Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SƏUDİYYƏ HÜCUMLARIN QARŞISINDA NİYƏ ACİZ QALDI? –Mükəmməl ordusu və güclü müdafiə büdcəsinə baxmayaraq…

 


seud

Səudiyyə Ərəbistanının xam neft hasilatı obyektlərinə qarşı son dron hücumları mükəmməl ordusu və güclü müdafiə büdcəsinə baxmayaraq, dron hücumlarına qarşı bu ölkənin həssas olduğunu nümayiş etdirib.

Yenixeber.org: ABŞ satillit görüntülərin hücumlar zamanı İran silahlarından istifadə edildiyini nümayiş etdirdiyini bildirib. Bu hücum nəticəsində Səudiyyə Ərəbistanının neft istehsalının demək olar ki, yarısı sıradan çıxıb.

Səudiyyə Ərəbistanına hücumlar dünyanın ən iri neftayrıma zavodunu sıradan çıxarmaqla yanaşı, son 30 ildə ən böyük neft qiyməti artımına səbəb olub.

Təhlükəsizlik ekspertlərinin bildirdiyinə görə, insident dronların hücum qabiliyyətini artıran texnoloji inkişaflar narahatlıq doğurur.

Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Qərb mediyasına hücumların husilərin iddia etdiyi kimi cənub-qərb istiqamətindən deyil, obyektlərin qərb və şimal şərq istiqamətindən olduğunu bildirib.

saudity

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ilə döyüşən husilər iyul ayında “Əl-Qüds və “Səmməd 3″ dronları ilə yanaşı, İranın istehsal etdiyi uzunmənzilli kruiz raketlərini nümayiş etdirmişdi. Bu silahlar 1500 kilometrlikdə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malikdir.

4 il əvvəl Yəmən münaqişəsinin başlanmasından bəri heç bir hücum neft hasilatına mane olmamışdı. Lakin hücumlar 5.7 milyon barrel gündəlik neftin bazarlara çıxmasının qarşısını almışdı.

Müdafiə rəsmiləri hücumların krallığın müdafiəsinin struktur problemlərinə yol açdığını deyir. Onlar ölkənin müdafiə sisteminin ənənəvi hücumların qarşısını aldığını, lakin asimmetrik dron hücumlarına mane olmaq qabiliyyətinə malik olmadığını bildirir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, belə görünür ki, həftə sonu Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma görə məsuliyyəti İran daşıyır. Eyni zamanda o tələsmədiyini və hücumun kim tərəfindən törədildiyinə əmin olmaq istədiyini bildirib.

Bir neçə ABŞ rəsmisi, o cümlədən Dövlət Katibi Mayk Pompeo və Enerji Katibi Rik Perri Tehranı hücumlarda günahlandırıb.

Tramp əlavə edib ki, ABŞ hərbi münaqişə istəməsə də, buna hazırdır. (Amerikanınsesi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam