Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRANDA “KORONAVİRUS”DAN 2 ÖLÜM:qonşu ölkədən ölümcül xəstəliyə yoluxmaya dair ziddiyyətli xəbərlər gəlir

 

“Şəhrvənd” qəzeti, 20.02. 2020

 

“Corona” İranda ilk qurbanlarını ağuşuna alıb. Dünən İranda”Koronavirus”un mövcudluğu birinci dəfə rəsmən təsdiqlənib. Xəbəri Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Kianuş Cahanpur açıqlayıb.

Yenixeber.org: Bundan əvvəl səhiyyə naziri İranda “Corona”nın (“COVİD-19) mövcudluğu ilə bağlı şayiələrə toxunaraq, nazirliyin bunu gizlətməyəcəyini və İranda “COVİD-19”-dan ölüm hadisənin baş verəcəyi təqdirdə, ictimaiyyətə məlumatlandıracağını söyləyib.

Söz verilmiş gün dünən yetişib. İranlılar səhərləri çoxdan gözlənilən xəbərlə açıblar. Cahanpur deyib: “Son iki gündə Qum şəhərində “Koronavirus”da şübhəli hallar aşkarlanıb. Xəstələr mövcud protokollara əsasən, digər xəstələrdən təcrid olunub və onlardan laboratoriya nümunələri götürülüb. Laboratoriyaya göndərilən nümunələrdə ilkin testdən “müsbət” nəticələr alınıb və xəstələrdə “B” qripinin olduğu müəyyənləşdirilib”.

Nəhayət, Qumda bir iş adamının ölümü ilə bağlı şayiələr yayılıb və Səhiyyə Nazirliyinin təkzibindən sonra dünən saat 18.00-da virusun mövcudluğu dilə gətirilib.

Qum Tibb Elmləri Universitetinin müdiri Məhəmməd Rza Qədir bildirib: “İlkin testlə orqanizimində “Koronavirus”un aşkarlandığı 2 nəfər ölüb”.

Cənab Qədir “İMNA”-ya deyib ki, son 4 gündə Qumda tənəffüs xəstəliklərinin yayıldığının şahidi olmuşuq: “Qumdakı xəstəxanalardan birində 2 nəfər ölüb və bu 2 insanın ilkin müayinəsində “Koronavirus”un mövcudluğuna cavab müsbətdir”. O, “İnsanlara münasibətdə vicdanlıyıq və ilk testin nəticəsi elan edildikdən dərhal sonra ikinci testin cavabını da bəyan edəcəyik”, – deyib.


Sosial şəbəkədə xəstəxanalardan birinə “Koronavirus”lu xəstənin gətirilməsi iddiası ilə yayılmış video

 

“Başqa bir xəstəxana da təxliyə olunur. Lazım gələrsə, o, ehtiyat xəstəxana kimi istifadə ediləcək”, – deyən Qum Tibb Elmləri Universitetinin müdiri şəhərin virusla mübarizə aparmağa hazırlandığını söyləyib. O, insanları sakitliyə, gigiyena qaydalarına riayət etməyə, izdihamlı mərkəzlərdən və lazımsız səyahətlərdən çəkinməyə çağırıb.

Məhəmməd Rza Qədir Qumda kifayət qədər tənəffüs maskalarının olduğunu söyləyib: “Maskadan istifadə etmək hər kəsə lazım deyil. Maskanı yalnız yaşlı və ya müəyyən xəstəlikləri olanlar taxmalıdırlar”.

Bundan sonra, “Twitter”-dəki səhifəsində Səhiyyə Nazirliyinin nümayəndəsi Cahanpur ölüm hallarının əks-səbəbini təsdiqləyib və yazıb: “Təəssüf ki, hər iki xəstə reanimasiyada qocalıq və immunitet çatışmazlığı səbəbindən intensiv terapiya şöbəsində ölüb”.

Bir müddət əvvəl Qum xəstəxanasındakı bir mənbə “Şəhrivənd”ə bildirmişdi ki, İmam Rza Xəstəxanasına yerləşdirilmiş ortayaşlı kişi – “Koronavirus”un təsdiqləndiyi 2 hadisəsindən biri – ölüb, digər şəxs isə Kamkar Xəstəxanasında “Corona” simptomları ilə nəzarətə alınıb.

Xəstəxananın həkimi olan mənbə, şübhəli bilinən başqa 2 nəfərin də xəstəxanaya yerləşdirildiyini söyləyib.

Dünən Qumdakı Kamkar Xəstəxanasında tənəffüsün ağırlaşması ilə nəticələnən 2 nəfərin ölümü xəbəri peyda olduqda, Qum Tibb Elmləri Universiteti “COVİD-19” xəstəliyinə dair heç bir dəlil olmadığını elan edib. “Həmin xəstələrin xarici səfərləri və ya şübhəli əlaqələri olmayıb”.

Qum ətrafındakı yolda topaşmış təhlükəsizlik qüvvələrinə aid xüsusi texnika

 

Digər tərəfdən, Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin müdiri Məhəmməd Mehdi Quya Qumda “Koronavirus”a yoluxmuş 2 şəxsin əcnəbi deyil, məhz iranlı olduğunu söyləyib.

Bu xəbərdən sonra Qum şəhərinə səfər edən səhiyyə nazirinin müavini Qasim Babacani virusun İrana gəlişinin gecikdiyini və bölgədə bir neçə həftə əvvəl yayıldığını söyləyib. O bildirib ki, hətta bəzi digər qrip növləri “Corona”dan daha ölümcüldür. “Hazırda Tibb Elmləri Universiteti ilə əməkdaşlıqda şübhəli xəstələr üçün ayrıca xəstəxana hazırlanır, habelə həkim və tibb bacıları personalı. Digər tərəfdən, səhiyyə nazirinin əmri ilə yaradılan qrup vəziyyət düzgün qiymətləndirilənə və problem həll olunana qədər ərazidə qalacaq”.

Qumda və bütün ölkədə yoluxma barədə hələ dəqiq məlumat yoxdur, ölkənin Milli Qrip Komissiyasının üzvü Məsud Mərdani, ilk növbədə, virusun mənbəyinin müəyyənləşdirilməli olduğunu söyləyib. “Təəssüf ki, əldə etdiyimiz sorğulara əsasən, virusun mənbəyi hələ də bəlli deyil və xəstəliyi yoluxdurmuş insanlar da müəyyənləşdirilməyib. Bilinmir xaricə səyahət edilib və ya İranda şübhəli əlaqə olub. Bu virusun ölkənin ən çox ziyarət edilən şəhərlərindən birində mövcudluğu da çox vacib məsələdir”.

Məsud Mərdaninin sözlərinə görə, ilk növbədə, epidemioloqlar yoluxmanın giriş mənbəyini müəyyənləşdirməlidir ki, yayılmanın qarşısı alınsın.

Dünən Qumda “COVİD-19” xəbəri təsdiqlənərkən, Nazirlər Kabinetinin iclası çərçivəsində səhiyyə naziri Səid Nemaki ölkədə qripə yoluxma ilə əlaqədar xəbərdarlıq edib: “Soyuq mövsümdə qriplə qarşılaşmışıq. Hazırda Qum şəhərində “B” qripi müşahidə olunur, yaşı 60-dan yuxarı bir kimyəvi sahə veteranı ölüb, digər ölən şəxs də ahıldır. Bu günə qədər ölkədə başqa ölüm halı qeydə alınmayıb”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam