"PENTAQON VƏ DEMOKRATLAR TÜRKİYƏYƏ QARŞI TƏXRİBAT HAZIRLAYIR" - Trampı nəyə məcbur etmək istəyirlər?
Türkiyə həm döyüş meydanında, həm diplomatik müstəvidə ard-arda strateji həmlələrlə Suriyada olduğu kimi Şərqi Aralıq dənizində də qüvvələr balansını alt-üst edib. Təbii, bunu yenə hər kirli oyunun baş iştirakçısı ABŞ-a rəğmən etmək mümkün olub... Bu barədə “Milliyet” qəzetinin redaksiya məqaləsində deyilir.
Yenixeber.org: Amerika Senatının Türkiyəni “S-400” sistemlərinə görə cəzalandırdığı, erməni, yunan-kipr lobbisi ilə bərabər Türkiyə və Şimali Kipr Türk Respublikasına qarşı yunanlara silah tədarükünə qoyduğu embarqonu ləğv etdiyi bir dövrdə Ankara planını həyata keçirə bilib.
Qısacası, Türkiyə qərarlı və möhkəm mövqeyi ilə ABŞ və Vaşinqtonun nəzarət etdiyi ölkələrə növbəti dəfə mesaj göndərib: “Mən olmadan heç bir bərabərlik qurula bilməz”.
Lakin atılan addımlara baxıldığında və mümkün nəticələr diqqətə alındığında ABŞ-ın yuxarıdakı müsajı başa düşdüyünü və buna müvafiq şəkildə hərəkət etdiyini söyləmək olmaz. Əksinə, söhbət aşkar düşmən mövqedən gedir. Başqa sözlə, müttəfiqlik və başqa məsələlər sadəcə sözdür. Bu səbəbdən münasibətlər ABŞ-ın nöqteyi nəzərincə sonu görünməyən səmimiyyət testinə çevrilib. Yeditepe Universitetinin professoru Mesut Hakkı Caşın yaranmış vəziyyətdə səbəblərə aydınlıq gətirir.
“Həm regionda, həm dünyada xüsusən 2030-2040-cı illər perspektivində Türkiyə və ABŞ-ın çoxlu strateji maraqları var. Mən indinin özündə də Türkiyə və ABŞ-ın mühüm strateji müttəfiq olduğuna inanıram. Ancaq hazırda Trampın (Donald Trump) prezident seçkilərində qələbə qazanmaması üçün Türkiyə vasitəsilə mane olmağa çalışan Pentaqon, Mərkəzi Komandanlıq və demokratlar ölkəmizə qarşı komplo hazırlayırlar. Onlar Türkiyəni Rusiya ilə yaxınlaşdırmaq və NATO alyasından qoparmaq istəyirlər”, - deyə professor bildirir.
“Tramp bir tərəfdən ABŞ maraqları baxımından Türkiyəni itirmək, həmçinin xarici siyasətdə Türkiyəni itirmiş prezident kimi ABŞ tarixinə düşmək istəmir. Bununla belə, ABŞ-ın daxili siyasətində hökm sürən xaos bu və ya başqa şəkildə prezident Trampı əldən salmalı, Türkiyə-Amerika münasibətlərini məhv etməlidir; həmçinin Fətullah Gülen terror təşkilatının (FETÖ) təzyiqi də var. Əlavə erməni, yunan-kipr, israil lobbisini də nəzərə alsaq, məlum olur ki, Türkiyəyə çox ciddi cəbhə müqavimət göstərir.
Mövcud vəziyyətdə ABŞ kontekstində ilk növbədə bunu yaddan çıxarmaq lazım deyil: sanksiyaların tətbiq edilməsi qəbuledilməz olmaqla yanaşı, Türkiyəni öz qərarlarından imtina etməyə məcbur etməyəcək. Belə bir gediş olsa, Türkiyə dəqiq kursunu dəyişəcək.
Türkiyəni itirmək NATO-nun cənub qanadını itirmək deməkdir. ABŞ Türkiyəni itirsə, nə Qara dənizdə, nə Balkanlarda, nə Qafqazda, nə Yaxın Şərqdə fəaliyyət göstərə bilməyəcək, Şərqi Aralıq dənizində bir dənə də olsun gəmisi üzməyəcək”, - Mesut Hakkı Caşin açıqlamasında vurğulayıb.