Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səudiyyə neft obyektlərinə dron hücumu Rusiyanın hərbi bazarını genişləndirir – Kremlin yeni gərginlikdən qazancları

Aleksey Xlebnikov

“Middle East Eye”, 19.09.2019

 

Yenixeber.org:   Səudiyyə Ərəbistanının neft hasilatını yarıyadək azaltmış əsas neft obyektlərinə son dron hücumları regional və qlobal təhlükəsizliyə yanaşmalarda əhəmiyyətli dəyişiklik yaradıb.

Neft qiymətləri yüksəldikdə, ABŞ hərbi çətiri altında etibarlı və qorunan Körfəz paradiqması çökməyə başlayıb. Qlobal neft bazarı və iqtisadiyyatı üçün ağır fəsadlardan başqa, bu hücumların siyasi və təhlükəsizlik aspektlərini, xüsusən də Rusiyaya münasibətini qiymətləndirməməliyik.

Vəziyyət birbaşa Moskvanın əlində olan sabit və etibarlı enerji təchizatı dəyərini artırıb.

 

Həyati infrastruktur

Avropaya neft və qaz boru kəmərləri sistemini və Çinə uzanan boru kəmərini nəzərə alaraq, Rusiya etibarlı enerji tədarükçüsü nüfuzu qazanıb. Son bir neçə onillikdə böyük uğursuzluqlar və ya hücumlar yaşamayan həyati əhəmiyyətli enerji infrastrukturunu qorumaq qabiliyyəti bu nüfuzu daha da artırır.

Moskva, sadəcə, Səudiyyə Ərəbistanı kimi, neft hasilatı və tədarükü ilə bağlı eyni risklərlə qarşılaşmır.

Rusiyanın enerji naziri Alexander Novak Səudiyyə itkisini kompensasiya etmək üçün neft hasilatını artırmağa ehtiyac olmadığını və təsirləri idarə etmək üçün qlobal ehtiyat fondlarının kifayət qədər olduğunu söyləyib. Hər il Rusiyada məhsul istehsalını əhəmiyyətli dərəcədə artırmaq çətin olacaq, çünki ölkə ötənilki istehsalında yeni bir zirvəyə çıxıb.

Eyni zamanda, Yaxın Şərqdəki dəyişkənlik asanlıqla regional müharibəyə çevrilə bilər ki, bu da bir çox oyunçuya siyasi və iqtisadi cəhətdən mənfi təsir göstərəcək.

Körfəzdə gərginliyi artırmaqda Moskvanın marağı yoxdur.

Bu əsnada Rusiyanın Körfəzdəki kollektiv təhlükəsizlik infrastrukturu ilə bağlı son təklifi daha da aktualdır. Moskva fürsətdən istifadə edərək regional səviyyədə müzakirələrə başlamaq üçün öz konsepsiyasını daha fəal şəkildə təqdim etmək istəyir.

Bununla yanaşı, Rusiya və Avropa tərəfdaşları ilə bölgədəki vəziyyətin daha da pisləşməsinə mane olmaq üçün diplomatik sıçrayış şansını təmin edir.

 

Sabitləşdirici sütun

Körfəzdə neft hasil edən ölkələr üçün sabitləşdirici sütun olaraq Moskva son böhrandan hərbi sistemlər bazarını genişləndirmək qazancı əldə edə bilər.

Ər-Riyad və digər Körfəz paytaxtları öz vacib iqtisadi və neft infrastrukturlarını qorumaq üçün Rusiya silahlarını, o cümlədən “S-400” hava hücumundan müdafiə və elektron müharibə sistemlərini də almaqda daha ciddi ola bilər.

Bu, Rusiya prezidenti Vladimir Putinin təklifidir.

“Bu gün Səudiyyə Ərəbistanını qorumağa kömək etməyə hazırıq. İran “S-300”-ü, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən qabaqcıl “S-400” hava hücumundan müdafiə sistemlərini almağa qərar verdiyi kimi, onlar da ağıllı qərarlar verməlidir”.

Putin əlavə edib: “Bu tip sistemlər Səudiyyə Ərəbistanında hər cür infrastrukturu hər cür hücumdan qorumağa qadirdir”.

Həqiqətən də, hücumlar Moskvanın Səudiyyə Ərəbistanı ilə hərbi-texniki əməkdaşlığını artırmaq üçün müəyyən imkanlar açır. Ər-Riyad bir müddət rus silahları almaqda maraqlı idi. Mövzu Kral Salmanın 2017-ci ildə Moskvaya səfəri zamanı gündəmə gəlib və güman ki, Putinin krallıqa gələcək səfəri zamanı yenidən ortaya çıxacaq.

Putinin açıqlamalarından bir gün sonra Rusiyanın rəsmi hərbi ixracatçısı “Rosoboronexport” noyabr ayında Dubay hava şousunda pilotsuz uçuş aparatları və digər hava hücum silahları ilə mübarizə üçün ən son Rusiya sistemlərini təqdim edəcəyini açıqlayıb.

 

Təhlükəsizlik hesablamaları

Digər tərəfdən, Ər-Riyad Rusiya silahını almaq qərarına gələrsə, Vaşinqtonun ciddi təzyiq və müxalifəti, Putinin təklifi Rusiyanı da çətin vəziyyətdə qoya bilər. O, Ər-Riyada Rusiyanın hava hücumundan müdafiə sistemlərinin ən mürəkkəb “S-400”, İrana isə “S-300” versiyasını almağı təklif etdi.

Səudiyyə Ərəbistanı “S-400”-ə razılaşarsa, bu, Moskva ilə Tehran arasında boşluq yarada bilər.

Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən son hücumlar, bölgə heç kimin istəmədiyi bir müharibəyə sürətlə yaxınlaşdırarkən, bir çox təhlükəsizlik hesablamalarını dəyişdirib.

Bu vəziyyətdə Rusiya, ehtimal ki, diplomatik arsenalından gərginliyi azaltmaq və Səudiyyə Ərəbistanı ilə münasibətləri qorumaq üçün istifadə edəcək.

Putinin gələn ay krallığa səfəri ərəfəsində bu, vacib məsələdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam