Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

İLHAM RƏHİMOVUN DA BİZNESİ VURULUR? -Kürəkəninin adına olan şəbəkə əlindən alındı

Rusiyada azərbaycanlılara, xüsusilə də azərbaycanlı iş adamlarına qarşı təzyiqlər deyəsən, Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimova da çatıb. Məlum olduğu kimi, bəzilərinin “Putin İlham” da adlandırdığı “oliqarx-professor” Rəhimovun Rusiyada dəyəri milyardlarla ölçülən biznesinin olduğu bildirilir.

Yenixeber.org: Bu arada Rusiya RBK-sının yazdığına görə, Rusiyanın Şeremetyevo hava limanındakı ən böyük rüsumsuz mağazalar operatoruna aid “Duty free” obyektləri azərbaycanlı iş adamı Araz Mehdiyevdən alınıb. Avqustun 25-dən etibarən bu mağazalar Vitali Bavin adlı şəxsin adına keçib.

A.Mehdiyev haqqında rəsmi mənbələrdə çox az məlumat var. O, Rusiyanın ən böyük kirayəçisi olan “Kiyevski Ploşad” qrupunun bir sıra layihələrində keçmiş tərəfdaş kimi qeyd olunub. Ən əsası isə A.Mehdiyev İlham Rəhimovun kürəkənidir. Bunu Rəhimovun özü də müsahibələrinin birində təsdiqləyib və qeyd edib ki, biznesinin böyük hissəsini ona dövr edib.

Belə olan halda, Şeremetyevodakı mağazaların A.Mehdiyevin deyil, İ.Rəhimovun əlindən çıxdığı qənaəti yaranır. Mağazaların Bavin adlı şəxsə ötürülməsinin formal xarakterli gediş olduğu, yoxsa həqiqətən Rəhimovdan alındığı sualı isə açıq qalır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam