Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyə naziri uşaqlarla bağlı əmr imzaladı

     

Səhiyyə naziri Oqtay Şirəliyev “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb.
 Yenixeber.org: Əmrdə qeyd olunub ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğun və ölümün səviyyəsinin azaldılmasına imkan verib.

Bununla belə, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2013-2017-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətinə dair hazırlanan arayışda bu sahədə müəyyən nöqsan və çatışmazlıqların olduğu vurğulanıb. 

Bu səbəbdən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Səhiyyə Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında adları qeyd olunan icraçı qurumların rəhbərlərinə tapşırılıb ki, müəyyən olunan müddətdə tapşırıqların həyata keçirilməsini təmin etsinlər və görülən işlər barədə hər yarımilliyinin sonunda Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinə hesabat təqdim etsinlər.

Əmrin icrasına nəzarət nazir müavinlərinə tapşılırıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam