Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

OQTAY ŞİRƏLİYEVLƏ İSLAHAT?! –Prezidentin səhiyyə anonsuna sözardı

 Ölkə başçısı martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə səhiyyə sahəsində aparılacaq islahatlardan da söz açıb. Prezident gələn ildən icbari tibbi sığorta sisteminə keçiləcəyini söyləyərək, səhiyyə sahəsində çox ciddi dönüş yaranacağını bildirib.

Yenixeber.org: Əslində, bu sahədə köklü islahata və dönüş yaradılmasına “bineyi-qədimdən” ehtiyac var. Təəssüf ki, bu gün ən ciddi şəkildə “axsayan”, hətta iflic vəziyyətinə yaxın sahələrdən biri məhz səhiyyə sistemidir. Həkim səhlənkarlığından, savadsızlığından tutmuş dərmanların keyfiyyətsizliyinə, adı pulsuz səhiyyədə qiymətlərin “od tutub yanmasına” qədər, çoxlu sayda problem mövcuddur. Dövlət tibb müəssisələrində sözdə pulsuz olan xidmətin nə keyfiyyətdən xəbəri var, nə də pulsuz olmasından. Özəl klinikaların isə böyük əksəriyyəti məmur-oliqarxlara və onların yaxınlarına məxsusdur. Bu adamların da necə insaf sahibi olduqları hər kəsə bəllidir. Ona görə də, özəl klinikalardakı qiymətlərlə əhalinin gəlirləri tərs mütənasiblik təşkil edir. Elə bunun nəticəsidir ki, banklardakı problemli kreditlərin böyük hissəsi vətəndaşların öz xəstələrini sağaltmaq üçün götürüb, bu klinikalara ödədikləri borclardır. Və çox zaman da borca-xərcə düşmələrinə baxmayaraq, insanlar həkim savadsızlığı, laqeyidliyi və səhlənkarlığı ucbatından həyatını itirir, yaxud şikəst edilirlər.

Doğuş zamanı ana ölümündən tutmuş, səhv diaqnoz və müalicə aparılması ucbatından insanların həyatından məhrum edilməsinə, şikəst ayağın əvəzinə sağlam ayağın kəsilməsinə, artıqlaması ilə pul almadan xəstəni yaxına belə buraxmamağa, keyfiyyətsiz dərmanlarla insanları zəhərləməyə qədər, hər cür eybəcərlik var bu sahədə. Sağlam adama vərəm, xərçəng diaqnozu qoyulması, həkim səhlənkarlığı, soyğunçuluq, rüşvətxorluq, vicdansızlığın ən yüksək nöqtələrini fəth edən dərman biznesi, bisavad həkimlərin özbaşınalıqları, xüsusilə onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması və sair – hansı birini deyəsən…?

Bütün bunların nəticəsidir ki, Azərbaycan vətəndaşı şəfa tapmaq üçün ya İrana, ya da Gürcüstana üz tutmalı olur. Məmurlara gəldikdə isə, onların iri çaplıları Azərbaycanda nəinki əməliyyat, yaxud müalicə olunmurlar, hətta burada adi antibiotiki belə vurdurmağı özlərinə rəva görmürlər. Nəinki nazir, hətta hansısa rayonun icra başçısı, polis rəisi, yaxud onların müavinlərinin “yanından yel ötməmiş” soraqları İsrail, Almaniya, ən pis halda isə Türkiyənin bahalı klinikalarından gəlir. “Qara camaat” isə qalır Oqtay Şirəliyevin xəstə, şikəst və acgöz səhiyyəsinin ümidinə…

oqtay1520334056

Ölkə başçısı həmin çıxışında keçən dövrdə bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikildiyini, yəni infrastruktur yaradıldığını bildirib. Doğrudan da belədir. Lakin səhiyyə sisteminə rəhbərlik edənlərin “səyləri” nəticəsində bu infrastruktur bir çox hallarda baxımsız vəziyyətə gətirilib. Dövlət xəstəxanaları zahirən dəyişsə də, daxilən elə bazardır ki, bazar! Yeni təmirdən çıxan çoxlu sayda xəstəxana göstərmək olar ki, baxımsızlıq ucbatından baş soxulası kimi deyil. Guya pulsuz olduğu halda, iynə-dərmandan tutmuş həkimlərin xidmətinə qədər, hər şey pulludur. Təcili yardım məntəqələri var ki, adi sarğı bintini də xəstənin özünə aldırırlar. Bütün bu sadalamaqla qurtarmayan nöqsanlardan sonra sözügedən sahəyə başçılıq edən nazirin camaatın üzünə çıxıb hansısa işdən, irəliləyişdən, yaxud islahatdan danışmağa haqqı varmı?

Ümumiyyətlə, Oqtay Şirəliyevin hansı “özəlliklərə” malik bir kadr olduğunu ölkə əhalisi elə prezidentin ona irad tutduğu zaman da gördü. Adam hətta Mingəçevirdə baş verən məlum enerji böhranı ilə bağlı iclasda Prezidentə də yalan hesabat verdi. Bildirdi ki, bütün xəstəxanalar generatorlarla təmin olunub. Nəticədə ölkə başçısı onun yalanını ifşa etməyə məcbur oldu: “Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir – onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyillər”. Bundan sonra belə bir nazir heç olmasa oturduğu kresloya hörmət əlaməti olaraq, istefa verməli deyildimi?

Ancaq nə istefası, adam öz vəzifəsində öz “işini” davam etdirir. İşdən söhbət düşmüşkən, səhiyyə sahəsində bunu bilməyən və danışmayan yoxdur ki, ölkənin ən bahalı klinikalarından olan və “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən“Respublika Müalicəvi Diaqnostika Mərkəzi” nazirin özünə məxsusdur. Ümumiyyətlə, görünür Azərbaycanın alnına yazılıb ki, mütləq səhiyyə nazirinin özəl klinikası, Mərkəzi Bank sədrinin özəl bankı, icra başçısının həmin rayonda özəl obyektləri, fermaları və s. olmalıdır. Yəni hərə özünə həvalə olunmuş sahədə nəsə “qapazlamalıdır”…

Təbii ki, səhiyyə sistemindəki bütün problemləri yalnız Oqtay Şirəliyevin üzərinə yıxmaq fikrində deyilik və demirik ki, təkbaşına hər şeyi düzəldə bilərdi. Ancaq onun ümumiyyətlə belə bir istəyi olubmu – sual budur! Bu adamın ötən az qala 15 illik nazirliyi dövründə əsl məqsədini, məramını anlamaqda çətinlik çəkirik. Bir nazir özü rəhbərlik etdiyi sahədə biznes maraqlarına malikdirsə, ondan insanların halına yanmasını, vəziyyəti düzəltməsini gözləmək olarmı? Yaxud o, səhiyyə sisteminin vətəndaşların təmənnasız və keyfiyyətli şəkildə xidmətində durmasında maraqlı ola bilərmi? Bu gün Azərbaycan vətəndaşının ona saymaz münasibət göstərən, ikinci sort insan kimi qapılarda gözlədən İran klinikalarına üz tutması uzun illərdir ki, insan sağlamlığı, insan ömürləri üzərində korrupsiya şəbəkəsi formalaşdıran bu səhiyyə sisteminin və onun başında duranların əməllərinin nəticəsi deyilmi?

Bütün bu deyilən və deyilməyənlərdən sonra sual yaranır – belə nazirlə islahat aparmaq olarmı?(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam