Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

"Qanun vergi yoxlamalarına şamil edilmir"

 

2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. 

"Xeberinfo.com":   Məlumata görə, qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması barədə məlumat mətbuatda yayılandan sonra bir çox insanlarda bunun vergi yoxlamalarına da aid olduğu fikri yaranıb.

Strateq.az qeyd edilən məsələyə keçmiş vergi işçisi olmuş iqtisadçı-ekspert Qulu İbrahimlinin rəyini öyrənib.

Q.İbrahimli deyib ki, informasiya cəmiyyətdə yanlış anlaşılıb və bu Qanun vergi yoxlamalarına şamil edilmir: "Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-IVQ nömrəli Qanunu ilə tənzimlənir və Qanunun 2.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin hüquqlarının qorunması məqsədilə yoxlayıcı orqanların qarşısında qoyulmuş müəyyən tələblərlə bağlı müddəalar istisna olunmaqla, bu Qanun vergi yoxlamalarına şamil edilmir. Vergi orqanları tərəfindən vergi ödəyicilərində həyata keçirilən vergi yoxlamaları ilə bağlı məsələlər Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi nəzarətinin ən vacib forması olan vergi yoxlamaları olmasa, vergi orqanları tərəfindən vergilərin tam və vaxtında yığılmasını təmin etmək mümkün olmaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam