Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lənkəranda “İstisu”nun tikintisində müəmmalar– Araşdırma

“Son illər ölkədə sahibkarlığın inkişafına dəstək çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlər görülüb. Bu, bəlkə də qeyri-neft sektorunun inkişafı zərurətindən irəli gəlir”

Yenixeber.org: Lənkərandan göndərilən araşdırma materiala belə sadə giriş verib. Sonra oxucumuz görünməyən qaranlıqlara işıq salıb və ixtisarla təqdim edirik:
 ► Oliqarxların əlinə düşən girəvə – qanunda
Oxucumuz yazır ki, əvvəlcə 2011-ci ildə sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılır.
2 il sonra hansısa fövqəlqüvvə bunun kifayət etmədiyini, əksər millət vəkillərinin də maraqlı olduğu bir məsələyə, yəni sahibkarların maraqlarının dövlət təminatına ehtiyac olduğunu bildirir. Bu minvalla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ayrıca qanun qəbul edilir.

 
                                  LİSM layihəsinin perspektiv planı
Lakin hələ bununla da iş bitmir. Bundan sonra sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması “ideyası” irəli sürülür və nəticədə, sahibkarların mənafeyinin müdafiəsinə yönəlmiş növbəti addım atılır.
Yəni, 20 oktyabr 2015-ci ildə sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması haqqında qanun qəbul edilir.
Bu cür “özünümüdafiə” tədbirlərinin səmərəsini görən işbaz məmurlar sözügedən qanunun 1-ci maddəsindəki “2 (iki) il müddətinə” sözlərini “2021-ci ilin yanvarın 1-dək” sözləri ilə əvəz edərək qanunun tətbiq müddətinin daha da uzadılmasına nail olurlar.
Beləliklə, oliqarxlarla monopolistlərin arzusu təmin olunur və əllərinə girəvə düşür. Qanunsuz sahibkarlıq fəaliyyəti göstərən bir çox korrupsioner məmurlar bu imkanlardan gen-bol bəhrələnərək çoxgedişli maliyyə kombinasiyaları icad edir.
İstisu hansı şirkətə verilib?
Sözün kəsəsi, oxucumuz mətləbə gəlir. O, bildirir ki, Lənkəranın Haftoni qəsəbəsindəki köhnə İstisu sanatoriyasının ərazisi qurama şirkətlərdən olan “Lenkeran Hotel and Resort Company” MMC-nin adına özəlləşdirilib.

 AzEuroNews

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam