Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə saxta zərgərlik məmulatları var

 

1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib

 

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan  2014-cü ildə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib. 
Onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.
Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanuna əsasən yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənmiş və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.
Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilib.
Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 
İl ərzində Xidmət tərəfindən Azərbaycan Respublikasının “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət tədbirləri ilə yanaşı, müvafiq qanunvericilik aktlarının izahı ilə bağlı sahibakarlıq fəaliyyəti subyektlərinə mütəmadi olaraq izahat və xəbərdarlıq məktubları göndərilib, hüquq və vəzifələrinin izahı ilə bağlı zona müşavirələri keçirilib.(ANS PRESS)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam