Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Özəl klinikalarda özbaşınalıq

 

Azərbaycanda özəl klinikaların sayı durmadan artır.

 

Xeberinfo.com:   Vəziyyət o həddə çatıb ki, Bakıda hər küçədə azı bir klinikaya rast gəlmək mümkündür. Sayları nə qədər çox olsa da, klinikalar heç də xəstə qıtlığından, iqtisadi çətinlikdən şikayət etmirlər. Sanki Azərbaycanda hamı xəstəymiş kimi klinikalar gecə-güzdüz işləyir, həkimlər də qaz vurub qazan doldururlar…

Klinikalar necə işləyirlər?

Özəl tibb müəssisələrində çalışan həkimlərin demək olar ki, çoxu dövlət xəstəxanalarında işləyir. Bir həkim eyni vaxtda iki, bəzən 3 xəstəxanada işləyə bilər. 

Klinikalarda həkim və digər tibb personalı faiz əsasında maaş alırlar. Hansı həkim çox xəstə gətirsə, onun da maaşı çox olur. Odur ki, Hipokrat andını yada salmayan həkimlərimiz xəstələri dövlət müəssisələrində yox, özəl klinikalara cəlb edib, daha çox qazanmağa çalışırlar.



Kiçik bir misal: dövlət xəstəxanalarına müraciət edən pasientlərin böyük əksəriyyəti analiz vermək üçün özəl klinikalara yönləndirilir. Burada səbəb dövlət xəstəxanalarında lazım tibbi avadanlıqların olmaması deyil. Çoxları bilməsə də, həkimlər klinikalarla qabaqcadan razılaşaraq, göndərilən xəstə sayına görə qonorar alırlar. 

Tutaq ki, adi bir analiz üçün dövlət müəssisəsində bizdən 5-10 manat “şirinlik” alırlarsa, klinikalarda ən yaxşı halda 40-50 manat ödəməli oluruq.

Hətta bu azmış kimi, özəl klinikalarda pasientin xəstəliyini bilmədən lazımsız analizlərin verilməsini tələb edilir. 

Klinikalarda həkimlərin qəbul qiyməti isə sözlə deyiləsi deyil.



“Modern hospital” klinikasından həkim qəbulu 35-40 manat arasında dəyişir.Yalnız tanınmış ginekoloqun müayinəsi üçün 50 manat ödəmək lazımdır. Bu klinikada qarın boşluğunun UZM müayinəsi 25 manatdır. 

Mərkəzi Klinik Xəstəxanada həkim müayinəsi fərqli qiymətədir. Yəni təcrübəli həkim, professor və ya kənardan dəvət olmuş həkimlərin qiyməti 45 manatdan 100 manatadək dəyişir. Adi həkimlərin qəbulu isə 39 manatdır. 

Tibb müəssisəsində UZM müayinəsinin qiymətləri də fərqlidir, yəni xəstədən alınan pul təyinata uyğun dəyişir. Xəstəxanada hamilə qadının müxtəlif qan analizindən keçməsi üçün azı 250 manat tələb olunur. 

“Baku Medical Plaza”da ümumi qan analizi 14 manat, qanın tərkibindəki mikroblar üçün müayinə 18- 30 manat arasında dəyişir. Hamiləlik üçün qan analizlərinin qiyməti isə 300 manatdır. Adıçəkilən klinikada həkim qəbulu 40-60 manat təşkil edir.

“Atlas” Tibb Mərkəzində də qiymətlər ucuz deyil. Ümumi qan analizi 17 manat, digər qan analizləri isə ayrı-ayrılıqda 20-30 manat civarındadır. Ümumilikdə isə 180 manatla bütün qan analizlərindən keçmək mümkündür. Həkimin qəbulu üçün 30 manat ödənməlidir. 

Gördüyünüz kimi, klinikalarda müalicə almaq hər adamın işi deyil...



Millət vəkili Çingiz Qənizadə hesab edir ki, özəl xəstəxanalarda idarəolunmaz vəziyyət yaranıb. Deputatın sözlərinə görə, özəl xəstəxanalarda nizam-intizam yaratmağın vaxtı çatıb. 

“Özəl klinikalar da Azərbaycan dövlətinin tərkib hissəsidir. Ona görə də bu gün dükanlarda, supermarketlərdə ayrı-ayrı işbazlar istifadə dərək süni şəkildə qiymət artımı yaradırlarsa, insanları çəkidə, ölçüdə, keyfiyyətdə aldadırlarsa və ölkə başçısı buna müdaxilə edirsə, bundan klinikalar da nəticə çıxartmalıdır.

Son illərdə özəl xəstəxanalarda insanların saysız-hesabsız müayinələrdən, analizlərdən keçməsi tələb olunur. Eyni zamanda bir müayinəyə və analizə görə tələb olunan məbləğ həddinən artıq yüksəkdir. İnsanların əməkhaqqı və orta yaşayış səviyyəsini nəzərə alsaq qiymətlər uyğunluq təşkil edə bilməz. Biz özəl müəssisələrin, sahibkarların pul qazanmasının əleyhinə deyilik, sadəcə bu ədalətli olmalıdır”.

Millət vəkili hesab edir ki, özəl klinikalar üzərində dövlət nəzarəti həyata keçirilməlidir. 

Ç.Qənizadənin fikrincə, Səhiyyə Nazirliyi bütün klinikalarda analizlər üçün vahid qiymət müəyyən etməlidir: “Ola bilməz ki, bir komponentin gətirilməsinə görə, Binəqədi ərazisindəki klinikada hansısa müayinə 50 manat olduğu halda, digər yerdə bu 80-100 manatdır. Hesab edirəm ki, bu Səhiyyə Nazirliynin problemidir. Ölkə başçısına bu sahədə hər bir şəxs dəstək olmalıdır. İctimai nəzarəti həyata keçirən mətbuat orqanları, Qeyri-Hökumət Təşkilatları ilə bərabər dövlət qurumları və səhiyyəyə birbaşa məsul olan Səhiyyə Nazirliyi, başda nazir Oqtay Şirəliyev buna nəzarət etməlidir. Ölkədə analizlər üçün vahid qiymətlər müəyyən edilməlidir və qiymətlər insanların cibinə uyğun olmalıdır. Hesab edirəm ki, hazırda bu sahədə ciddi nöqsanlar mövcuddur”.



Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ölkədə səhiyyə sistemi heç vaxt pulsuz ola bilməz: “Dünya praktikasında da konkret müəyyənləşdirilmiş analizlər var. Məsələn, ürək yoxlanışı, qanın ümumi analizi, Cek-Up müayinə. Əslində bu kimi prokotollar olmalıdır. Səhiyyə Nazirliyi özəl klinikalara məsləhətlər verməlidir”.

A.Qeybulla hesab edir ki, özəl klinikalara dövlətin maliyyə müdaxiləsi yolverilməzdir. Bu rəqabəti bazar tənzimləməlidir: “Dərmanın qiymətinə müdaxilələr olan kimi bəzi aptek şəbəkəsindən bir sıra dərmanlar yoxa çıxdı. Əgər dərman idxalında monopoliya varsa, onun qiymətini tənzimləmək olmayacaq. Bu məsələdə belədir. Hər hansı qanun qəbul olunsa belə, bunu tətbiq etmək mümkün olmayacaq. Kim deyə bilər ki, filan xəstəlik üçün bu müayinə çoxdur və ya azdır”. 

Professorun fikrincə, özəl klinikalardakı “soyğunçuluğun” qarşısını almaq üçün ilk növbədə icbari tibbi sığorta tətbiq edilməlidir. 

 

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam