Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PEKİNLƏ TEHRANIN ARASINI VURACAQ HADİSƏ:“Aramco”-ya hücumlardan sonra Çinin Yaxın Şərq maraqları təhlükədədir

Conatan Fulton

“Atlantic Council”, 20.09.2019

 

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumların iqtisadi və siyasi nəticələrin daha aydın göründüyü üçün Yaxın Şərqdən xeyli uzaqda da əks-səda verib. Dünyanın ən böyük neft istehlakçısı və idxalçısı olaraq Çin enerji bazarlarında baş verən pozulmalara xüsusilə həssasdır və onun buna necə təpki göstərməsi Yaxın Şərq üçün vacib nəticələrə səbəb ola bilər.

Yenixeber.org: İndiyə qədər Pekinin cavabı xarakterik dərəcədə təmkinli olub. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin hücumu qınayıb və “müvafiq tərəfləri regional gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinməyə” çağırıb.

“Müvafiq tərəflər” ifadəsi çox şeyi izah edir: Çin indiyə qədər hücum üçün kimisə günahlandırmaqdan imtina edərək, yekun faktları gözləyəcəyini bildirir.

Ölçülü cavaba baxmayaraq, Pekindəki liderlər narahat olmalıdırlar. Yaxın Şərq Çinin enerji təhlükəsizliyinin vacib dayağı və “Bir kəmər-Bir yol Təşəbbüsü” (BRI) üçün mühüm mərkəzdir. Bölgədə və xüsusilə Fars körfəzində sabitlik iqtisadi və strateji maraq kəsb edir. Çinin Yaxın Şərqə yanaşması, regional rəqabətdən asılı olmayaraq, hər bir dövlətlə əlaqəli olmaq, ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdir. Bu, Çinin dəhşətli regional təhlükəsizlik mənzərəsində neytrallıq təəssüratı yaratsa da, Pekin favorit rolunu oynayır və sabitliyə dair fikirlərini bölüşən dövlətlərlə işləməyi üstün tutur.

Enerji aspekti vacibdir. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra Pekin neft tələbatını ödəmək üçün Səudiyyə Ərəbistanına çox meyl edib. 2018-ci ilin avqustu ilə 2019-cu ilin iyul ayları arasında Çinin krallıqdan idxalı təqribən 2 dəfə artıb, gündəlik 921.811-dən 1.8 milyon barelə çatıb ki, bu da Çinin ümumi neft idxalının 16 faizini təşkil edir.

Təhlükəsizlik riskləri nümayiş etdirilən bir dövlətə bu qədər etibar etmək çətin iş olmalıdır. Qiymətlərin əhəmiyyətli dərəcədə yüksəlməsi başqa bir narahatlıq doğurur. Hücumlardan sonra “Brent” markalı xam neftin təxminən 20 faiz artması ilə Çin gündəlik 97 milyon dollar daha çox pul ödəyir.

Enerji xaricində Fars körfəzində qarşıdurma ehtimalı Pekin üçün bir çox problem yaradır. Bölgədəki çinli mühacirlərin dəqiq sayı bilinməsə də, hər halda yüz minləri ötür. Təkcə Dubayda 300 min nəfərdən ibarət Çin icması var. Körfəzdə milyardlarla dollar dəyərində Çin aktivlərini də bunun üstünə əlavə edin. BRI çərçivəsində 2013-cü ildən Yaxın Şərqə 123 milyard dollar dəyərində Çin xarici birbaşa sərmayəsi axıb. Bu, birbaşa xarici sərmayənin ən böyük xarici mənbəyidir. Odur ki, Yaxın Şərqdə bu yatırımları etibarlı görmək istədiyi normaldır.

İran hökumətinin hücuma görə məsuliyyət daşıdığı sübut olunarsa, Pekinin Tehranla münasibətlərinin xeyli dərəcədə soyumasını gözləyin.

İki dövlət uzun müddətdir güclü münasibətlərə sahibdir və 2016-cı ildə hərtərəfli strateji tərəfdaşlığa imza atıb. Bu, siyasi və ya iqtisadi baxımdan mühüm beynəlxalq rol oynayan dövlətlər üçün Çinin ortaqlıq iyerarxiyasındakı ən yüksək səviyyədir. O, “regional və beynəlxalq məsələlərdə əməkdaşlıq və inkişafa tam səy göstərmək” öhdəliyinə əsaslanır. Eyni zamanda, çox asimmetrik bir münasibətdir: İranın Çinə daha çox ehtiyacı var, nəinki Çinin İrana.

Pekin Tehranın ən böyük idxal mənbəyi və ən yaxşı ixrac bazarıdır. Bunun əksinə olaraq, İran Çili və Nigeriya arasındakı 33-cü ən böyük ixrac bazarını təmsil edir və idxalda 24-cü yeri tutur. İran, eyni zamanda, beynəlxalq bağlantı layihəsi olan BRI baxımından az faydalıdır. O, geostrateji məntəqdə yerləşsə də, öz bölgəsi və beynəlxalq miqyasda təcrid olunub, yəni Çinə Səudiyyə Ərəbistanı və Yaxın Şərq tərəfdaşları və müttəfiqlərindən daha az təklif etmək imkanı var. Həm də Çinin səudilərlə hərtərəfli strateji ortaqlığını, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası tərəfdaşlarının BRI ilə dərin əlaqədə olduğunu da qeyd etmək lazımdır.

İranın təcavüzü Çinin Yaxın Şərqdəki maraqlarını təhdid edərsə, şübhəsiz ki, bu tərəfdaşlığın davamlılığını sınayacaq.

Digər vacib məsələ ticarət müharibəsidir. Hər kəs kimi, Pekin də bölgədə daha böyük iqtisadi və diplomatik varlıq yaratmaq üçün ABŞ-ın Fars körfəzindəki təhlükəsizlik çətirindən faydalanıb. ABŞ-ın üstünlükləri ucuz başa gələn giriş və təhlükəsizlik təmin edib.

Ticarət silaha çevrildikdə, Pekin Yaxın Şərqdəki minimalist təhlükəsizlik rolunu yenidən nəzərdən keçirməlidir. Çinin enerji təhlükəsizliyi, BRI ilə əlaqəli infrastruktur sərmayəsi və ticari əlaqələrin dərinləşdirilməsi üçün bölgənin əhəmiyyəti xeyli artırır. Təhlükəsizliyi təmin etmək və açıq nəqliyyat zolaqlarını qorumaq üçün ABŞ-a güvənmək çox təhlükəli bir zəiflik yaradır.

Səudiyyə Ərəbistanına hücum Çinin Yaxın Şərq maraqlarını qoruyan daha möhkəm bir yanaşmaya dair başqa bir amil ola bilər. Bu da, öz növbəsində, Çin-ABŞ rəqabətinə təhlükəli bir element əlavə edə bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam