Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR

İsrail adlı iş adamı Bakını Qəzza zolağına çevirib: Arxasında kim durur?

Bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil...

Yenixeber.org: Bakı dərdi ilə əkiz doğulub... Həmişə dərdli, problemli olub və indi də belədir ki, var. Həm də, bu problemlər rəngarəng olmaqdadır: kommunal sahədəki ən xırda qüsurlardan tutmuş, “novostroyka”lara və müxtəlif ticarət mərkəzlərinə qurban verilən yaşıllıqlara qədər. Az qala hər gün paytaxtın ən ağılagəlməz nöqtələrində bir yenilik müşahidə olunur: ya yaşıllıqların məhvi ilə, ya da piyada səkilərinin dağıdılması ilə...


                “Yaşıl soyqırım”ın “Memar Əcəmi” nümunəsi     

Son günlər ölkə mediasında diqqət çəkən mövzulardan biri də, paytaxt Bakının Cavadxan küçəsində-Memar Əcəmi metrostansiyası yaxınlığında – aparılan tikintidir. Xatırladaq ki, vaxtı ilə bu ərazidə məşhur “Şəki” kafesi fəaliyyət göstərib. Və məlum normalara uyğun olaraq da, paytaxt sakinlərinin sevimli istirahət məkanlarından biri olub...Bəli olub, indi isə fərqli mənzərədir. Ötən günlərdə də bu haqda yazmışıq: (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/185330-bak%C4%B1n%C4%B1-q%C9%99zza-zola%C4%9F%C4%B1na-%C3%A7evir%C9%99n-kiml%C9%99rdir.html)

Artıq bu sevimli istirahət məkanından əsər-əlamət qalmayıb. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, özünü iş adamı kimi tanıdan Zahir Həsənov adlı şəxs nə az, nə çox 20 milyon dəfə “dua etməklə" bu məkanı ala bilib. 

Bilənlər bilir ki, “Şəki” kafesi kimi fəaliyyəti dönəmində bu məkanda paytaxtın təbiətinə uyğun müxtəlif ağaclar olub. Ki, təkcə ZAHİRi gözəlliyi ilə deyil, həm də verdiyi təbii rahatlığı ilə faydalı sayılıb.

 Təəssüf ki, bütün bunlarla bağlı artıq keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Bakının baş planından, məlum problemlərin həlli istiqamətində atılan addımlardan danışıldığı zamanda növbəti “yaşıl soyqırım”ı müşahidə etmək, həm də bu məsələdə sorumlu olanları diqqət mərkəzinə gətirir. Heç kimə sirr deyil ki, bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil...

Yeri gəldi-gəlmədi pafosundan qalmayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, özünü aydan-arı, sudan-duru kimi təbliğ etdirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bəhs etdiyimiz “özfəaliyyət”dən xəbərsiz oluğunu düşünmək yumşaq desək sadəlöhvlük olardı... Yeri gəlmişkən qarşıdakı günlərdə hər iki quruma rəsmi sorğu üvnalmaqla mövzunu davam etdirəcəyik

                       

            Və son əvəzi...     


Bəhs etdiyimiz ünvanda ticarət mərkəzinin tikiləcəyi deyilir... Konkret olaraq fəaliyyət sferası haqqında isə müxtəlif məlumatlar var: Mall da , qızıl satışı mərkəzi də ola bilir. 

Obyektin sahibi Zahir Həsənovun isə qardaşları ilə birlikdə uzun illərdir ki, Binə Ticarət Mərkəzində uşaq ayaqqabısının tədarükü və satışı ilə məşğul olduğu məlumdur. Xeyirli-uğurlu olsun da, amma uşaq ayaqqabısı ilə biznes piramidasının bu zirvəsinə ucalmaq da suallarsız ötüşmür...(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam