Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Səhiyyədə ciddi islahatlar aparılmalıdır"

Son günlər səhiyyə sahəsində baş verən xoşagəlməz hallar bu sahəyə diqqəti xeyli artırıb.

 

Xeberinfo.com:   Belə ki, bu günlərdə həkimin səhvən xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsməsi, Salyan rayonunda uşaq xəstəxanasında üçəmlərin ölümü və Sumqayıt şəhərində əməliyyatdan sonra xəstənin vəfat etməsi həkim səhlənkarlığı ilə bağlı məsələləri diqqət mərkəzinə gətirib. 

Bu halların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı AzVision.az-a açıqlamasında bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində çox böyük işlər görülür. Onun sözlərinə görə, rayonlarda səhiyyə ocaqları yenidən qurulur və ən müasir avadanlıqlarla təmin olunur. 

Millət vəkili təəssüflə qeyd edib ki, aparılan yenidənqurma işləri ilə bərabər bir sıra xoşagəlməz hadisələr də baş verir: “Hesab edirəm ki, bu kadr islahatları ilə bağlıdır. Səhiyyə sahəsində çox ciddi kadr islahatları aparılmalıdır. Bildiyimiz kimi tibb işçilərinin attestasiyası keçirilir. Baş verən hadisələr göstərir ki, bu hələ də bəs etmir. Bu günlərdə cərrahın səhvən sol ayağ əvəzinə sağ ayağı kəsməsi qınanılmalı bir hadisədir. Bir dişin çəkilməsi bəzən insanda ciddi psixoloji faciə ilə başa gəlir. Cərahiyyə əməliyyatına kompleks briqada daxil olur. Bu məsələyə çox bəsit yanaşılıb. Hadisələr göstərir ki, səhiyyə işçiləri arasında çox ciddi islahatlar aparılmalıdır”. 

Deputat diqqətə çatdırıb ki, ölkəmizdə həkimlərin təkmilləşdirmə institutu mövcuddur: “Həkimlər və tibb işçiləri orada kurslardan keçirlər. Həmin təkmilləşdirmə kurslarının özünün hansı səviyyədə olması araşdırılmalıdır. Hesab edirəm ki, təkmilləşdirmə kurslarının işinə ciddi baxmaq lazımdır. Xarici ölkələrdə həkim 2-3 ildən bir imtahana girir. Çünki tibb elmi hər keçən gün dəyişir. Sürətli elm və texnologiya əsrində tibb işçiləri də hər gün özləri təkmilləşdirməlidirlər. Bu, o demək deyil ki, təkmilləşdirmə üçün hamını xaricə göndərmək lazımdır. Çünki ölkəmiz çox böyük nailiyyətlərə malikdir. Azərbaycanın bu sahədə potensialı az deyil”. 

Milli Məclisin üzvü xaricdə təhsil alan savadlı həkimlərə xüsusi diqqət ayrılmasının vacibliyini qeyd edib.
“Ölkəmizdə çox savadlı gənc həkimlər var. Bu baxımdan işlərə fundamental baxılmalıdır. Ölkə rəhbərinin səhiyyə sahəsinə ayırdığı diqqət və qayğı böyükdür. Səhiyyə Nazirliyi də öz növbəsində kadr sahəsində çox ciddi işlər görməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam