Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Xurafatvirus: İranı “korona” yox, bu virus viran qoyub -Videolar

  

İranda koronavirusun əsasən dini şəhərlərdə ortaya çıxması, bir çox ayətullahların və rəsmi şəxslərin bu mərəzə yoluxması, ölkənin digər bölgələrinə də həmin mərəzin məhz buralardan yayılması bir çox suallara yol açmışdı. 

Yenixeber.org: Hər kəs müqəddəs şəhərlərin və şəxslərin Allah tərəfindən niyə hifz olunmadığını soruşur, İran teokratları isə bunun cavabını verə bilmirdilər.

 

Sonunda Məşhəd Tibb elmləri Universiteti əsl "günahkarı" tapdı. Universitetin bir müddət əvvəl yaydığı açıqlamaya görə, istər Qumda, istərsə də Məşhəddə bu virusun ortaya çıxmasının səbəbi çinli alimlərmiş. İddiaya görə, Qumda keçirilən elmi seminara gələn Çin alimləri ayətullahları bu virusa yoluxdurublar. Ayətullahlar da öz növbəsində Qum sakinlərinı və onların ziyarətinə gələn digər insanlara koronavirusu ötürüblər. Nəhayət, Məşhədə ən çox ziyarətlərin də məhz qumlular olması virusun digər şəhərə sıçramasına yol açıb.

 

Virusun İran iqtisadiyyatına və sağlamlıq sisteminə vurduğu zərəri hesablamaq mümkün deyil. Mərəzin bu ölkəyə sıçraması rəsmən etiraf olunandan sonra bir çox dövlətlər İranla iqtisadi əlaqələri dayandırdılar. Gömrük-sərhəd qapılarının bağlanması dini turizmə də ciddi zərbə vurdu. Yeni illə gələn yeni bəlanın daha nə qədər evləri yıxacağı isə bəlli deyil.

Hələlik İranda virusa yoluxanların sayı 100-lərlə ifadə olunur. Ekspertlər isə real vəziyyətin rəsmi statistikadan qat-qat çox olduğundan şübhələnirlər.

 

Dünən səhər saat 10-a olan məlumata görə, indiyədək İranda 593 nəfərin virusa yoluxduğu müəyyənləşdirilib. Virusa yoluxanların əksəriyyəti isə Qum və Tehran vilayətinin payına düşür - Qum-109, Tehran-180.

Virusun dini mərkəzlərdən yayılması ehtimalını İran teokratları rəsmən qəbul etməsələr də, həyata keçirilən bəzi tədbirlər onların da daxilən bu həqiqətlə razılaşdıqlarıından xəbər verir. Məlumata görə, İran İslam Respublikası qurulduğu gündən indiyədək ilk dəfə məscidlərə getmək qadağan olunub. Cümə namazları qılınmır, İslam rejimini ayaqda tutan cümə xütbələri oxunmur. Dini ziyarətlər tamamilə dayandırılıb. İmam Rzanın məzarı koronavirusa qarşı dezinfeksiya edilir.

 

Koronavirusun dini məbədlərdən yayılmasının isə, zənnimizcə bir neçə mühüm səbəbi ola bilər.

Əvvəla, dini məbədlərdə bir araya gələn, səf-səf düzülən insanlar virusu digərlərinə ötürə bilər.

İkincisi, dini məbədlər ölkənin 4 bir tərəfindən gələn insanların ziyarətinə açıq olduğundan onlar geri qayıdarkən özləri ilə bərabər həm də virus daşıyırlar. Bu baxımdan məbədlər həm də virusötürücü rolu oynayır.

 

Başlıca səbəblərdən biri isə İranda hələ də xurafatçılığın qalıqlarının yaşadılmasıdır. Dini mərkəzlərdəki bəzi din xadimləri mütərəqqi ideyalar ortaya qoysalar da siyasi rejim sosial cahilliklərdən faydalanmaq fürsətini də əldən vermək istəmir. Bir çox hallarda hətta bunun təbliğatçısına çevrilirlər. Xüsusilə Məşhəddə İmam Rza məqbərəsinə göstərilən sədaqət nümayişləri, o cümlədən dəmir barmaqlıqların, şəkillərin öpülməsi virusun yayılmasının əsas səbəbi kimi görünür. Bu mənada məqbərinin dezinfeksiya olunması da təsadüfə oxşamır.

 

 Məşhəd ziyarətindən çəkilərək sosial şəbəkələrdə paylaşılmış bəzi videoları təqdim edirik:(ovqat.com)

Xurafatvirus mənzərələri: Kollektiv mistik öpüşlər

 

 

 

 

Özlərinin öpməsi azmış kimi, uşağa da öpüzdürürlər

 

   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam