Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda GlobE Şəbəkəsinin 2025-ci il üzrə iş planı təsdiqlənib- FOTOLAR

 

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclas 2025-ci il 20–23 may tarixlərində Bakı şəhərində təşkil olunub.

Yenixeber.org xəbər verir ki, mötəbər beynəlxalq tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar toplaşıb. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib, 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində yüzdən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına uyğun olaraq, mayın 21-də GlobE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.

Bununla yanaşı, Avropa İttifaqının Cinayət Ədliyyəsi Əməkdaşlıq Agentliyi (EUROJUST) və Afrika Baş Dövlət Müfəttişlikləri və Oxşar Qurumların Forumunun (FIGE) müşahidəçi statusu ilə GlobE Şəbəkəsinə qoşulması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Plenar iclasda bir sıra beynəlxalq təşkilatların nümayəndələri – Avropa Prokurorluğu Təşkilatının (EPPO) rəhbərinin müavini Petr Klement, IAACA-nın Baş Katibi Chin Kit Cheung, IACA-nın nümayəndəsi Samuel De Jaegere, IAP-ın Baş Müşaviri Şenaz Muzaffer və INTERPOL-un İcraçı Direktoru Darrin Cons təmsil etdikləri qurumların korrupsiyaya qarşı fəaliyyəti barədə təqdimatlar ediblər.

GlobE Şəbəkəsinin üzvləri arasında birbaşa məlumat mübadiləsinə dair Rəhbər Prinsiplər və tətbiq olunan formalar müzakirə olunub, UNODC eksperti Draqo Kos məlumat mübadiləsinə dair Nümunəvi Saziş layihəsindəki yeniliklər barədə məlumat verib.

Korrupsiyaya qarşı əməliyyat-axtarış tədbirlərinin texniki və taktiki aspektlərinə dair Hindistan, Çin və Uqanda nümayəndələri praktiki təcrübələrini bölüşüblər.

Daha sonra “korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə sığınacaq verilməsinin yolverilməzliyi” mövzusunda beynəlxalq hüquqi müddəalar və dövlətlərin təcrübələri üzrə təqdimatlar dinlənilib. Sessiyaya UNODC-nin Regional Müşaviri Vladimir Kozi moderatorluq edib.

“Şübhəli maliyyə hesablarından ödənişlərin dayandırılması: Cinayət işlərində şübhəli bank hesablarının sürətli dondurulması” mövzusunda keçirilmiş sessiyada isə Koreya, Qazaxıstan və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Bundan əlavə, vergi korrupsiyası, əmlakın bərpası və digər aktual mövzulara dair paralel tədbirlər, vorkşoplar və ikitərəfli görüşlər təşkil olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam