Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

OMANIN “QABUSNAMƏ”Sİ:taxt-tac varisinin adı 2 saray və 2 zərfdə gizlədilib

Patrik Vintur

“The Guardian”, 22.12.2019

 

Oman məhkəməsində ərəb dövlətini təxminən 50 il idarə edən, lakin uzunmüddətli, xroniki xəstəliyi getdikcə pisləşən Sultan Qabus bin Səidin varisi ilə bağlı geniş müzakirələr aparılır.

Yenixeber.org: Əgər məhkəmədə razılığa gəlinməzsə, sultanın varisini müəyyənləşdirmək üçün paytaxt Məsqətdəki məhkəmədə möhürlü məktubların açılması həyata keçiriləcək.

Son dörd onillikdə Yaxın Şərq siyasətinin əsas dayaqlarından biri olan, beş ildir əziyyət çəkdiyi qalın bağırsaq xərçənginin yenidən şiddətlənməməsi üçün müalicəyə getmiş sultan bir həftə əvvəl Belçikadan qayıdıb. Halbuki yanvarın sonuna qədər Avropada qalacağı gözlənilirdi.

Ərəbistan yarımadasındakı keçmiş İngiltərə protektoratı olan Oman 1970-ci ildə İngiltərənin köməyi ilə qanlı çevrilişdən bəri Qabus tərəfindən idarə olunur. Tibbi səbəblərə görə ta 2014-cü ildən o, ən azı 2 dəfə xaricə gedib.

Qabusun övladı yoxdur və açıq şəkildə varis təyin etməyib, ancaq gizli olaraq seçimini kral ailə məclisinə ünvanlanan möhürlənmiş zərfdə qeyd edib.

Ali-Səid sülaləsi 18-ci əsrin ortalarından etibarən Omanı idarə edir.

Sultanlığın Əsas Qanununun 6-cı maddəsində deyilir ki, taxt-tacın sahibsiz qalmasından sonra kral ailəsi 3 üç ərzində yeni sultanı seçməlidir. Ailə üzvləri razılığa gələ bilməsələr, dövlətin Müdafiə Şurası, Ali Məhkəmənin başçısı və Məşvərət Şurasının iki palatasının rəhbərləri birlikdə Qabusun seçimini əks etdirən ilk zərfi açacaq və onun təyin etdiyi şəxsi taxt-taca çıxaracaqlar.

Seçilən varisin adının gizli saxlanmasında məqsəd sultanın həyatı boyunca nüfuzunu təmin etməkdir.

Deyilənə görə, iki möhürlənmiş zərf var, ikincisi cənubdakı liman şəhəri Səlalədəki başqa bir kral sarayında saxlanılır.

Həftəsonu yayılan xəbərlərdə sultanın vəziyyətinin daha da pisləşməsi və Məclis daxilində həll edilməmiş mübahisələr ucbatından ikinci məktubun da açılma üçün Məsqətə göndərilməsi yer alıb.

Əksər hesabatlarda həmin məktubda da eyni adın olacağı və yalnız ilk zərfin tapılmadığı və ya ilk adın identifikasiyasına ehtiyac olduqda, üzə çıxarılacağı bildirilir.

İngiltərədə təhsil almış Qabusun rəhbərliyi altında Oman olduqca neytral mövqe sərgiləyib və bölgədə vasitəçi rolunu oynayıb, xüsusilə, İran və ABŞ arasında 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar olaraq.

O, Səudiyyə Ərəbistanı ilə Yəmənin husi üsyançıları arasında danışıqların keçirildiyi məkan olub.

Omanın “hamıya dost və heç kimə düşmən” siyasəti ölkənin iqtisadi inkişafına imkan verib.

Bir tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı, digər tərəfdən, Qətər arasındakı Körfəz Əməkdaşlıq Şurası çərçivəsində ikiillik mübahisədə o, heç bir tərəfi dəstəkləməyib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam