Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NİYƏ İRAN DİPLOMATLARI OMANI AZƏRBAYCANA BƏNZƏDİRLƏR? –Netanyahunun səfərindən Tehranda doğan ehtimallar - TƏHLİL

Səid Cəfəri

“Əl-Monitor”

 

Oktyabrın 26-da Yaxın Şərqdə nadir bir hadisə baş verib: İsrail baş naziri Binyamin Netanyahu 1996-cı ildən bəri İsrail liderinin Fars körfəzi bölgəsinə ilk rəsmi səfərini edib və Omanda sultan Qabus bin Səid tərəfindən qarşılanıb.

Yenixeber.org: Netanyahunun səfəri İran mətbuatında dalğalanma yaradıb. İranın digər ərəb dövlətləri ilə gərgin əlaqələrindən asılı olmayaraq, Oman illərlə İslam Respublikası ilə sıx dostluq münasibətlərini davam etdirib. Bu duruşun bir hissəsi olaraq rəsmi Musqat İran və Səudiyyə Ərəbistanı arasındakı siyasi rəqabətdə neytral qalıb.

Beləliklə, İsrail və Səudiyyə Ərəbistanının bir-birinə yaxınlaşdığı bir dövrdə, Omanın Netanyahunu salamlaması İran üçün çox fərqli nəticələrə səbəb ola bilər.

Yerli KİV-lərin təpkisinə baxmayaraq, İran rəsmiləri bu səfərə ehtiyatlı rəy bildiriblər.

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi oktyabrın 27-də deyib: “Müsəlman dövlətlər ABŞ-ın təzyiqi altında Təl-Əvivin bölgə üçün daha çox çətinlik yaratmasına icazə verməməlidir”.

İranın xarici işlər naziri daha yumşaq bir tonda danışıb. Londonda yerləşən “Əl-Ərəbi Əl-Cədid” xəbər şəbəkəsi ilə noyabrın 13-də keçirilən müsahibədə Məhəmməd Cavad Zərif deyib: “İsrail İran və ərəb ölkələri arasında sıxıntı yaratmaq istəyir. Ərəb hökumətləri bunu anlamalıdır. Amma biz, Rusiya və Türkiyənin İsraillə münasibətlərində olduğu kimi, Omanın xarici siyasətinə müdaxilə etməyəcəyik”.

Amma Tehrandakı təhlillər çox fərqli idi. Əksər siyasətçilər Netanyahunun Musqat səfərini İsrail-Fələstin sülh danışıqlarına aid etsə də, digərləri İranın gündəmdə olduğunu söyləyib.

İranın İordaniyadakı keçmiş səfiri Nüsrətullah Tacik “əl-Monitor”a bildirib: “Bu səfər müxtəlif oyunçuların müxtəlif ölçülərinə sübutdur. Barak Obamanın dövründən fərqli olaraq, Donald Tramp Omana diqqət yetirmir və Musqat daha çox diqqət mərkəzində olmağı düşünmür. Digər tərəfdən, Netanyahunun məqsədi İsrailin ərəb paytaxtı tərəfindən rəsmi tanınması idi və bu, əlbəttə, Netanyahu üçün qələbədir. Oman İranla sıx əlaqələr quran az sayda ərəb ölkələrindən biridir və həmin ölçüyə əsasən, Omanın xarici siyasətinə təsir göstərmə cəhdidir”.

Amma həqiqətən, İsrailin məqsədi budursa, İranla bağlı məsələlərə o necə təsir göstərə bilər?

Bu baxımdan, iranlı ekspertlərin əksəriyyəti hesab edir ki, Netanyahu Tehranın ərəb müttəfiqlərindən birinin normal əlaqələri saxlamaqdan çəkindirməklə, İrana təzyiq göstərməyi düşünür.

İran Xarici İşlər Nazirliyinin Yaxın Şərqdəki siyasi məsələlər üzrə keçmiş baş direktoru Qasim Mohebali başqa fikirdədir. O, “əl-Monitor”a deyib: “İsraillilərin Oman vasitəsilə İrana müsbət bir mesaj göndərməsi mümkündür, amma israillilər xarici siyasətdə “düşmənimin düşməni dostumdur” prinsipinə əsasən hərəkət edirlər. İran və Səudiyyə Ərəbistanı, eləcə də digər ərəb ölkələri İsrailin düşmənləridir və Təl-Əviv bu vəziyyətə uyğun olaraq ən azı onlardan birinə yaxınlaşmağa çalışır”.

Mohebalinin sözlərinə görə, belə bir ehtimal İsrailin siyasətində yeni bir şey deyil. “İran-İraq müharibəsində oxşar bir hal olub. İraqın istənilən irəliləməsi ilə İsrail İrana yaxınlaşıb. İran irəlilədikdə, o, İraqı məğlubiyyətdən xilas edib”.

Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir rəsmi, anonimlik şərti ilə bildirib: “Biz Musqatda baş verənlərə təəccüblənmədik. Hər bir ölkə milli maraqlarına əsaslanır. Son illərdə Oman Tehranla sıx əlaqələr qurmağına sadiq olduğunu nümayiş etdirib və bunu məhv etmək üçün hərəkət etməyəcək”.

Netanyahunun Musqatla səfərinin ardınca Fələstin rəhbəri Mahmud Abbasın bənzər bir yolu gedib.

Səfərin məqsədi nə olursa-olsun, Netanyahu ilə sultan Qabus arasındakı söhbətində İranın azı xatırlandığı ehtimal olunur. Belə bir vəziyyətdə, Tehrann köhnə dostuna necə təpki verməlidir?

Xarici İşlər Nazirliyindəki mənbə deyib: “Qeyri-ərəb qonşu ölkələrdə də oxşar vəziyyətlər yaşadıq. Məsələn, Azərbaycan İsraillə sıx əlaqə saxlayır. İsrail və Oman arasında dialoqdan heç bir xüsusi inkişaf meydana çıxmayıb. Buna görə də, Omanla münasibətlərimizi dəyişdirməyi düşünmürük”.

Ancaq bu praqmatik yanaşma nədən doğur və bu, İsrailin təzyiqlərini necə azalda bilər?

İranlı ekspert Kamran Karami bildirib: “Əslində biz İsraillə qonşu ərəb ölkələri arasındakı münasibətlərdə əsas inkişafa şahidlik edirik. Görünür, İsrail ilə ərəb ölkələri arasında tam əlaqələr qurulub və yalnız bu əlaqələrin rəsmi elan edilməsi və səfirliklərin açılması qalır”.

Karami əlavə edib: “Hazırkı vəziyyətdə Tehran Omanla bağlı tələsik tədbirlərdən çəkinməlidir. Yaxın Şərqdəki hadisələri sakitcə qəbul etməliyik, eyni zamanda, ərəb ölkələrinə İsraillə olan uğursuz təcrübələri xatırlatmalıyıq “.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam