Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

PUTİN HAKİMİYYƏTDƏN GETMƏYƏ HAZIRLAŞMIR! –Dumanın sədri bunun anonsunu edib

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu yaxınlarda dərc etdirdiyi məqələsində şikayətlə yazıb ki, Rusiya konstitusiyası köhnəlir.

Yenixeber.org: Həmin məqalənin nəşrindən sonra bu xüsusda olan şərhlər və müxtəlif səpgili hipotezaların sayı-hesabı yoxdur. Axı, Dumanın sədri nə üçün bu cür bəyanatla çıxış edir? Həm də nəyə görə baş nazir Dmitri Medvedyev və Kremlin mətbuat katibi Dmitri Peskov də daxil olmaqla, demək olar ki, əksər rusiyalı siyasətçilər bu məsləyə açıq cavab verməyin vacib olduğu qənaətinə gəliblər? Əlbəttə, bütün bu səs-küy çox qəribə görünə bilər.

Keçən il 25 illiyi tamam olan Rusiya konstitusiyası digər ölkələrin konstitusiyası ilə müqayisədə elə də köhnə deyil. Həm də Rusiya liderləri adətən konstitusiyadan şikayət etmirlər. Problem Rusiya konstitusiyasının köhnəliyində deyil, sadəcə iş ondadır ki, Rusiya prezidenti hələ çox “gəncdir”. Vladimir Putinin hakimiyyətdə qalmaq müddəti 2024-cü ildə başa çatır və ölkəsinin konstitusiyasına uyğun olaraq, o, bir daha prezident seçilə bilməz.

Amma indi Putinin 66 yaşı var, 2024-cü ildə isə 71 yaşı olacaq. Yəni prezidentlik müddətinin sonunda o, ABŞ prezidenti Donald Tramp və onun rəqibi Co Bayden və Berni Sandersdən daha cavan olacaq. Bundan başqa aydındır ki, onlarla fiziki baxımdan müqayisədə Putin daha yaxşı təsir bağışlayır.

??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

Bəs, Rusiya prezidenti nə etməlidir? Onun sələfi Boris Yeltsin prezident postunu könüllü surətdə tərk etdi, lakin buna qədər Yeltsin artıq özünü bir siyasətçi kimi tam nüfuzdan salmışdı və həm də ağır xəstəydi. İndi kimsə deyə bilməz ki, Putin prezident müddətindən sonrakı dincəlmək həyatına hazırlaşır.

Ona görə ki, o, öz qonşularıyla münasibətləri korlayıb. Çətin ki, onun Alp dağlarında və ya Fransa Rivyerasında həyatdan həzz alması mümkün olsun. Bundan əlavə hakimiyyətin ötürülməsi həmişə müəyyən risk daşıyır. Əgər bu belə olarasa, onda Putin Yeltsinin deyil, Xruşovun vəziyyətinə düşə bilər. Belə ki, 1964-cü ildə Xruşov istefaya göndərildikdən sonra həyatının sonuna qədər gizli polis onu təqib etmişdi. Məhz elə buna görə də Putinin 2024-cü ildə siyasətdən getməyinə çox az adam inanır. Lakin o, hakimiyyətdə necə qala biləcək?

Bu məsələ ilə əlaqədar xeyli hipoteza var. Bir neçə ay bundan öncə Moskvada şayiələr gəzirdi ki, Putin prezident postundan getməyi planlaşdırır, amma bunun əvəzinə daha təmtəraqlı vəzifə - Rusiya və Belarusun birləşdiyi dövlətin başçısı postunu tutacaq.Bu iki dövlət gömrük ittifaqına daxildir və Rusiya Belarusun ərazisində daima iri miqyaslı hərbi təlimlər həyata keçirir. Beləliklə də, bu cür birləşmiş dövlətin yaradılması üçün infrastrukturun bir qismi var.

Şübhəsiz ki, Lukaşenkonu devirmək üçün Moskvanın əlində lazımı vasitələr var, amma bütün bunlara dəyərmi? Ehtimal ki, yox. Hansısa yeni dövlət yaratmaq yerinə, nəyə görə sadəcə olaraq yeni konstitusiyanın qəbul edilməsinə və ya köhnənin “təkmilləşdirilməsinə” gedilməsin?

Elə qanunverici orqanın sədrinin məqələsi də məhz buna işarə edir. Ortada iki əsas variant var: Birincisi, prezidentlikdə qalmaq müddətinin ləğv edilməsi və Putinin daha altı il hakimiyyətdə qalmasına imkan yaratmaq. İstədiyi təqdirdə Kremlin konstitusiyada dəyişikliklər edə biləcəyinə hər hansı şübhə ola bilməz. Ancaq məhdudiyyətin götürülməsi diktaturaya tərəf meyl kimi görünər.

İkincisi isə Putinin faktiki ömürlük prezidentə çevrilməsi Rusiya cəmiyyətinin əhvalı-ruhiyyəsinə ziddir. Çünki əhali həyat şəraitinin aşağı düşməsindən və korrupsiyalaşmış məmurlardan narazıdır.

2021-ci ildə Rusiyada parlament seçkiləri keçiriləcək. Əgər seçkilər saxtalaşdırılmazsa, hakim “Vahid Rusiya” partiyası məğlubiyyətə uğrayacaq. Kreml üçün parlament vacibdir. Çünki hakim partiyanın kifayət qədər yeri olmasa konstitusiyada dəyişiklik aparılması ciddi çətinliklə üzləşəcək. Əlbəttə ki, digər partiyaları əsl müxalifət saymaq olmaz. Amma 2024-cü il yaxınlaşdıqca səhv etmək limiti da azalır. Ona görə də, varis məsələsi mümkün qədər tez həll olunmalıdır.

Geniş yayılmış fikrə görə Volodinin məqaləsi Kremlin ortalığa atdığı özünəməxsus nəbz yoxlamasıdır və buradakı məqsəd ictimaiyyətin və elitanın reaksiyasını öyrənməkdir. Maraqlıdır ki, Putinin prezidentlik müddətinin bitməsinə hələ beş il var, lakin Moskva üçün varis məsələsi artıq ən mühüm mövzulardan birinə çevrilib.

Kremlin KİV-lər üzərindəki nəzarətini və Rusiyadakı siyasi prosesləri idarə etmək məharətini nəzərə alsaq, onda bu diskussiyalar çətin ki, nəzarətdən çıxsın. Lakin Putinin gələcəyi ilə bağlı açıq diskussiya bəzi Kreml insayderlərində narahatlıq yaradacaq.

putin

2024-cü il dəyişikilik ili olarmı? Əgər biz Putinin 2012-ci ildə gözlənilmədən prezident postuna qayıtmasına baxsaq, onda sual meydana gəlir: bəs, buna xalqın reaksiyası necə olacaq? 2012-ci ildə rusiyalılar Putinin kobud formada tamaşaya qoyulmuş geri dönüş səhnəsindən elə güclü məyus olmuşdular ki, onlar Putin dönəminin ən iri etiraz aksiyasına çıxmışdılar. O zaman elita bölünmüşdü. Bəziləri etirazçılarla dialoqa girməyi, digərləri isə sərt tədbirlər görməyi təklif edirdi. Putin isə bəyan etmişdi ki, etirazlar onun devrilməsi üçün Qərb tərəfindən maliyyələşdirilib.

2012-ci ildə Putin elitanın nüfuzlu nümayəndələrinin müxalifətin yanında durmağına mane olaraq, onları öz tərəfinə çəkə bilmişdi. Böyük ehtimalla o, bunu indi də edə bilər, amma buna tam əmin ola bilməz. Volodinin məqaləsindən sonra praktik olaraq bütün Rusiya siyasətçiləri Putinin nə etməli olması barəsində öz fikirlərini bildiriblər. Demək olar ki, Putindən başqa hamı. Yəqin ki, o öz əsas tezisini elan etmək üçün əlverişli an gözləyir. Və ola bilər ki, Putinin özü də necə addım atacağını hələ ki, tam bilmir. (“The Foreign Policy” – qısa ixtisarla)

Bizim əlavəmiz: 2024-cü ildə Vladimir Putinin hakimiyyətdə qalmasının 24 ili tamam olacaq. Biz Medvedyevin prezidentlik dövrünü hesaba almayaq. Hamı yaxşı bilir ki, ölkəni həmin müddət ərzində də Putin idarə edib. Bəlkə də, Putin Stalindən də artıq hakimiyyət başında qalmağı düşünür. Lakin bir həqiqət var ki, hakimiyyətdə çox qalmaqla, heç də həmişə dayanıqlı ictimai rəğbət əldə etmək olmur. Son dövrlər Rusiyada keçirilən rəy sorğusuna görə, əhalinin əksəriyyəti Stalin dövrünün bərpasını arzulayır. Buradan da görünür ki, Putin Rusiyanın köklü problemlərini həll etməyib. Təbii resursların zənginliyinə və intellektual potensialının yüksəkliyinə baxmayaraq, Rusiya SSRİ kimi nəhəng sosial dövlət deyil.

Volodinin məqələsinə gəldikdə isə, burada Kreml tərəfindən rusiyalılara deyilir ki, yoldaşlar, konstitusiya bizim ölkəmizdə əsasdır və ona riayət edilməlidir, amma prezidentimizin istəklərini də unutmayaq. 2024-cü il yaxınlaşdıqca bu məsələ ətrafında diskussiyalar daha da artacaq. Anacaq təbii ki, Kremlin tərtib etdiyi proqramdan kənara çıxmamaq şərtiylə.

Sözsüz ki, Putin konstitusiyanı əvvəlcədən elə dəyişdirə bilərdi ki, seçilmək məhdudiyyəti olmasın. Lakin Putin özünü çar kimi yox, demokrat kimi göstərmək istəyib və demək istəyib ki, mən hakimiyyət hərisi deyiləm, rasional adamam. Yəqin ki, prezidentlik müddətinin qurtarmasına ən azı bir il qalmış bu məsələ tam aydınlaşacaq. Məsələ ondadır ki, Putinin yenidən öz postunda qalmasını təmin etmək üçün konstitusiyada dəyişiklər aparılması mütləq şərtdir. Çünki legitimlik pozula bilməz.

Ümumiyyətlə isə, hadisələrin necə və hansı ssenari üzrə cərəyan edəcəyi öz yerində, lakin əsas məsələ Vladimir Putinin nə düşünməsidir. İndinin özündən görünür ki, o, prezident postundan kənara çəkilmək niyyətində deyil.(azpolitika)

Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam