12 sualda Koronavirus kabusu:Azərbaycan ÜST-ün elan etdiyi fövqəladə vəziyyətə uyurmu?
İranda Azərbaycandan gedən 2 çinlidə Koronavirusunun aşkarlanması dünyanı sarsıdan bu kabusun bizə də sıçraya bilməsi ehtimalını ağla gətirir.
Yenixeber.org: Bütün xəstəliklərə qarşı ilk mübarizə metodunun maariflənmə olduğunu nəzərə alıb dəyərli oxucularımıza Koronavirusunu 12 sualla tanıtmaq qərarına gəldik.
Beləliklə ilk sual: Korona virusu nədir?
Dünyanın ən qorxunc kabusuna çevrilmiş Koronavirusun heyvanlardan yayıldığı güman olunur. Virusun 4 alt növü var. Heyvanlardan insanlara keçən bu tip yoluxmalar tibb elmində "zoonoz" adlanır. Zoonoz yoluxmalarının ilk nümunələri 2003-cü ildə yenə Çində ortaya çıxan SARS və 2019-cu ildə isə Səudiyyə Ərəbistanında MERS virus yayılmalarında görüldü.
Hazırda ortaya çıxan Koronavirus növü "2019-ncov" adlanır. Xəstələrdən alınan nümunələrdə virusun ilk mikroskopik görüntüsü taca oxşadığından adı da formasına uyğun seçildi. Aşağıdakı fotodan da göründüyü kimi, virusun səthini əhatə edən bir üzük görülür. Bu hissə "tac" mənasını verən "corona" sözü ilə ifadə olunur.
2. Koronavirusun sürəti və “gücü”
Növ etibarilə SARS və MERS virusuna bənzəsə də, Koronavirusun daha sürətli yayıldığı və daha əsrarəngiz olduğu bildirilir. Bu da virusun nə qədər təhlükəli olduğunu göstərir və istər-istəməz “görəsən, nə qədər can alacaq” sualına yol açır. Qeyd edək ki, SARS yoluxmasında xəstələrin 11%-i MERS yoluxmasında isə 35%-i ölümlə üzləşmişdi. Hələ ki, Koronavirusunun öldürmə gücü daha zəif görünür; təxminən 3-4%. Amma daha sürətlə və daha geniş ərazidə yayılması daha çox insana yoluxmasına yol aça bilər. Bu da Koronanın daha çox can ala biləcəyi ehtimalını doğurur.
Bu epidemiyanı qorxunc edən digər bir məsələ, virusun ilk dəfə ortaya çıxmasından bəri insanlarda xəstəlik prosesinin qeyri-müəyyən olmasıdır. "Yoluxmuş insanların neçə nəfəri xəstədir, infeksiyadan neçə gün sonra əlamətləri ortaya çıxır, xəstəliyin ümumi müddəti nə qədərdir" kimi sualların cavabları hazırda qeyri-müəyyəndir və bir çox elm adamı bu sualların cavabını tapmağa çalışır. Bu qeyri-müəyyənlik bütün müdaxilə proseslərini də qarışdırır və planlaşdırmağı çətinləşdirir.
3- “Korona” necə can alır?
Virus insanlara keçdikdən və çoxalandan sonra ən çox ağciyərlərdə yerləşir. Virus yeni olduğundan immunitet sistemimiz virusu tanımır və orqanizmimiz müqavimət göstərmək üçün kifayət deyil. Bu vəziyyətdə sətəlcəm inkişaf edir və ağciyərlərin tutumu məhdud olduğundan xəstələrdə tənəffüs çətinliyi ortaya çıxır. Xəstələr də tez-tez baş verən tənəffüs çatışmazlığı ucbatından həyatlarını itirirlər.
4- Kimlər risk altındadır?
Epidemiya hallarında, əlbəttə ki, virusa yoluxmuş hər bir xəstə ölmür, xüsusən zəif immunitet sistemi olan sosial qruplar infeksiyaya yaxalanarsa həyatları risk altına düşür. Yaşlılar, uşaqlar, hamilə qadınlar immunitet sistemləri zəif olduğundan ən riskli qruplar sırasındadır. Ayrıca astma, böyrək çatışmazlığı və s. kimi xroniki xəstəlikləri olanlar da ehtiyatı əldən verməməlidirlər. Ölüm hadisələrinin əksəriyyətinin (5-dən 4) xroniki xəstəliklərə (hipertansiyon, diabet və s.) aid olduğu da bildirilir. Başqa sözlə, demək olar ki, xroniki xəstəlikləri olan insanlar da bu epidemiya üçün risk altındadır. Risk altında olan digər bir qrup isə səhiyyə işçiləridir. Diaqnozika mərkəzlərində və şübhəli xəstələrin təcrid olunduğu klinikalarda çalışan səhiyyə işçiləri yüksək risk altındadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu günə qədər 16 tibb işçisi virusa yoluxub. Çinin aparıcı media şirkəti bir həkimin öldüyünü bildirib.
5- Koronavirus harada və necə ortaya çıxıb?
Epidemiya 31 dekabr 2019-cu ildə diaqonozu qoyula bilinməyən sətəlcəm xəstəliyi barədə ÜST-yə bildiriş göndərilməsiylə gündəmə gəlib. Vəziyyət daha da ağırlaşdı, o gündən sonrakı 4 gündə 44 hadisə qeydə alınıb. Dünyaca məşhur elmi jurnal "Lancet"də yayımlanan bir məqalədə, xəstələrin əhəmiyyətli bir hissəsinin Çinin Wuhan şəhərində dəniz məhsulları topdansatış bazarı ilə əlaqədar şəxlər olduğu bildirilib. Bu bazar həm də vəhşi heyvanların satıldığı ticarət mərkəzidir. Həmin ticarət mərkəzi 1 yanvar 2020-ci ildə bağlanıb. Epidemiyanın başlanğıc nöqtəsi də Uhan şəhəri hesab olunur
6- Virus hansı ölkələrdə yayıldı?
Virusun 19 ölkəyə yayıldığı bildirilir: Çin, Yaponiya, Koreya, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tayland, Nepal, Şri Lanka, Hindistan, ABŞ, Kanada, Fransa, Finlandiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri. Bu ölkələrdə aşkar edilən ilk virus daşıyıcılarının Çinə səyahət etdikləri aşkarlanıb
7- Virus necə yayılır?
İngiltərə epidemioloqlarının yaydığı məlumata görə, bir xəstə ən azı iki-üç nəfəri yoluxdurur. Lankaster Universitetinin araşdırmaçıları xəstəliyin bir neçə həftə içində 190.000 insana yayılacağını təxmin edirlər.
8- “Korona” ilə necə mübarizə aparılır?
Hal-hazırda məlum xəstəlik üçün bir çox diaqnostik metod, avadanlıq, təhlil və s. mövcuddur. Bununla birlikdə, yeni yayılmış virusun olduğundan hansı xüsusiyyətlərı daşıdığını anlamaq asan deyil və bunun üçün uzun müddətli analiz lazımdır. Bir virusun "yeni" olduğunu başa düşmək üçün onun genetik quruluşunu təhlil etmək və əvvəllər məlum olan növlərlə müqayisə etmək lazımdır. Məlum olan növlərə uyğun gəlmirsə, yeni hesab olunur və ona qarşı mübarizə metodları formalaşdırılır. Koronavirusun tam müalicəsinin tapılması da uzun zaman ala bilər.
9- Koronavirusunun ilk daşıyıcısı hansı heyvan olub?
Korona virusları ümumiyyətlə vəhşi heyvanlarda olur, lakin ev heyvanlarında da müşahidə edilə bilər. Heyvanmənşəli digər bənzər viruslardan olan SARS-ın ilk mənbəyi vəhşi pişik növü olan Musk idi. MERS epidemiyası isə təkhörgüclü dəvələrdən insane keçmişdi. Korona virusunun mənbəyi isə hələ ki müəyyən edilməyib. Əvvəlcə virusun ilanlardan yayıldığı barədə məlumatlar yayılmışdı. Lakin genetik incələmələr Koronanın gen ardıcıllığının ilanlara deyil, yarasalara uyğun gəldiyini göstərdi. Virusun gen ardıcıllığı 80 faiz SARS-a bənzəyir.
10- “Korona”nın simptomları
Xəstəliyin simptomları sadə bir soyuqdan pnevmoniyaya qədər geniş bir yerə yayılır. Ən çox görülən simptomlar yüksək tempratur, bəlğəmli öskürək, nəfəs darlığıdır. Xəstəliyin birbaşa tanıya biləcəyimiz xüsusi bir simptomu yoxdur.
11- Koronadan necə qorunmalı?
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri:
- Qrip, qrip, sətəlcəm və s. xəstəliyi olan insanlarla yaxın təmasdan çəkinmək lazımdır:
- Əllər tez-tez yuyulmalıdır, xüsusən xəstə insanlarla təmasdan sonra;
- Kənd yerlərində vəhşi heyvanlar və ölü heyvan cəsədləri ilə təmasdan çəkinin;
- Öskürəndə və asqıranda dirsəklərinizlə ağzınızı və burnunuzu tutun, əllə tutacaqsınızsa dərhal yuyulmalıdır;
- Xəstəliklərdə infeksiyanın qarşısının alınması üsulları diqqətlə tətbiq olunmalıdır;
- Ət məhsulları və yumurta yaxşı bişirilməli və yeyilməlidir;
- Heyvan bazarlarında və ya ev heyvanlarında əl və tənəffüs gigiyenası nəzərə alınmalıdır;
- Əllərin gözlər, ağız və burunla təması minimuma endirilməlidir;
- Xəstə heyvanların təmasda olduqları ilə də təmasdan çəkinin;
- Səhiyyə işçiləri Nazirlik və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən keyfiyyət standartlarına uyğun tibbi avadanlıqlardan istifadə etməlidirlər. Xəstəxanadakı şübhəli insanlardan götürülmüş nümunələrin daşınmasında xəstəxananın pnevmatik boru sistemlərindən istifadə edilməməlidir, nümunələr əl ilə çatdırılmalıdır.
12- Beynəlxalq fövqəladə vəziyyət rejimi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünən - yanvarın 30-da keçirilən iclasda Koronavirusla mübarizə aparmaq məqsədilə fövqəladə vəziyyət elan etdi. Fövqəladə vəziyyətin tələbləri: Fövqəladə vəziyyət Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələrə şamil olunur (Azərbaycan da BMT üzvü olduğuna görə, bizdə də guya fövqəladə vəziyyət rejimidir.). Bunun üzərinə ölkələr sərhədləri bağlamaq, uçuşları ləğv etmək, ticarəti məhdudlaşdırmaq və s. kimi qərarlar qəbul edə bilərlər. ÜST xəbərdarlıq edir ki, bu məsələdə məhdudiyyət elan edən ölkələr qərarlarını elmi dəlillərə əsaslandırmalıdırlar, çünki beynəlxalq səyahət və ticarətin məhdudlaşdırılması iqtisadi pozucu təsir göstərə bilər.(ovqat)
Yazı ilk dəfə 31.01.2020-ci ildə dərc olunmuşdu.