yumşalda bilər. Beləliklə, karantin tədbirləri həm ölüm sayını azaldır, həm də iqtisadi baxımdan fayda verir," - araşdırmaçılar belə yazırlar.

Onlar, əsasən gənc və iş qabiliyyətli şəxsləri öldürmüş "İspan qripi" və "Covid-19" arasında fərq olduğunu etiraf edirlər. O cümlədən, bir əsr əvvəlki arxaik təsərrüfatlarla müasir yüksək texnologiyalı cihazlar arasında da. Bununla belə, onlar bu iki epidemiya arasında fərqdən çox bənzərlik görürlər.

Araşdırmaçılar həmçinin qeyd edirlər ki, "Yubanmadan karantin tətbiq edən Tayvan və Sinqapur kimi ölkələr infeksiyanın qarşısını almaqla kifayətlənməyiblər.

Belə görünür ki, onlar pandemiyanın ən xoşagəlməz iqtisadi nəticələrini yumşalda biliblər. Ona görə də pandemiya zamanı həyata keçirilən karantin tədbirlərini iqtisadyyata ciddi zərbə vuran əsas səbəb hesab etmək olmaz".(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam